Rediküllərin yalanları ifşa olunur
10.02.2024 [10:30]
Arqumentsiz iddialar ermənipərəst mərkəzlərin sifarişinə əsaslanır
7 fevral prezident seçkilərinin azad və mütəşəkkil şəkildə baş tutması, seçki prosesini izləyən beynəlxalq təşkilatların müşahidə missiyalarının müsbət rəyləri, ən əsası isə Azərbaycan xalqının iradəsinin seçkidə tam şəkildə əks olunması bəzi ermənipərəst mərkəzlərin və onların ölkəmizdəki azsaylı əlaltılarını narahat etməkdədir. Sosial şəbəkələrdə qarayaxma kampaniyası aparmağa cəhd göstərən redikül müxalifət özünün arqumentsizliyi ilə tam fiasko yaşayır. Bəllidir ki, onları himayə edən ermənipərəst mərkəzlərdən sifarişlər alıblar. Amma nəticəsizlik ilk baxışdan diqqəti cəlb edir - seçki prosesinə, seçkinin nəticələrinə, seçki mühitinə ləkə yaxmaq, şər-böhtan atmaq üçün aldıqları əmrləri yerinə yetirə bilmirlər.
Seçkidə yaşanan mütəşəkkillik, izdiham bütün xəyanətkar qrupları susdurub. Epizodik və arqumentsiz böhtanlarının kölgəsinə sığınaraq seçki haqqında danışqdıqları yalanlar isə keçmir. Məsələn, seçici fəallığının aşağı olması iddiaları bütün mənalarda darmadağın olunur - ortada real foto və videofaktlar mövcuddur. İnsanlarımız seçki günü böyük həvəs və sevgi ilə seçki məntəqələrinə üz tutmuşdular.
Namizədlərin irəli sürülməsi, imzatoplama və seçki təşviqat prosesi ilə bağlı bir kəlmə belə deyə bilmirlər. Səbəblər bəlli və obyektivdir. Bütövlükdə proses qanunvericiliyin tələbləri çərçivəsində inkişaf edib. Seçki günü on minlərlə müşahidəçi seçkinin gedişini izləyib. Səslərin sayılması prosesi şəffaf və demokratik şəkildə aparılıb. Və nəhayət, MSK-nın açıqladığı rəqəmlər Azərbaycan xalqının iradəsini əks etdirir.
Redikül müxalifətin, xüsusilə AXCP-nin “pullu şəbəkəçiləri”nin sosial şəbəkələrdə aparmağa çalışdıqları əsas kampaniya isə ən gülünc mahiyyəti daşıyır - onlar iddia edirlər ki, seçkidə namizəd kimi iştirak edən şəxslərin sosial bazası zəifdir, onlar rəqabət mühiti formalaşdıra bilmirlər.
Ortaya maraqlı sual çıxır - guya seçkini “boykot” etdiyini iddia edənlər, niyə özləri seçkidə iştirak etmədilər? Qaçıb gizlənməyi özünün “siyasi taktikası”na çevirmişlərin karvanın ardından zəif səslər çıxarması isə yalnız gülüş doğurur. Qanunun aliliyinə hər zaman dəyər verilən, qanunvericiliyin əsas götürüldüyü Azərbaycanda seçki prosesindən yayınmaq üçün min bir dona girənlərin seçki sonrası danışdıqları yalanlar elə özlərinə adekvatdır.
Diqqət yetirdikdə isə bir fakt növbəti dəfə öz təsdiqini tapır. Ermənipərəst rediküllərin sosial şəbəkələrdə “təbliğ etməyə çalışdığı” yalanlar ilə bəzi xarici mərkəzlərin yalan iddiaları paralellik təşkil edir. Onların bir mərkəzdən idarə olunduğu, bir ünvandan qidalandığı özünü təsdiqləyir. Demokratik və şəffaf seçkinin nəticələrinə qarşı aparılan bu kimi arqumentsiz, yalan və böhtan kampaniyaları isə bütövlükdə iflasa məhkumdur. Azərbaycan xalqının iradəsi seçki günü seçki qutularında öz təsdiqini tapıb...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54

