Əlaqələr genişlənir
16.11.2023 [11:04]
"Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatların, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) ən fəal dövlətlərindəndir. Ölkəmiz İƏT üzv dövlətlərlə çoxtərəfli və ikitərəfli formatda əlaqələr qurur. Təşkilata üzv olan Özbəkistanla Azərbaycan arasında yüksək səviyyəli dostluq və qardaşlıq əlaqələri mövcuddur və bu əlaqələr getdikcə genişlənir".
Bu barədə yeniazerbaycan.com-a Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.
"2022-ci ildə Prezident İlham Əliyev Özbəkistana 3 dəfə səfər etmişdir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yenidən prezident seçildikdən sonra ilk dövlət səfərini məhz Azərbaycana etdi.
Prezident İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində İƏT- in 16-cı Zirvə toplantısındakı çıxışında Azərbaycanda şaxələndirilmiş böyük nəqliyyat-loqistika infrastrukturunun yaradılması, 30 il müddət ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığını, şəhər və kəndlərimizi viran qoyması, Azərbaycanın ECO nun işinə böyük əhəmiyyət verməsi barədə çıxış etdi. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşir. Son illər Azərbaycanda nəqliyyat-loqistika infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülmüş, bu layihələrə milyardlarla ABŞ dolları sərmayə yatırılmışdır. Artıq ölkəmiz nəqliyyat və loqistika mərkəzlərindən birinə çevrilmişdir. Ölkə başçımız çıxışında Azərbaycanın nəqliyyat- logistika infrastrukturunun ECO ya üzv dövlətlər üçün açıq olduğunu vurğuladı. Azərbaycan dünyada neft- qaz ehtiyatları ilə zəngin bir dövlətdir və uzun illərdir Azərbaycandan Avropaya neft, neft-kimya məhsulları, təbii qaz ixrac edilir. Ölkəmizdə son illər günəş və küləklə işləyən elektrik stansiyalarının tikilməsi və yaşıl enerji istehsalı istiqamətində böyük layihələr reallaşdırılır. Yaxın gələcəkdə Azərbaycan yaşıl enerji ixrac edən ölkəyə çevriləcək. Ölkəmiz region, eləcə də Avrasiya üçün çox önəmli beynəlxalq iqtisadi layihələrə imza atıb, bu gün də bu işlər davam etdirilir. Ermənistan dövləti isə Cənubi Qafqaz regionunun inkişafı, gücləndirilməsi istiqamətində addımlar atmaq əvəzinə 30 il Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirmişdir. Bu illər ərzində Azərbaycan iqtisadi, siyasi cəhətdən inkişaf edərək güclü dövlətə çevrildi.
Prezident İlham Əliyev Azərbaycan Ordusunu dünyanın ən güclü ordular sırasına yüksəltdi. Ordumuz beynəlxalq hüquqa əsaslanaraq torpaqlarımızı işğaldan azad etdi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi", - deyə deputat bildirib.
Azərbaycanın 1992-ci ildə İƏT- na daxil olduğunu deyən deputat ulu öndər Heydər Əliyevin təşkilata xüsusu önəm verdiyini qeyd edib. "Bu gün də Azərbaycan ECO -nun fəaliyyətinə töhfələr verir. Təşkilatın 9-cu, 12-ci Zirvə görüşləri müvafiq olaraq 2006 və 2012-ci illərdə Bakıda reallaşıb. Təşkilata üzv dövlət olan İran İslam Respublikası ilə Azərbaycan arasında Naxçıvana çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi haqqında razılıq əldə olunub. Təşkilata üzv dövlətlər hər zaman Azərbaycanın haqq işini dəstəkləyib. Vətən müharibəsi zamanı Türkiyə və Pakistan ölkəmizə böyük siyasi və mənəvi dəstək göstəriblər", - deyə millət vəkili bildirib.
Xəbər lenti
Hamısına baxDünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11

