Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı
01.11.2023 [10:40]
Beynəlxalq hüquqa və tarixi ədalət prinsiplərinə əsaslanır
Nardar BAYRAMLI
Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir. Qərbi azərbaycanlıların tarixi torpaqlarımıza qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Bu istiqamətdə Qərbi Azərbaycan İcması müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir.
Ermənistanda isə məsələ “dərin narahatlıqla” izlənilir. Çünki artıq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı beynəlxalq platformalarda müzakirə predmetinə çevrilib.
Məlumdur ki, Azərbaycan xalqı ötən iki əsrdə silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımılarından böyük əziyyət çəkib. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatıb. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə yalnız ermənilər yaşayırlar.
Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının Ermənistan rəhbərliyini bu istiqamətdə dialoqa çağırışına qarşı çıxması, bu hüquqların tələbinin “ərazi iddiası” kimi təqdim edilməsi Ermənistanın “insan hüquqlarına” heç bir dəyər verməyən və “etnik təmizləmə əsasında monoetnik dövlət titulunu” qorumaq üzrə məkrli siyasətinin bir göstəricisidir. Ermənistandan azərbaycanlıların qovulması nəinki tarixi faktdır, eynilə, həm sovet Ermənistanı dövründə, həm də 1990-cı illərdən bəri minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişən, tarixi torpaqlarımızdan xalqımızın irsini məhv edən, tarixi abidələri dağıdan, bununla Azərbaycanın tarixi torpaqlarını erməniləşdirməyə cəhd göstərən Ermənistan tərəfinin Azərbaycanın Qərbi Azərbaycan İcması ifadəsindən istifadə etməsini beynəlxalq hüquq pozuntusu kimi təqdim etməsi riyakarlıqdır.
Görünən odur ki, qərbi azərbaycanlıların qayıdışı məsələsinin beynəlxalq müstəviyə çıxarılması Ermənistanı çox ciddi şəkildə narahat edir. Əgər belə olmasaydı, bu ölkənin rəsmilərində, həm də erməni cəmiyyətinin müxtəlif nümayəndələrində bu mövzu təşviş yaratmazdı. Amma onların nə deməsindən asılı olmayaraq qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı mütləq gerçəkləşməlidir. Təsadüfi deyil ki, Qərbi Azərbaycan İcması BMT Baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciətlər edib. Bu müraciətlərin bir neçəsi BMT-nin rəsmi sənədi kimi yayılıb. Bütün bunlar qayıdış istiqamətində sistemli tədbirlər görüldüyünü təsdiq edir. Ermənistanın Qərbi Azərbaycan İcmasından qorxmasının əsas səbəbi də budur.
Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyasını qəbul edilib. Konsepsiyada qayıdışla bağlı əsas məqsəd və prinsiplər müəyyən edilib. Bununla bağlı Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Ramil Həsən qəzetimizə açıqlamasında bildirib ki, konsepsiyada əks olunduğu kimi Qərbi azərbaycanlılar “Ermənistan Respublikası” adlanan ölkədən zorla qovulduqları üçün onun konstitusion çərçivəsinin və milli və hüquqi xarakterinin formalaşması prosesində iştirak imkanından məhrum ediliblər. Təəssüf ki, belə bir işğalçı, azərbaycanlıları öz yurdlarından zorla qovan dövlət BMT-nin üzvüdür. Ermənistanın BMT-nin Nizamnaməsi daxil olmaqla müvafiq beynəlxalq hüquqi sənədlərə qoşulmuş olması bu ölkənin üzərinə onun ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratmaq daxil olmaqla onların hüquqlarının bərpası və qorunması sahəsində konkret öhdəliklər qoyur.
Onun sözlərinə görə, Ermənistan Respublikası azərbaycanlı icmasının bərabər hüquqlarını təmin etməli, onların ana dillərində təhsil almasına, qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dilindən istifadəsinə imkan yaratmalı və azərbaycanlıların hüquqlarının qorunmasını tam təmin etməlidir. Bütün bunların reallaşması üçün müvafiq beynəlxalq qurumların hüquqi məsləhət, monitorinq və nəzarət mexanizmi çərçivəsində İcma ilə konstruktiv dialoqa başlanmalıdır. “İstənilən halda, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar öz vətənlərində yaşamaq hüququna malikdirlər, bu hüquq əzəlidir, toxunulmazdır, mütləqdir və həlledici faktordur”, - deyə R.Həsən vurğulayıb.
Konsepsiyada əksini tapan digər bir məqam isə qayıdışla bağlı beynəlxalq hüquqi çərçivə və zəmanətdir. Sənəddə indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini presedentsiz ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu vəziyyətin davam etməsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail olmaq və davamlı sülh və ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin edən qərar və razılaşmaların əldə edilməsi ilk vəzifədir. Bu məqsədlə, İcma Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın Ermənistanın öhdəliyi kimi təsbit olunmasına çalışacaq. “İnsan Hüquqları Ümumi Bəyannaməsində, Mülki və siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu və digər sənədlərdə həmin hüquq öz əksini tapıb”, - deyə həmsöhbətimiz vurğulayıb.
Xəbər lenti
Hamısına bax
Gündəm
12 Dekabr 00:09

Xəbər lenti
11 Dekabr 23:58

Gündəm
11 Dekabr 22:15

Xəbər lenti
11 Dekabr 19:18

Xəbər lenti
11 Dekabr 17:31

Dünya
11 Dekabr 16:40

Xəbər lenti
11 Dekabr 16:33

Xəbər lenti
11 Dekabr 16:29

Xəbər lenti
11 Dekabr 16:01

Xəbər lenti
11 Dekabr 14:22

Xəbər lenti
11 Dekabr 14:05

Xəbər lenti
11 Dekabr 13:35

Xəbər lenti
11 Dekabr 12:53

Xəbər lenti
11 Dekabr 12:42

İqtisadiyyat
11 Dekabr 12:38

Gündəm
11 Dekabr 12:36

Xəbər lenti
11 Dekabr 12:28

Xəbər lenti
11 Dekabr 12:03

Xəbər lenti
11 Dekabr 11:54

Siyasət
11 Dekabr 11:37

Xəbər lenti
11 Dekabr 11:26

Xəbər lenti
11 Dekabr 11:14

Xəbər lenti
11 Dekabr 10:52

Xəbər lenti
11 Dekabr 10:51

Xəbər lenti
11 Dekabr 10:44

Xəbər lenti
11 Dekabr 10:35

Xəbər lenti
11 Dekabr 10:33

Xəbər lenti
11 Dekabr 10:15

Xəbər lenti
11 Dekabr 10:01

Dünya
11 Dekabr 09:42

Xəbər lenti
11 Dekabr 09:36

Xəbər lenti
11 Dekabr 09:25

Xəbər lenti
10 Dekabr 18:54

Xəbər lenti
10 Dekabr 18:53

Siyasət
10 Dekabr 17:28

Xəbər lenti
10 Dekabr 16:16

Siyasət
10 Dekabr 16:11

Dünya
10 Dekabr 15:31

Xəbər lenti
10 Dekabr 14:24

İqtisadiyyat
10 Dekabr 14:23

Xəbər lenti
10 Dekabr 14:16

Gündəm
10 Dekabr 14:13

Xəbər lenti
10 Dekabr 14:05

İqtisadiyyat
10 Dekabr 13:54

Gündəm
10 Dekabr 13:25

Xəbər lenti
10 Dekabr 13:09

Siyasət
10 Dekabr 13:07

Xəbər lenti
10 Dekabr 12:47

Xəbər lenti
10 Dekabr 12:15

Xəbər lenti
10 Dekabr 12:05

Xəbər lenti
10 Dekabr 11:35

Dünya
10 Dekabr 11:18

Xəbər lenti
10 Dekabr 11:15

Xəbər lenti
10 Dekabr 10:50

Siyasət
09 Dekabr 23:08

Siyasət
09 Dekabr 22:02

Xəbər lenti
09 Dekabr 17:00

Xəbər lenti
09 Dekabr 16:49

Xəbər lenti
09 Dekabr 15:55

Xəbər lenti
09 Dekabr 13:47

Xəbər lenti
09 Dekabr 13:26

Mədəniyyət
09 Dekabr 13:06

Sosial
09 Dekabr 12:40

Analitik
09 Dekabr 12:30

Xəbər lenti
09 Dekabr 12:27

Xəbər lenti
09 Dekabr 12:24

MEDİA
09 Dekabr 12:20

Xəbər lenti
09 Dekabr 12:02

Analitik
09 Dekabr 12:00

Xəbər lenti
09 Dekabr 12:00
