Ombudsman Milli Məclisdə çıxış edəcək
01.03.2024 [10:45]
İllik məruzə plenar iclasa tövsiyə edilib
Fevralın 29-da Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2023-cü il üzrə məruzəsi Milli Məclisdə müzakirəyə çıxarılıb. İllik məruzə parlamentin İnsan hüquqları komitəsinin dünənki iclasının gündəliyinə salınıb.
Məruzə barədə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı məlumat verib.
O bildirib ki, keçən il ombudsmanın ünvanına 29 min 411 müraciət daxil olub: “Müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılıb və cavablandırılıb. Azadlıq hüququnun təmini ilə bağlı ombudsmanın ünvanına daxil olan müraciətlərdə, əsasən, şəxsiyyət vəsiqəsi ilə təmin edilmə, yaşayış yeri üzrə qeydiyyata alınma, şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsinin deaktiv edilməsi, ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi və bu kimi digər məsələlər öz əksini tapıb. Bu müraciətlər üzrə səlahiyyətli dövlət qurumlarına müraciətlər edilib, hüquqların bərpası istiqamətində zəruri tədbir görülüb”.
Əsgərlərə 20 günlük məzuniyyətin verilməsi təklif edilir
Ombudsman tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” qanunun 11-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına bir dəfə verilən 10 günlük məzuniyyətin artırılması, hər birinin müddətinin 10 gün olmaqla 2 dəfə verilməsi təklif edilir.
Bununla yanaşı, Ombudsman tərəfindən “Alternativ xidmət haqqında” qanunun hazırlanması və qəbul edilməsi təklif olunur.
Başqa bir təklifdə vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin, onların şərəf və ləyaqətinin müdafiəsi hüququnun daha etibarlı müdafiəsi və pozulması hallarının qarşısının alınması, eyni zamanda işgüzar nüfuzu ləkələyən məlumatların, o cümlədən audio və ya video materialların media subyektlərində yayılmasına qarşı mübarizənin sistemli təşkili məqsədilə mexanizmin yaradılması qeyd olunur.
Sülhməramlı əməliyyatlarda həlak olan hərbçilərə şəhid statusunun verilməsi
təklif olunur
Məruzədə həmçinin Azərbaycanın sülhməramlı kontingentinin tərkibində onun ərazisindən kənarda aparılan sülhməramlı əməliyyatlarda iştirak edərkən həlak olan və ya ölmüş elan edilən hərbi qulluqçulara şəhid statusunun verilməsi ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi təklif olunub.
İraq və Suriyadan 469 uşaq və qadın Azərbaycana gətirilib
Məruzədə qeyd olunub ki, ombudsman vətəndaşlarımızın ölkəyə qaytarılması istiqamətində Azərbaycan Xarici İşlər Nazirliyi və digər səlahiyyətli dövlət qurumları ilə əməkdaşlığını davam etdirir. Bildirilib ki, Azərbaycan hökumətinin gördüyü tədbirlər nəticəsində İraq və Suriyadan ümumilikdə 469 uşaq və qadının repatriasiyası həyata keçirilib.
Keçən il 5 nəfər ağır xəstəliyə görə azadlığa buraxılıb
Bildirilib ki, cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məsələlər üzrə ombudsmanın əvvəlki illərdə olduğu kimi, ötən il də təklifləri nəzərə alınaraq, 4204 nəfər cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub, 72 nəfər məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilib, 5 nəfər Xüsusi Həkim Ekspert Komissiyasının rəyi əsasında ağır xəstəliyə görə azadlığa buraxılıb.
Həmçinin, ötən il alternativ qətimkan tədbirləri tətbiq edilərək, 1500-dən çox həbs edilmiş şəxs barəsində qətimkan tədbiri digər qətimkan tədbirləri ilə əvəz edilib və ya qanunvericilikdə nəzərdə tutulmuş başqa əsaslarla həbsdən azad ediliblər.
Əmək fəaliyyəti ilə məşğul olmayanlara bu şəxslərə müavinət verilə bilər
Məruzədə əhalinin, xüsusilə aztəminatlı ailələrin və həssas qrupların real ehtiyacları nəzərə alınaraq minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarının miqdarının (həcminin) artırılması, eləcə də 3 yaşınadək uşağa qulluğa görə müavinətin əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərə də şamil edilməsi, həmçinin müvafiq yaşda olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 3 yaşınadək uşağa qulluğa görə müavinətin və 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinətin məbləğinin artırılması məqsədəuyğun hesab edilib.
Üç ildən artıq davam edən əmək müqaviləsi müddətsiz hesab oluna bilər
Ombudsman tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsinin (əmək müqaviləsinin müddəti) 5-ci bəndində “5 ildən” sözlərinin “3 ildən” sözləri ilə əvəz edilməsi təklif olunur. Qeyd edək ki, hazırkı qanunvericiliyə görə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
Zabitlərin öz arzularına uyğun ehtiyata buraxılması qaydalarının hazırlanması təklif edilir
Ombudsman qanunvericilikdə nəzərdə tutulmuş müddətdə xidmət keçməmiş kadr zabitlərinə, dövlət tərəfindən onların təhsilinə çəkilən xərclərin müvafiq müddət üzrə hesablanaraq onlardan dövlət nəfinə ödənilməsi şərti ilə öz arzularına uyğun ehtiyata buraxılması qaydalarının hazırlanmasını məqsədəuyğun hesab edib.
Xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir
Ombudsman cəza-icra qanunvericiliyində və digər qanunvericilik aktlarında xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumların fərqli rejimdə cəza çəkməsinə imkan verən dəyişikliklərin edilməsi və belə məhkumların cəzasını çəkməsi üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılmasını məqbul hesab edib.
Köç edən məcburi köçkünlərin xidməti mənzillərinin yataqxanalardakı köçkünlərə verilməsi təklif olunur
Ombudsman hazırda yataqxana və qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlər tərəfindən təhvil verilmiş xidməti mənzillərə müvəqqəti olaraq köçürülməsini məqsədəmüvafiq hesab edib.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə edilib.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

