/ / İcma: ABŞ Konqresinin bir qrup üzvünün Prezident Baydenə qərəzli məktubunu sərt şəkildə qınayırıq
İcma: ABŞ Konqresinin bir qrup üzvünün Prezident Baydenə qərəzli məktubunu sərt şəkildə qınayırıq
03.10.2023 [11:05]
Biz, Ermənistandan qovulmuş azərbaycanlıları özündə birləşdirən Qərbi Azərbaycan İcması Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinin bir qrup üzvünün Prezident Cozef Baydenə 2023-cü il oktyabrın 2-də göndərdiyi qərəzli məktubu sərt şəkildə qınayırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının açıqlamasında yer alıb.
Açıqlamada, həmçinin bildirilib: “Məktub mahiyyətcə yanlışdır, zərərlidir və etnik azərbaycanlılara qarşı qərəz və ayrı-seçkiliyi bariz şəkildə göstərir. Belə görünür ki, Qarabağın erməni sakinlərinin tamhüquqlu vətəndaş kimi Azərbaycana reinteqrasiyasına qarşı çıxan və regionda monoetnikliyi dəstəkləyən təkcə Ermənistan hökuməti deyil, həm də Konqresin məlum üzvləri imiş.
ABŞ-ın Azərbaycana dövlət yardımını qadağan edən mənfur 907-ci maddənin tətbiqinin bərpa edilməsi və əlavə sanksiyalar barədə konqresmenlərin çağırışı ədalətsiz və qeyri-dost addımdır. Ərazisinin 20 faizi Ermənistan tərəfindən işğala məruz qalmış, bir milyona qaçqın və məcburi köçkün problemi ilə üzləşmiş, 30 mindən artıq sakini öldürülmüş, minə yaxın şəhər və kəndi dağıdılmış Azərbaycana qarşı bu mənfi addımlara çağırmaqla, konqresmenlər faktiki olaraq, Ermənistanın sözügedən cinayətlərinə şərik olurlar.
Müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə, o cümlədən, Xocalı soyqırımı, Qaradağlı, Meşəli, Malıbəyli qətliamlarında və Azərbaycanın şəhərlərini raket atəşinə tutmaqda iştiraklarına dair ciddi əsaslar olan separatçıları müdafiə etmək ABŞ konqresmenlərinə şərəf gətirmir.
Nəhayət, vurğulamaq istərdik ki, ABŞ konqresmenləri bir dəfə də olsun Ermənistandan 300 minə yaxın azərbaycanlının qovulması faktına münasibət bildirməyiblər. Bu məsələyə dair ABŞ Konqresinin Tom Lantos adına insan hüquqları komissiyasına göndərdiyimiz müraciət cavabsız qalıb.
Biz konqresmenləri etnik və dini əsaslı ayrı-seçkilik və qərəzli yanaşmalarına son verməyə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə, onun etnik müxtəliflik və birgəyaşayışa əsaslanan reinteqrasiya tədbirlərinə dəstək verməyə, Ermənistanın törətdiyi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə münasibət bildirməyə və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına dəstək verməyə çağırırıq”.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

