Almaniya XİN başçısının ölkəmizə səfəri...
03.11.2023 [10:35]
Nardar BAYRAMLI
Almaniya xarici işlər naziri Annalena Berbokun Azərbaycana səfər edəcək. Almaniyanın Azərbaycandakı səfirliyi nazirliyin səfər proqramını açıqlayıb. Bildirilib ki, 3-4 noyabr tarixlərində Almaniya federal xarici işlər naziri Annalena Berbok danışıqlar üçün İrəvana və Bakıya səfər edəcək. Bu, xarici işlər nazirinin 2023-cü ilin yazında Gürcüstana səfərindən sonra Ermənistan və Azərbaycana ilk, Cənubi Qafqaza isə ikinci səfəridir.
Səfirlikdən qeyd edilib ki, almaniyalı nazir azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək və bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyində birgə mətbuat konfransı keçiriləcək. “Almaniya davamlı sülhə, regionun siyasi və iqtisadi diversifikasiyasına və Aİ ilə sıx və yaxşı münasibətləri üçün çalışır. Bunun üçün regionda etimad və barışıq yaradılması çox vacibdir. Məqsəd azərbaycanlıların və ermənilərin öz milli sərhədləri daxilində sülh və təhlükəsizlik şəraitində yaşaya bilmələri üçün danışıqlar yolu ilə hərtərəfli sülh həllidir. Bu məqsədlə biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli danışıqların tez bir zamanda bərpasını dəstəkləyirik və Cənubi Qafqaz xalqları üçün sülh və sabitliyə töhfə verən hər hansı bir əlaqəni dəstəkləyirik”, - deyə səfirliyin mətbuat katibi Marsel Vietor vurğulayıb.
Ümumiyyətlə, rəsmi Berlin Cənubi Qafqazda sülhün təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının tərəfdarı kimi çıxış edir. Bu ilin iyun ayında Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniya kansleri Olaf Şoltsun Azərbaycan, Ermənistan, Fransanın liderlərinin iştirakı ilə keçirilən beştərəfli görüşdə iştirak etməsi də bunun göstəricisi idi.
Eləcə də hər iki ölkənin xarici işlər nazirlərinin də telefon danışıqları baş tutub. Oktyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Almaniyanın xarici işlər naziri Annalena Berbokun telefon danışığında da Cənubi Qafqazda vəziyyət müzakirə olunmuşdu. Nazir Ceyhun Bayramov Ermənistanın son illər ərzində həyata keçirdiyi hərbi-siyasi təxribatlar, ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin törətdiyi təhdidlər, Azərbaycanın erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi antiterror tədbirlərini şərtlərindirən amillər və tədbirlərindən sonra bölgədə cari vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın erməni sakinləri hədəf almadığı, bunun bölgəyə səfər edən BMT missiyası ilə yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsi və hətta Ermənistan baş naziri tərəfindən belə təsdiqləndiyini xatırladıb. Azərbaycana qarşı davam edən qarayaxma kampaniyasının, guya erməni sakinlərə qarşı “etnik təmizləmə” həyata keçirildiyi barədə iddiaların əsassız olduğu, bunun Ermənistanın və bəzi ölkələrin siyasi manipulyasiyasının tərkib hissəsini təşkil etdiyi qeyd olunub.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağın erməni sakinləri ilə bağlı məsələlər dövlətimizin daxili işidir. Onların reinteqrasiyası üçün Azərbaycan zəruri addımları atır. Ermənistanın və onun havadarlarının ölkəmizi “etnik təmizləmə”də ittiham etməsinin heç bir əsası yoxdur. Beynəlxalq birlik, normallaşma prosesinə vasitəçilik etmək istəyən tərəflər, eləcə də, Almaniya bölgədə mövcud məsələlərə obyektiv münasibət sərgiləməlidir. Şübhəsiz ki, ölkəmizə səfəri zamanı Almaniyanın XİN başçısına mövcud reallıqlar və həqiqətlər bir daha xatırladılacaq.
Xəbər lenti
Hamısına baxGündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52

