Mentor kimdir, nə iş görür?
31.10.2023 [11:22]
M.BAYRAMLI
Son zamanlar mentor sözünə tez-tez rast gəlirik. Lakin mentorun kim olduğu, nə işlə məşğul olduğu haqqında kifayət qədər məlumatlı deyilik. Gəlin, görək kimə mentor deyirlər.
Mentor fransız mənşəli bir sözdür. Mentor yeni bir anlayış kimi görünsə də, mənşəyi 3500 il əvvələ gedib çıxır və mifologiyadan gəlir. Məsələn, Sokrat Platonun, Platon Aristotelin, Aristotel isə Makedoniyalı İsgəndərin mentoru olub. Eləcə də Homerin Odisseyasına görə, İtaka kralı Troya müharibəsinə getməzdən əvvəl oğlunu ən sadiq dostu Mentora əmanət edir. Mentorun vəzifəsi padşahın yoxluğunda oğlunu böyütmək və oxutmaq idi. Bir sözlə, şəxsi tərbiyəçisi və müəllimi oldu.
Mentorluq sahəsində ən mühüm akademiklərdən biri olan David Clutterbuck belə tərif edib: “Mentorluq daha az təcrübəsi olan insanlara, yəni mentilərə rəhbərlik etmək və öz təcrübələrini onlarla bölüşmək prosesidir. İnsanlara professional şəkildə karyera və şəxsi həyatlarında yol göstərən şəxsə isə mentor deyilir”.
Qısaca, mentor sizin potensialınızı nəzərə alaraq harada və hansı addımlar atmalı olduğunuzu sizə deyir. Qarşınıza çıxan çətin qərarlar zamanı sizə seçim üçün yol göstərir. Sizin yerinizə bütün problemləri həll etmir, sadəcə tövsiyyələrini verir. Mentorları biznes təlimçiləri və kouçlarla qarışdırmayın. Ayrı-ayrı peşələrdir. Kouç insanın daxili potensialını inkişaf etdirir, mentor isə suallarınızı cavablandırır və sizə yol göstərir.
Bu gün dünyada bir sıra mentorluq şirkətləri fəaliyyət göstərir. Məsələn, “Million Women Mentor Movement” 15-25 yaş arası gənc qızların karyera məqsədlərinə dəstək verən mentorluq hərəkatıdır. 2021-ci ildən fəaliyyət göstərir. Məqsəd karyera hədəfləri olan gənc qızları məqsədlərinə çatmaq yolunda dəstəkləməkdir.
Bəs uyğun mentoru necə seçək?
Mentorunuzu seçərkən bir çox nüansları nəzərə almaq lazımdır. Onun haqqında ətraflı məlumat toplamaqda fayda var. Birinin sizə rəhbərlik etməsinə icazə vermədən öncə onu yaxşı tanıyın. Keçmişdə mentorluq təcrübəsinin olub- olmamasını soruşun. Rahat və başa düşülən ünsiyyət qura biləcəyiniz biri olmasına xüsusi diqqət edin. Mentorunuz motivasiya və enerji mənbəyiniz olmalıdır. Axı gələcəyinizə atılan addımı bilikdə həyata keçirəcəksiniz. Buna görə də sizi uğura aparacaq yaxşı mentorun özünəməxsus xüsusiyyətləri olmalıdır.
Xəbər lenti
Hamısına baxSosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51

