DSK sədri: “Yeni yaşayış massivlərində səsvermə üçün zəruri şərait yaradılıb”
04.02.2024 [12:41]
Son illərdə əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə çoxlu sayda yeni yaşayış massivləri tikilərək istifadəyə verilib. Bu sırada Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Bakının Yasamal və Suraxanı rayonlarında, həmçinin Gəncə və Sumqayıt şəhərlərində salınmış qəsəbələr də var. Secki-2024.az saytı yeni yaşayış massivlərində 7 fevral prezident seçkiləri üzrə səsvermə gününə hazırlıq vəziyyətini araşdırıb. 30 saylı Suraxanı birinci dairə seçki komissiyasının (DSK) sədri Vilayət Əmirov saytımıza açıqlamasında bildirib ki, dairə üzrə bütün ərazilər kimi, yeni yaşayış massivlərində də səsvermənin qaydalara uyğun formada keçirilməsi üçün tam şərait yaradılıb:
“Yeni yaşayış massivlərində məskunlaşma ilə əlaqədar olaraq Suraxanı rayonunun Hövsan qəsəbəsində üç yeni seçki məntəqəsi fəaliyyətə başlayıb. MİDA-nın Hövsandakı yaşayış komplekslərində yeni yaradılmış 26, 27 və 28 saylı məntəqələrdə də seçkilərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun formada azad, şəffaf və demokratik keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. 26 saylı məntəqədə 1 335 nəfər, 27 saylı məntəqədə 1 383 nəfər, 28 saylı məntəqədə isə 887 nəfər seçici qeydiyyatdadır. Hər üç məntəqə müasir tələblərə uyğun formada tikilmiş binalarda yerləşir. Burada təminat və təchizat məsələləri həll edilib, hazırlıq işləri tam yekunlaşıb”.
Vilayət Əmirov vurğulayıb ki, dairədə fəaliyyət göstərən 40 seçki məntəqəsində ümumilikdə qeydiyyatda olan 52 237 nəfər seçicidən 789 nəfərin yaşı 80 ilə 100 arasındadır: “2 866 nəfər seçici isə prezident seçkilərində ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Onlardan 21 nəfərin 18 yaşı fevral ayında, 4 nəfərin isə məhz seçki günü tamam olur”.
Xəbər lenti
Hamısına baxSiyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45

