Qarakənd faciəsindən 32 il ötür...
18.11.2023 [10:35]
N.BAYRAMLI
Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında baş vermiş faciədən 32 il ötür. Belə ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycanın dövlət adamlarının, deputatların, ziyalıların olduğu “Mİ-8” hərbi helikopteri erməni hərbi birləşmələri tərəfindən vurulub.
O dövrdə ermənilər tərəfindən başladılmış Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar keçmiş SSRİ müstəvisində müəyyən addımlar atılırdı. Həmin addımlar guya problemi həll etmək üçün görüntü yaratmaq məqsədi daşıyırdı. Faciəyə aparan yola gəlincə, 1991-ci il noyabrın 18-də keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun köməkçisi
Kremldən Bakıya zəng vuraraq respublikanın Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirməyi xahiş edir. Guya məqsəd Qarabağda torpaq iddiasında olan ermənilər və Moskva nümayəndələrinin də bu iclasda iştirakının planlaşdırılması idi. Bu telefon zəngindən sonra Bakıda iclasda iştirak edəcək şəxslərin siyahısı tərtib edilir. Rəsmi Moskva həmin vaxt Azərbaycanda böyük nüfuza malik şəxslərin, o cümlədən dövlət katibi Tofiq İsmayılovun, baş prokuror İsmət Qayıbovun həmin siyahıda yer alması üçün xüsusilə israr edirdi. Siyahıya Viktor Polyoniçkonun başçılıq etməsi haqqında qərar qəbul olunsa da, səfərə az müddət qalmış qərar dəyişir, Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Yeni siyahını Azərbaycanın o vaxtkı rəhbəri Ayaz Mütəllibov təsdiqləyir. Məsələ burasındadır ki, içərisində tanınmış dövlət xadimlərinin və ziyalıların olduğu helikopter uçuş zamanı mühafizə edilməyib.
1991-ci il noyabrın 20-də Xocavəndin Qarakənd kəndi ərazisində “Mi-8” hərbi vertolyotu ermənilər tərəfindən vurulur. Nəticədə vertolyotda olan 22 nəfərin hamısı həlak olur. Onların arasında Dövlət katibi Tofiq İsmayılov, dövlət müşaviri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, deputatlar Vəli Məmmədov və Vaqif Cəfərov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, AZTV-nin əməkdaşları - jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov və başqaları var idi.
Hadisə baş verdikdən sonra ilkin olaraq Rusiya və Ermənistan KİV-ləri helikopterin dumanlı hava şəraitində qayaya çırpılması barədə məlumat yayır. Lakin sonradan onun ermənilər tərəfindən vurulması faktı təsdiqlənir. Faktla bağlı 21 noyabr 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılır və istintaqın davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilir. Lakin sonradan cinayət işi üzrə istintaq dayandırılır. Səbəb kimi hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması göstərilir. Bundan başqa, Xankəndidəki sovet qarnizonunun hərbi prokuroru, anası erməni olan İ.Lazukitin faciə ilə əlaqədar cinayət işi açır, amma cinayətin təsdiqlənməsi üçün əsas sübut olan vertolyotun qara qutusunu da ələ keçirir. Qara qutu Azərbaycanın hüquq-mühafizə orqanlarına verilmir, istintaq məqsədilə Moskvaya aparıldığı bildirilir. Bir müddət sonra isə partlayış nəticəsində qara qutunun lentinin “əridiyi” açıqlanır. Bununla da daha bir erməni cinayətinin üstünün örtülməsinə cəhd edilir.
Lakin 44 günlük Vətən müharibəsi və bu il sentyabrda keçirilən antiterror tədbirləri nəticəsində dövlətimiz öz ərazi bütövlüyünü, suverenliyini təmin edərək tarixi ədaləti bərpa etdi. Azərbaycan xalqına qarşına cinayətlər törətmiş canilərin bir qismi döyüş meydanında cəzasını aldı, bir qismi isə ədalət mühakiməsinə çıxarılacaq. Qarabağda üçrəngli bayrağımızın dalğalanması ilə bütün şəhidlərimizin, o cümlədən Qarakənd faciəsinin qurbanlarının ruhları şaddır.
Xəbər lenti
Hamısına baxDünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11

