Türkiyəli astronavt kosmosdan Bakının şəklini çəkəcək
24.01.2024 [10:45]
Günel ABBAS
Kosmosda çəkilən fotoşəkillər dünyanın gözəlliklərini daha bariz şəkildə ortaya çıxarır. Bu fotolar həm də bir sənəd kimi fotoqrafiya tarixində böyük əhəmiyyət kəsb edir. NASA-nın 1998-ci ildə dünya orbitinə yerləşdirdiyi ISS, yəni Beynəlxalq Kosmos Stansiyası, illərdir təsir edici fotoşəkilləri çəkərək dünyaya göndərir. Bunlar arasında dəyişiklik edilərək çox daha cazibədar hala gətirilən minlərlə fotoşəkil var. Xüsusilə böyük ölkə və şəhərlərin kosmosdan görünüşü xeyli təsir edicidir.
Hazırda sosial medianın inkişafının ən yaxşı tərəflərindən biri astronavtların kosmosdan bizimlə birbaşa əlaqə qurmasıdır. Paylaşdıqları məlumatverici postlarla yanaşı, kosmik fəzanın əsrarəngiz fotoşəkillərini öz sosial şəbəkə hesablarında izləyicilərlə bölüşürlər. Bu da insanlarda astronomiyaya marağı bir az da artırır.
Ölkəmizin və paytaxtımızın da müxtəlif illərdə kosmosdan çəkilmiş fərqli və ecazkar görüntüləri mövcuddur.
Yeri gəlmişkən, kosmosa uçan ilk türkiyəli astronavt Alper Gezeravcı kosmosdan Bakı, Konya, Ankara, İstanbul və Çanaqqalanın, Mersinin Silifke mahalının və Ağrı dağının fotoşəkillərini çəkəcək.
O, Beynəlxalq Kosmik Stansiyada olduğu müddətdə Türkiyə ilə tez-tez əlaqə yaradacaq. Onun Türkiyə ilə ən azı 7 dəfə əlaqə saxlayacağı bildirilir.
Gezeravcının ilk olaraq danışacağı şəxs isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olacaq.
Həmçinin türkiyəli astronavtın ailəsi ilə eyni zamanda, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ilə videogörüşü nəzərdə tutulur.
Alper Gezeravcı, həmçinin Bursadakı Gökmen Kosmik Aviasiya Təhsil Mərkəzi və Ankaradakı Tübitak Kosmik Mərkəzi ilə də əlaqə yaradacaq.
Türkiyəli astronavt Beynəlxalq Kosmik Stansiyada qaldığı müddətdə türkiyəli tələbələrlə də danışacaq, Samsun, Kocaeli, Hatay, Diyarbəkir, Konya və Balıkesirdən olan universitet, lisey və orta məktəb tələbələri ilə təcrübələrini bölüşəcək.
Kosmosdan fotolar necə çəkilir?
Dünyanın fotoşəkillərinin kosmosdan necə çəkildiyi sualına cavab vermək üçün əvvəlcə kosmosdan çəkilmiş ilk fotoşəkilə və fotoşəkilin çəkilmə prosesinə diqqət etmək lazımdır. Yerin kosmosdan ilk və əfsanəvi fotoşəkili “White Sands” raketi ilə çəkilib. Əslində, tədqiqatçılar bu fotonu kosmik fotoqrafiyanın başlanğıcı hesab edirlər.
Dünyanın ilk fotoşəkili 24 Oktyabr 1946 tarixində təxminən 105 kilometr yüksəklikdə ABŞ-ın V-2 tipli raketi tərəfindən çəkilmişdi. Bu görüntülər, qara-ağ film və 35 millimetrlik kamera istifadə edərək əldə edilmişdi.
Lakin əksər nəşriyyatların, xüsusilə “National Geographic”in istifadə etdiyi rəngli dünya fotoşəkili 1972-ci ildə çəkilib. Bu foto yüksək keyfiyyətə malik olmasına görə Mavi Mərmər adlandırılıb.
Kosmosdan çəkilmiş ilk fotoşəkil üçün “White Sands” raketinə 35 mm-lik kinokamera qoşulmuşdu. Əslində, görüntülər kosmosun başlanğıcından bir qədər yuxarıda, atmosferdən cəmi 65 mil yüksəklikdə çəkilib. Fotoşəkillərin çəkildiyi filmlər polad kasetlə qorunduğu üçün eniş zamanı zədələnməyib.
Daha sonra, 1957-ci ildə uğursuz “Shepard” təcrübəsi zamanı peykə Maurer 220G kamerası inteqrasiya edilib. Ancaq vurğulamaq lazımdır ki, əsl addım 1964-cü ildə Hasselblad 600C seriyası ilə atılıb. Bu zaman orta formatlı kamera olan 500C NASA-nın əvəzedilməzinə çevrildi. Çünki o həmin müddətdə bazarda olan 35 mm-lik kameralarla müqayisədə son dərəcə yüksək ayırdetmə xüsusiyyətinə malik idi.
Yuxarıda qeyd etdiyimiz proses rəqəmsal maşınların ixtirasına qədər davam etdi. Rəqəmsal kameralar təsvirin keyfiyyəti və yüksək ayırdetmə qabiliyyəti baxımından kosmik fotoqrafiya üçün yeni imkanlar yaradır. Bu gün gündəlik istifadə edilən kameraların çəkişiliş keyfiyyəti belə 8K-ya qədər çata bilir. Bu baxımdan kosmosdan əldə edilən şəkillərin keçmişlə müqayisədə nə qədər yüksək keyfiyyətli olması da heç kimə sirr deyil.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

