“Seçimimiz Müzəffər Lider İlham Əliyevdir!”
26.01.2024 [19:19]
2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyası çərçivəsində YAP Gənclər Birliyi Naxçıvan Muxtar Respublikasında gənclərlə səyyar görüşləri davam etdirir.
Xüsusi brendləşdirilmiş avtobus ilə təşkil edilən növbəti səyyar görüş Culfa rayonunun gəncləri ilə keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Cəbi Quliyev, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, YAP Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov, təşviqat qrupunun üzvləri Arif Həşimov və Əyyub Quliyev çıxış ediblər.
Çıxışlarda cənab İlham Əliyevin Azərbaycan gəncliyinin inkişafını xüsusi diqqət mərkəzində saxladığı və bu istiqamətdə məqsədyönlü fəaliyyətin həyata keçirildiyi vurğulanıb. Qeyd edilib ki, bu gün Azərbaycan gəncliyi dövlətə, Vətənə və xalqa sədaqət andını inamla yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına mühüm töhfələr verir, respublikamızı beynəlxalq arenada layiqincə təmsil edir. Ən əsası, Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük fədakarlıq və rəşadət nümayiş etdirməklə tarix yazmışdır.
Gəncləri fevralın 7-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağıran natiqlər Azərbaycan gənclərinin növbəti dəfə sağlam düşüncə əsasında öz vətəndaş mövqelərini nümayiş etdirəcəklərinə əminliklərini ifadə ediblər. “Seçimimiz Müzəffər Lider İlham Əliyevdir!” - deyə vurğulanıb.
Təşviqat görüşündə iştirak edən gənclərə seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə məlumat verilib, ilk dəfə səs verəcək gənclərin məlumatlılıq səviyyəsinin artırılması ilə əlaqədar infosessiyalar təşkil edilib.
Səyyar platformalarda maarifləndirmə sessiyaları ilə yanaşı, intellektual yarışlar, fərdi və peşəkar inkişafa, eləcə də səsvermə hüququndan istifadəyə dair təlimlər və müxtəlif tematik müsabiqələr keçirilib.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.
Xəbər lenti
Hamısına baxDünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11

