Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Komitə sədri: Biz dayanıqlı şəhərsalmanı hədəf olaraq seçdikdə çağırışlara dayanıqlılığı təbliğ etmiş oluruq

Komitə sədri: Biz dayanıqlı şəhərsalmanı hədəf olaraq seçdikdə çağırışlara dayanıqlılığı təbliğ etmiş oluruq

22.12.2023 [12:47]

Ötən ay Azərbaycanın paytaxtı Bakı World Urban Forumunun 13-cü sessiyası üçün ev sahibi ölkə olaraq seçilib. Bu tədbir 2026-cı ildə keçirdiləcək. Ölkəmizin qazandığı bu nominasiya heç də asan deyildi. Burada çətinlik yaradan rəqib olan və möhtəşəm şəhərlər deyil bizim əlimizdən gələnin ən yaxşısını etmək istəyimiz idi. 

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanması mərasimində söyləyib. 

“Biz istəyirik beynəlxalq ictimaiyyət görsün ki, bizim paytaxtımız və onun sakinləri nələrə qadirdir. Təbii ki, biz sübut etməliyik ki, on minlərlə iştirakçının dünyanın hər bir yerindən bura gəlişini bu cür nəhəng tədbirə ev sahibliyi etməyin öhdəsindən gələ bilərik. Şəhərsalma hər bir ölkənin iqtisadiyyatı üçün önəmlidir. Azərbaycan son iyirmi ildə mühüm inkişaf əldə edib. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə şəhər salma və yenidən quruculuq işlərində mühüm dəyişikliklərə imza atıb. Dayanıqlı ətraf mühit həmçinin harmoniyalı cəmiyyətin ən önəmli sütunlarından biri hesab oluna bilər. Biz dayanıqlı şəhərsalmanı əsas hədəf olaraq seçdikdə çağırışlara dayanıqlılığı, bütün icmalara inkluzivliyi və ətraf mühitə hörməti təbliğ etmiş oluruq”, - deyə Anar Quliyev əlavə edib.

Paylaş:
Baxılıb: 476 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31