Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Astarada 77 yaşlı qadının öldürülməsinə görə üç nəfər saxlanılıb

Astarada 77 yaşlı qadının öldürülməsinə görə üç nəfər saxlanılıb

11.11.2023 [12:19]

Astarada bir gün öncə 77 yaşlı qadının öldürülməsində Cşübhəli bilinən üç nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Astarada 77 yaşlı qadının öldürülməsində şübhəli bilinən Astara rayon sakinləri 1983-cü il təvəllüdlü Məmmədov Elmir Ətrafil oğlu, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Süleymanov Bəhruz Rəşid oğlu saxlanılıblar. Araşdırma aparılır.

Xatırladaq ki, noyabrın 10-da saat 16 radələrində Astara rayonunun Kakalos kənd sakini 1946-cı il təvəllüdlü Məmmədova Zeynəb Əziz qızının qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Paylaş:
Baxılıb: 793 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30