Gəncliyin seçimi bəllidir!
18.01.2024 [19:32]
YAP Gənclər Birliyi bölgələrdə səyyar görüşləri davam etdirir
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Gənclər Birliyi bölgə gəncləri ilə görüşləri davam etdirir.
Xüsusi brendləşdirilmiş avtobuslar ilə təşkil edilən növbəti səyyar görüşlər Oğuz və İmişli rayonlarında keçirilib.
Görüşlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra YAP Gənclər Birliyinin üzvləri Emil Aslanlı, İlqar Axundov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov, YAP Veteranlar Şurasının üzvü Novruz Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək prezident seçkilərinin önəmindən, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 20 ildə qazandığı nailiyyətlərdən, xüsusilə də gənclər siyasətinin uğurlu nəticələrindən bəhs edib, qarşıda duran hədəfləri diqqətə çatdırıblar.
Görüşlərdə, həmçinin bölgə gənclərinə seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə məlumat verilib, ilk dəfə səs verəcək gənclərin məlumatlılıq səviyyəsinin artırılması ilə əlaqədar infosessiyalar təşkil edilib.
Səyyar platformalarda maarifləndirmə sessiyaları ilə yanaşı, intellektual yarışlar, fərdi və peşəkar inkişafa, eləcə də səsvermə hüququndan istifadəyə dair təlimlər və müxtəlif tematik müsabiqələr keçirilib.
Gənclər Azərbaycanın Zəfər tarixini yazan, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətini dəstəklədiklərini, Azərbaycanı parlaq gələcəyə - işıqlı sabaha aparan Liderə səs verəcəklərini və daim onun ətrafında sıx birləşəcəklərini ifadə ediblər.
Tədbirlərə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.
Xəbər lenti
Hamısına baxHadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24

