Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

02.10.2023 [09:12]

Bu gün Bakıda Azərbaycanın Kosmik Agentliyinin ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi başlayır.

Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri, ümumilikdə 101 ölkədən 5 mindən çox nümayəndə qatılacaq.

Beynəlxalq Astronavtika Konqresində 150 şirkət sərgi pavilyonunda təmsil olunur.

Sərgidə iştirak edən agentlik və şirkətlər arasında ABŞ-ın “Milli Aeronavtika və Kosmos Administrasiyası” (NASA), Yaponiyanın “JAXA” kosmik agentliyi, İtaliyanın “Agenzia Speziale Italiana” kosmik agentliyi, “AIRBUS” şirkəti, Kanadanın innovasiya mərkəzi “INO”, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi “CNES”, Hindistanın kosmik agentliyi “ISRO”, Türkiyənin “Türkiye Uzay Ajansı” kosmik agentliyi və digər beynəlxalq şirkətlər yer alıb.

Bakı Konqresi çərçivəsində konfranslar, texniki sessiya və sərgilər təşkil olunacaq. Texniki sessiyalar Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qeyd edək ki, növbəti Beynəlxalq Astronavtika Konqresi İtaliyanın Milan şəhərində baş tutacaq.

2026-cı ildə Konqresin keçiriləcəyi şəhər isə Bakı Konqresi çərçivəsində seçiləcək və elan olunacaq.

Qeyd edək ki, Bakıda Beynəlxalq Astronavtika Konqresi oktyabrın 6-dək davam edəcək.

Paylaş:
Baxılıb: 597 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30