Beynəlxalq Rəssamlar Günüdür
08.12.2023 [11:24]
Fırçası ilə möcüzə yaradanlar...Yeganə BAYRAMOVA
İnsanın ruhunu oxşayan, incə, rəngarəng və maraq doğuran sənət növlərindən biri rəssamlıqdır. Rəssamlıq insanın mənəvi aləmindəki daxili duyğularını cəmiyyətlə bölüşməyin ən maraqlı yoludur. Bəli, rəssamlıq dərin sənətdir, bu isə ciddi təxəyyül, istedad, əmək, səbr və mütaliə tələb edir.
Bu gün bu sənətin vurğunu olan, rənglərin dili ilə danışan, ömrünü-gününü rənglərə bağlayanların günüdür. 2007-ci ildə “Dünya Xalqları Sənəti” Beynəlxalq Assosiasiyası tərəfindən Beynəlxalq Rəssamlar Günü təsis edilib. Rəssamlar Günü təkcə peşəkarlar və sənət həvəskarları üçün xüsusi gün deyil. Yaradıcılıq insana dünyadan zövq almağı və onu sevməyi bəxş edir. Buna görə də bugünkü bayram həmçinin bütün gözəllik, rəngarənglik, təbiət sevənlər üçün xüsusidir.
Rəssamlıq peşəsi min illər boyu meydana gəlib: ibtidai icma dövründən qədim insanlar daş, qaya üzərində ilk rəsm əsərlərini yaratmağa başladılar. Qədim Misirdə rəssamlara çox hörmət edilirdi. Yaradılan təsvirlərin sehrli bir təsirə sahib olduğuna inanılırdı. Orta əsrlərdə rəssamlığın əsas istiqamətləri ikon rəssamlığı, freska (suvağı qurumamış divarda sulu boyalarla işlənir) və mozaika yarandı. İntibah dövründə isə bu gün də aktuallığını itirməyən Portret janrı inkişaf etməyə başladı.
Beynəlxalq Rəssamlar günü tarixdə iz qoyan rəssamları xatırlatmaq üçün başqa bir səbəbdir: onların gözləri ilə tarixə nəzər salırıq, dünyamızın nə qədər gözəl olduğunu başa düşürük. Eyni zamanda ?u günün şərəfinə mədəniyyət müəssisələrində, muzeylərdə, qalereyalarda bir çox müxtəlif tədbirlər və tematik sərgilər keçirilir.
Azərbaycanda tarixən ölkəmizi tanıtmağa qadir olan rəssamlar olub. Orta əsr Azərbaycan rəssamlarının əsərlərinin dünya muzeylərində və şəxsi kolleksiyalarda sənət inciləri kimi yer tutması Azərbaycan təsviri incəsənətinin qələbəsidir. Orta əsrlər Azərbaycan rəssamlarının çəkdiyi əsərlər, miniatürlər bütün dünyada məşhurdur. Dahi rəssamımız Soltan Məhəmmədin “Bəhram Gurun şir ovu”, “Məhəmməd Peyğəmbərin meracı”, “Xosrovun çimən Şirini görməsi”, “İsgəndərin Çin xalqı ilə görüşü” və s. əsərləri dünyada çox məşhurdur. Ağa Mirəkin əsərləri də həmçinin, dünya muzeylərini bəzəyir. Onun “Məcnun heyvanlar arasında”, “Xosrov və Şirinin xidmətçilərin nağılını dinləməsi”, “Xosrovun taxta çıxması”, “Şapurun Xosrovun yanına qayıtması” unikal nümunələrdir. Seyid Əlinin “Bəhram Gur və qoca çoban”, “Məcnun Leylinin çadırı qarşısında”, “İbn Səlamın elçiliyi” və s. əsərlərin adını çəkə bilərik. Azərbaycan rəssamlarının əl işləri qədim zamanlardan dünya səyyahlarını maraqlandıran əsl sənət inciləridir.
Müstəqillik illərində Azərbaycan təsviri sənətinin tərəqqisi, dünyada təbliği, gənc rəssamların yaradıcılığının dəstəklənməsi istiqamətində də bir çox məqsədyönlü işlər görülüb. Son illərdə keçirilən respublika və beynəlxalq əhəmiyyətli sərgilərin sayı artmaqdadır. Azərbaycan rəssamlarının əsərləri müxtəlif xarici ölkələrin ən nüfuzlu sərgi salonları, muzey və qalereyalarında nümayiş etdirilib. Dövlətimizin qayğısı nəticəsində təsviri sənət yaradıcılarımızı daha böyük uğurlar gözləyir.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

