“Böyük Qayıdış”ın növbəti addımı…
25.11.2023 [14:57]
Füzuliyə köçənlər 1000 nəfər oldu!
Y.SAHİB
44 günlük Vətən müharibəsində qazandığımız Zəfər regionun reallıqlarını dəyişdirməsi ilə yanaşı, məcburi köçkünlərimizin də 30 ilə yaxın yurd həsrətinə son qoydu. Vətəndaşlarımızın doğma torpaqlarına qayıtmasına imkan yarandı. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin görülməsi, “Böyük Qayıdış” prosesinin sürətləndirilməsi gücümüzü, məqsədimizi, birliyimizi, xalqımızın böyüklüyünü bir daha göstərir. Ali Baş Komandanın qətiyyətli mövqeyi, xalqımızın birliyi və ordumuzun əzmi ilə ölkəmiz istədiyi bütün hədəflərə nail ola bilmə bacarığına sahibdir.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Bu istiqamətdə yeni layihələr və planlar həyata keçirilir. Azad edilən rayon və şəhərlərdə genişmiqyaslı və intensiv işlər aparılır. Mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edərək bildirib ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. Prezidentin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir. İndi həmin ərazilərdə tikinti-abadlıq, yenidənqurma işləri geniş vüsət alıb.
Daha 25 ailə Füzuliyə köçdü…
Dünən Füzuli şəhərinə növbəti köç karvanı baş tutub. Doğma yurda qayıdanlar Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə şəhərə daha 25 ailə - 72 nəfər köçürülür. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 283 ailə, yəni 1000 nəfərin daimi məskunlaşması təmin edilib.
Yurd həsrətimiz sona yetdi…
Bakıdan Füzuli şəhərinə yola salınan keçmiş məcburi köçkün Üsarə Həsənova bildirib ki, bu gün çox sevincli və xoş günlərdən biridir: “Doğma ata ocağıma, Füzuliyə qayıdıram. Otuz iki ildir bu qürurlu günün gələcəyinə ümid edirdik. Allah xalqımıza bu şərəfli sevinc hissin nəsib etdi. Bizə bu tarixi günləri yaşadan Ali Baş Komandanımıza dərin minnətdarlığımı bildirirəm, həmçinin qəhrəman şəhidlərimizə Allahdan rəhmət, cəsur qazilərimizə şəfa diləyirəm”.
Keçmiş günləri yenidən yada salan Ü.Həsənova söyləyib ki, 32 il əvvəl doğma, əziz Füzuli rayonundan zorla çıxarılıb. Buna baxmayaraq hər zaman böyük ümidlə o yerlərə qayıdacağını gözləyib: “Şükürlər olsun ki, yurd həsrətimiz sona yetdi. İndi ailəmlə geri qayıdıram. Övladlarım buna çox sevinirlər. Ötən illər ərzində doğma yerləri övladlarıma şəkillərdə göstərirdim. Amma indi onlar Füzulinin necə gözəl bir məkan olduğunu öz gözləri ilə görəcəklər. Sevincimizin həddi-hüdudu yoxdur.
Böyük həsrətlə gözləyirdim…
Füzuli sakini Ziya İsgəndərov həm qürurlu, həm də çox həyəcanlı olduğunu qeyd edib: “Füzuliyə qayıtmağı böyük həsrətlə gözləyirdim. Mənə və bütün azərbaycanlılara bu sevinci yaşadan Prezident İlham Əliyevə təşəkkür edirəm. Ulu Öndərin ruhu indi şaddır ki, xalqı doğma yurduna qayıdır. Allah şəhidlərimizə rəhmət eləsin. Onların analarının qarşısında baş əyirəm. Qazilərimizə isə cansağlığı arzulayıram. Onlar Ali Baş Komandanın bir çağırışı ilə birləşib, “dəmir yumruğ”a dönərək düşmənin başını əzdi”.
Hər zaman doğma yerlərə qayıdacağına böyük ümidi olduğunu söyləyən Z.İsgəndərov deyib ki, o ümidlər reallığa çevrilib: “Bu anları mənə yaşatdığına görə ordumuza minnətdaram”.
Füzulidən çıxanda körpə uşaq idim…
Füzuli sakini, keçmiş məcbur köçkün Elmir Əlizadənin sözlərinə görə, bu günü illərdir ki, səbirsizliklə gözləyiblər: “Füzulidən çıxanda körpə uşaq idim, bu gün isə dogma yurda ailəmlə qayıdıram. Bu gün hamımız çox sevincliyik, illərdir yolunu gözlədiyimiz doğma Füzulimizə qayıdırıq. Hər bir keçmiş məcburi köçkünə öz doğma yurduna qayıtmağı, bu günləri yaşamağı arzu edirəm. Bu gün beş nəfərlə qayıdırıq Füzuliyə. Bizə belə gözəl hissləri yaşadan Ali Baş Komandana, müzəffər Ordumuza təşəkkürümüzü bildiririk”.
O günləri xatırladıqca bütün bədənim əsir…
Füzuli sakini Bahar Əliyeva qeyd edib ki, iki körpə övladı ilə çıxdığı Füzuli şəhərinə iki nəvəsi və digər ailə üzvləri ilə qayıdır: “Füzulidən çıxdığımız ağrılı-acılı günləri xatırlamaq belə istəmirəm. O günləri xatırladıqca bütün bədənim əsir, o günün ağrısını, acısını, stresini yenidən yaşayıram. Çox şükür ki, kabusa dönən, bizi kölgə kimi izləyən həmin günlər artıq sona çatdı. Artıq qalib xalq kimi yurdumuza qayıdırıq. Bizə belə gözəl hissləri yaşadan Ali Baş Komandana, müzəffər Ordumuza təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

