Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Müşfiq Cəfərov: “Prosesi minlərlə yerli və xarici müşahidəçinin izləməsi seçki mühitinin şəffaflığının göstəricisidir”

Müşfiq Cəfərov: “Prosesi minlərlə yerli və xarici müşahidəçinin izləməsi seçki mühitinin şəffaflığının göstəricisidir”

01.02.2024 [10:13]

“Fevralın 7-də keçiriləcək prezident seçkiləri Azərbaycanın demokratik seçki ənənəsinin növbəti parlaq nümunəsi kimi tarixə yazılacaq”. Bu fikirləri secki-2024.az saytına açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat Azərbaycanın müstəqillik illərində demokratik seçki təcrübəsinin formalaşdığını bildirib. M.Cəfərov 7 fevral seçkilərinin müstəsna əhəmiyyətinə də toxunub: “Azərbaycanın Seçki Məcəlləsində dünyanın ən sivil qanunlarına uyğun bütün prinsiplər nəzərə alınıb. Eyni zamanda, seçki prosesini minlərlə yerli və xarici müşahidəçi izləyəcək. Seçkilərin qanunvericilikdə göstərilən prinsiplərə uyğun, ədalətli keçiriləcəyinə əminəm”.

O, fevralın 7-də baş tutacaq səsvermədə əhalinin fəallıq nümayiş etdirəcəyinə əmin olduğunu deyib: “Seçkilər hər bir ölkənin gələcəyini müəyyənləşdirən faktorlardan biridir. Azərbaycanda güclü dövlətçilik ənənələri var ki, bu ənənələrin bir hissəsini də seçkilər təşkil edir. Hazırda təşviqat mərhələsi davam edir və müşahidələrimiz onu deməyə əsas verir ki, cəmiyyətdə seçki aktivliyi yüksəkdir”.

Paylaş:
Baxılıb: 636 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30