Payız sessiyasının son iclasında...
31.12.2023 [11:00]
Parlament Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib
Milli Məclis 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
Günel ABBASOVA
Dekabrın 30-da Milli Məclisin payız sessiyasının sonuncu iclası keçirilib. Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 7 məsələ daxil edilib.
Əvvəlcə deputatlar Etibar Əliyev, Elman Nəsirov, Bəhruz Məhərrəmov, Musa Qasımlı, Sahib Alıyev, Fazil Mustafa, Sədaqət Vəliyeva, Jalə Əhmədova, Pərvin Kərimzadə, Razi Nurullayev cari məsələlər ətrafında çıxış ediblər.
Sonra “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş), Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) səsverməyə çıxarılaraq qəbul edilib.
Ardınca “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş), Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) səsvermə yolu ilə təsdiqlənib.
Sonra “Dünya azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Milli Məclisin müraciətinin təsdiq edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb. Müraciəti Milli Məclisin deputatı Nurlan Həsənov oxuyub. Daha sonra qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
İclasın sonunda Sahibə Qafarova çıxış edərək sessiya və il ərzində görülmüş işlər haqqında qısa məlumat verib.
Bildirib ki, indiyə qədər olduğu kimi, Milli Məclisin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin altıncı çağırış Milli Məclisin birinci iclasında verdiyi tövsiyələr əsasında qurulub: “Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətləri tam yerinə yetirilmişdir. Payız sessiyasında parlamentin 16 iclası olmuş, 100 qanun və qərar layihəsinə baxılmışdır. Ümumiyyətlə, 2023-cü ildə isə Milli Məclisin 39 plenar iclası keçirilmiş, 268 qanun və 27 qərar qəbul edilmişdir.
Başa çatan ilin ən önəmli hadisələri sırasında xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Milli Məclisin mayın 16-da və iyunun 14-də keçirilən xüsusi iclasları qeyd edilməlidir. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərinin, dünya siyasət sənətinə verdiyi töhfələrin ölkəmizdə və beynəlxalq aləmdə nə qədər yüksək qiymətləndirildiyi bir daha nümayiş olunmuşdur. Onu da deyim ki, bu iclaslar Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə keçirilən “Heydər Əliyev İli” çərçivəsində parlament səviyyəsində təşkil edilən ən irimiqyaslı tədbirlər olmuşdur”.
O vuruğlayıb ki, ötən dövrün ən əlamətdar hadisələrindən biri də İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclası olmuşdur: “İclasda Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasını layiqincə davam etdirən möhtərəm cənab İlham Əliyevin Azərbaycanı qüdrətli dünya dövlətinə çevirməyə yönələn fəaliyyətindən minnətdarlıq duyğuları ilə danışılmışdır.
Hər dəfə biz Milli Məclisin fəaliyyətinə yekun vurarkən bu fəaliyyətin uğurlarına şərait yaradan amillər sırasında hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq əlaqələrini hökmən qeyd edirik. Bununla əlaqədar Milli Məclis ilə Prezident Administrasiyasının müvafiq şöbələri arasında mütəmadi xarakter daşıyan iş birliyinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Eyni zamanda, mən parlamentlə hökumət arasında konstruktiv əməkdaşlığa da diqqəti cəlb etmək istəyirəm. Yola saldığımız il ərzində hökumətin müxtəlif strukturlarının, o cümlədən nazirliklərin və dövlət komitələrinin nümayəndələri Milli Məclisin və komitələrin iclaslarına dəvət olunmuş, qanun layihələrinin müzakirəsi zamanı onların rəyləri dinlənilmiş, eyni zamanda, deputatların bir sıra mülahizə və təklifləri də icra orqanları tərəfindən nəzərə alınmışdır”.
S.Qafarova bildirib ki, Milli Məclisdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində də lazımi tədbirlər həyata keçirilib: “Qeyd edim ki, il ərzində Milli Məclisin rəhbərliyi, komitə sədrləri, Aparatın rəhbəri və şöbə müdirləri, işlər müdiri tərəfindən 4 minə qədər vətəndaş qəbul edilmiş, parlamentdə 20 mindən çox vətəndaş müraciətinə baxılmışdır. Ötən dövrdə Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülmüşdür. Nümayəndə heyətlərimiz üzv olduğumuz bütün beynəlxalq parlament təşkilatlarının fəaliyyətində həmişə olduğu kimi yaxından iştirak etmişlər.
Ümumiyyətlə, il ərzində 104 deputatımız 61 ölkəyə 495 səfər həyata keçirmişdir.
Milli Məclis sədrinin 13 ölkəyə rəsmi və 10 ölkəyə 12 işgüzar səfəri olmuşdur.
Həm deputatların, həm də Milli Məclis sədrinin səfərlərində dövlətimizin xarici siyasətinin parlament ölçüsünü təmin etmək üçün parlament diplomatiyasının imkanlarından istifadə edilmişdir. Həmçinin, hörmətli deputatlarımız Türkiyədə keçirilən Prezident və parlament seçkilərini, Qazaxıstan, Özbəkistan, Bolqarıstan, Serbiya, Polşa və Kambocada keçirilən parlament seçkilərini müşahidə etmişlər”.
Sədr təklif edib ki, Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik məktubu göndərilsin. Deputatlar sədrin təklifinə alqışlarla razılıq veriblər.
Sonda Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Beləliklə, Milli Məclisin payız sessiyası işini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

