Köhnə yeni il...
13.01.2024 [12:20]
Nə üçün qeyd olunur?
Yeganə BAYRAMOVA
Məlumdur ki, dünyada yanvarın 1-i Yeni il bayramıdır. Ancaq bu günü xüsusi təmtəraqla qeyd edən ölkələrin bir çoxunda bayram ab-havası bitmiş sayılmır. Çünki yanvarın 13-ü köhnə yeni il bayramıdır. İkinci yeni il bayramı kimi... Hər il yanvarın 13-də insanlar 13 gün əvvəlki kimi süfrələr açır, şadyanalıq edir, yeni təqvimini yenidən qeyd edirlər. Hətta bir çoxları evlərdə qurulan yolkaları da ayın 13-dən sonra sökürlər.
Bayramın tarixi...
Bu bayramı qeyd etmək ənənəsi qədimdən, hələ Yulian təqviminin vaxtında yaranıb. Rusiyada əvvəllər tətbiq olunan Yuli təqvimi ilə Yeni il yanvarın 14-də başlayır. Kilsə müasir Qriqorian təqviminə keçməzdən əvvəl bu gün bayram kimi qeyd olunurdu. 1700-cü ildə Birinci Pyotr həmin təqvimi ləğv edərək Yeni ilin bütün dünyada olduğu kimi yanvarın 1-də qeyd olunmasına qərar verib.
Qərarda qeyd olunub ki, ölkədə Yeni ilin müxtəlif tarixlərdə qeyd olunması xalqın çaşdırılmasına xidmət edir. Buna görə də hamılıqla birlikdə bayram yanvarın 1-də qeyd olunmalıdır. Birinci Pyotr xoş başlanğıc olaraq xalqı təbrik edib, hamıya işlərində uğurlar, ailədə xoşbəxtlik arzulayıb: “Yeni ilin gəlişi münasibətilə şam ağaclarını bəzəyin, uşaqların əylənməsi üçün onları xizək sürməyə aparın. Böyüklər isə sərxoş məclislərində və dava-dalaşlarda iştirak etməsin - bunun üçün digər günlər də yetərlidir”.
Yanvarın 13-ü köhnə Yeni il kimi Sovet İttifaqı qurulduqdan sonra ənənələrin saxlanması məqsədilə qeyd olunmağa başlayıb. Bu da provaslav kilsəsinin bütün günləri Yuli təqvimi ilə qeyd etməsi ilə bağlıdır. Provaslavlarda müasir Yeni il isə Milad bayramı kimi qeyd olunur. Amma nəzərə almaq lazımdır ki, bu bayram təkcə Rusiyada, eləcə də postsovet ölkələrində keçirilmir. Katoliklər yeni ili e.ə 45-ci ildə Roma imperatoru Yuli Sezarın tərtib etdiyi təqvim əsasında indiyə qədər yanvarın 1-i qeyd edir.
Köhnə yeni ili qeyd edən ölkələr...
Rusiya ilə yanaşı köhnə yeni il Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Serbiyada, Çernoqoriya və İsveçrədə keçirilir. Yeni ili yanvarın 13-ü qarşılamaq ənənəsi Serbiya və Çernoqoriyada hələ də saxlanılıb. Çünki bu ölkələrdə Rusiyada olduğu kimi kilsə günləri Yuli təqvimi ilə qeyd edilir. Serbiyada bayram Serbiyanın Yeni ili adlandırılır. Makedoniyada, İsveçrənin bir sıra almandilli bölgələrində də bu təqvim qeyd olunur.
Yaponiyada isə “rissyun” adlanan köhnə Yeni il baharın gəlişidir. Azərbaycanda köhnə Yeni ili ölkəmizdə yaşayan ruslar qeyd edirlər.
Niyə 13 yanvar ?
Yanvarın 13-ü tarixində ilin sonuna 352 gün ( bu il 353 gün-red.) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə isə 31 dekabr tarixinə uyğun gəlir.
Dünyanın bəzi ölkələrində bu bayramla bağlı özəl münasibətin səbəbləri də var. Bunlardan biri də dekabrın 31-dən fərqli olaraq, 13 yanvarın daha sakit, qarışıqlıqdan uzaq keçirilməsidir.
Məsələn, Rusiyada keçirilən sorğu zamanı məlum olub ki, əhalinin 60 faizi bu bayramı keçirməkdə maraqlıdır. Onların arasında tələbələr, ev qadınları, 40 yaşdan kiçik şəxslər üstünlük təşkil edir.
Maraqlıdır ki, qədim ənənələrdən biri də 13 yanvarda, gecə saat 2-də südlü sıyıq bişirilməsidir. Həmin vaxt evin yaşca böyük xanımı anbardan düyü, evin yaşlı kişisi isə bulaqdan su gətirir. Soba qızmamış heç kim ona əl vurmazdı. Daha sonra hamı masa arxasında oturur, qadın sıyığı bişirməyə başlayırmış... Sıyıq dadlı və qaydasında alınanda yeni ili uğurlu və bərəkətli hesab etmək olarmış. Qazanından daşmış, normasında alınmamış südlü sıyıq isə ailə üçün bərəkətsiz, uğursuz il hesab olunurdu.
Xəbər lenti
Hamısına baxDünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59

