Qış turizminə sayılı günlər qaldı
28.11.2023 [12:21]
M.BAYRAMLI
Bu günlərdə qış turizmi aktuallaşır. Adətən qış turizmi mövsümü dekabrın 1-dən açılır. Məlumdur ki, qış turizminin inkişafı idman və sağlamlıq baxımından çox əhəmiyyətlidir. Bundan başqa, insanlarımız üçün də sərfəlidir. Vaxtilə bizim vətəndaşlar qış fəslində daha çox xarici ölkələrə üz tuturdular. İndi ölkəmizdə qış turizmi üçün əlverişli şərait yaradılıb. Mövsümə hazırlıq işləri artıq başlanıb. Yerli turizm şirkətləri xarici tərəfdaşlara Azərbaycanda qış turizmi, xüsusilə də dağ-xizək turizmi ilə bağlı turpaketləri göndərməyə hazırlaşır. Ölkəyə gələn turistlərin sayı ildən-ilə artmaqdadır. Hər qış ölkəmizə xaricdən peşəkar xizəkçilər də gəlir. Əslində qış turizmi Azərbaycan üçün yeni bir sahədir. Daha dəqiq desək, 2011-ci ildən etibarən inkişafa başlayıb. Ölkəmizdə qış turizmi üçün, demək olar, bütün infrastruktur yaradılıb.
Bu məqsədlə də, noyabrın 24-də SPECA həftəsi çərçivəsində "Şahdağ Turizm Mərkəzi" QSC ilə Qazaxıstanın “Şımbulak” Dağ Kurortu arasında “Türk dünyası ölkələrində xizək turizminin inkişafı sahəsində gələcək əməkdaşlıq və Türk ölkələrinin xizək kurortları alyansının yaradılması niyyəti ilə Memorandum” imzalanıb. Sənədi Şahdağ Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov və “Şımbulak” Dağ Kurortunun baş direktoru Rinat Abdraxmanov imzalayıb. Müqavilədə nəzərdə tutulan əsas məqamlardan biri də türk dünyasının bütün ölkələrinin xizək kurortları Alyansının yaradılması və türk ölkələrinin xizək kurortlarının yaradılacaq Alyansa cəlb edilməsidir.
Xizək mərkəzləri arasında əlaqələrin qurulması və inkişafı, xizək turizminin inkişaf etdirilməsi baxımından önəm kəsb edir. Mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və mütəxəssis hazırlığı üzrə birgə proqramların işlənib hazırlanması istiqamətində əməkdaşlıq edəcəklər. Eləcə də təcrübə mübadiləsi, kurort-sağlamlıq istirahəti, birgə xizək yarışlarının, müştərək marketinq və tanıtım tədbirlərinin keçirilməsi, tədbir, sərgi və konfranslar üzrə vahid təqvimin yaradılması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 22:08
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27

