/ / Ramil Həsən: Ermənistanın hərəkətləri milli azlıqların hüquqları üzrə beynəlxalq normalara ziddir
Ramil Həsən: Ermənistanın hərəkətləri milli azlıqların hüquqları üzrə beynəlxalq normalara ziddir
24.10.2023 [14:12]
Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan İcması insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq qurumların fəaliyyətində yaxından iştirak edərək, Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətli şəkildə geri qayıtması hüququ məsələsini qaldırır və ona beynəlxalq dəstəyin əldə edilməsi üçün səylər göstərir. Sözügedən sahədə müvafiq mexanizmlərdən biri ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarlığıdır.
Qərbi Azərbaycan İcmasından AZƏRTAC-a bildiriblər ki, İcmanın İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı institutunun növbəti tədbirində iştirak edib. Qurumun təsis edilməsinin 30 illiyi münasibətilə oktyabrın 24-də Niderlandın paytaxtı Haaqa şəhərində ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani, Baş katibi Helqa Şmid, Milli Azlıqlar üzrə Ali Komissarı Kayrat Abdraxmanov, BMT Katibinin insan hüquqları üzrə köməkçisi İlze Brands Kehris və digər yüksək səviyyəli xadimlərin iştirakı ilə keçirilmiş tədbirdə ATƏT məkanında milli azlıqların hüquqlarının qorunması sahəsində vəziyyət, bu sahədə iştirakçı dövlətlərin öz öhdəliklərini və ATƏT-in tövsiyələrini yerinə yetirməsi və milli azlıqların hüquqlarının qorunması ilə sülh və təhlükəsizlik arasında əlaqə kimi mövzularda müzakirələr aparılıb.
Müzakirələrdə iştirak edən Qərbi Azərbaycan İcmasının sədr müavini R.Həsən Ermənistandan azərbaycanlıların qovulması barədə ətraflı məlumat verib, Ermənistanın hərəkətlərinin beynəlxalq insan hüquqlarının digər aspektləri ilə yanaşı, milli azlıqların hüquqları üzrə beynəlxalq normalara, o cümlədən, ATƏT-in bu sahədəki müvafiq sənədlərinə zidd olduğunu vurğulayıb.
İcma özünün insan hüquqları gündəliyinin və qayıdış hüququnun beynəlxalq səviyyədə təşviqi üçün ATƏT və digər beynəlxalq təşkilatların müvafiq fəaliyyətlərində iştirakını davam etdirəcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25

