Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Mərakeşin fransızdilli nəşri Azərbaycandakı prezident seçkilərindən yazıb

Mərakeşin fransızdilli nəşri Azərbaycandakı prezident seçkilərindən yazıb

03.02.2024 [16:31]

Mərakeşin fransızdilli “Lavie Eco” saytı Azərbaycandakı növbədənkənar prezident seçkiləri barədə geniş məqalə dərc edib. Secki-2024.azsaytının məlumatına əsasən, məqalədə Azərbaycanın iqtisadi potensialı, geosiyasi mövqeyi və enerji bazarlarındakı rolu fonunda 7 fevral seçkiləri qiymətləndirilib. Bildirilib ki, budəfəki seçkilər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra baş tutur. Qeyd olunub ki, Azərbaycan misilsiz inkişaf zirvəsinə yüksələrək Cənubi Qafqazın lider dövlətinə çevrilib. Azərbaycan təkcə regional məsələlərdə deyil, həm də dünya siyasətində mühüm oyunçuya çevrilib.

“Dünya təcrübəsində müstəqilliyinin cəmi 30 ilində bu qədər böyük uğurlara imza atan ölkələrin sayı çox azdır. Bu gün Azərbaycan regionun aparıcı iqtisadi gücünə çevrilib. Azərbaycanın təşəbbüsü və tərəfdaşları ilə birgə həyata keçirilən bir sıra irimiqyaslı layihələr təkcə Cənubi Qafqaz regionunun deyil, həm də qonşu regionların inkişafına mühüm töhfə verir”, - deyə məqalədə bildirilib. 

Yazıda qeyd olunub ki, ərazi bütövlüyünü tam bərpa etmiş ölkə kimi Azərbaycanın qarşısında həm regionda, həm də qlobal məkanda davamlı iqtisadi inkişafı təmin etmək kimi yeni məqsəd və vəzifələr dayanır. 

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29