Azərbaycan ilə Küveyt arasında əməkdaşlıq məsələləri müzakirə olunub
23.01.2024 [16:38]
Yanvarın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Küveyt arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov iki ölkə arasında müxtəlif, o cümlədən iqtisadi, alternativ enerji, ticarət, kənd təsərrüfatı, balıqçılıq, turizm, mədəniyyət, təhsil və digər sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin və perspektivlərin mövcud olduğunu məmnunluqla qeyd edib. Xüsusilə regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH) çərçivəsində iki ölkənin bir-birinə göstərdiyi qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.
2024-cü ilin, eyni zamanda, Azərbaycan ilə Küveyt arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi ilə əlamətdar olduğu diqqətə çatdırılıb. Ölkələrimiz arasında münasibətlərin inkişafında parlament diplomatiyasının, o cümlədən iki ölkənin parlamentarilərinin qarşılıqlı səfərlərinin müsbət rol oynadığı bildirilib.
Əlaqələrin inkişaf perspektivlərinin zəngin olduğu, bu istiqamətdə mövcud potensialdan səmərəli istifadə edilməsi məqsədilə siyasi məsləhətləşmələr mexanizminin, Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın böyük əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.
Qonaqlar, həmçinin işğaldan azad olunmuş ərazilərdə postmünaqişə dövründə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə ətraflı məlumatlandırılıb, Küveyt tərəfinin prosesdə iştirakı üçün potensial imkanların olduğu qeyd edilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08

