Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qərbin nəzarətindəki "media"…

Qərbin nəzarətindəki "media"…

07.03.2024 [12:12]

"Dəyənək" funksiyasını həyata keçirən bu qruplar xarici təşkilatlar tərəfindən maliyyələşdirilir

XX əsrin sonu, XXI əsrin əvvəli yeni siyasi münasibətlərin formalaşması baxımından keçid dövrü sayılır. Bu dövr ərzində yaxın-uzaq coğrafiyada baş verən siyasi-ictimai proseslərə təsir göstərmək, nəzarət altına almaq üçün araşdırmalar aparan xarici güclər bir neçə istiqamətdən "hücum planları" hazırlayırdılar. Siyasi partiyalar, QHT-lər, ayrı-ayrı şəxslər və nahayət, media üzərindən yaradılan rıçaqlar bu təsir imkanlarının realizə olunması üçün səfərbər edilirdi. Xüsusilə pots-sovet ölkələrində "yumşaq güc" vasitəsilə öz niyyətinə çatmaq imkanları hər zaman Qərb üçün aktuallıq daşıyıb. Bunun nəticəsidir ki, indiyə qədər hətta bəzi dövlətlərdə bu istiqamətdə bir sıra "uğurlara" belə imza atıb – amma "oxunun daşa dəydiyi" regionlar da az olmayıb. Məhz bu regionlarda ard-arda və fərqli vasitələrlə özünün çirkin niyyətini reallışdırmaq istəyən Qərb "məğlubiyyət yaşayıb". Məsələn Azərbaycan buna ən gözəl misaldır - vaxtilə siyasi partiaylar üzərində "sınaq" həyata keçirən, hədəfinə nail olmaqdıqda isə QHT və "KİV-lərə" doğru "istiqamətlənən" Qərb və onun bu uğurda missionerlik edən təşkilatlarının arzuları ölkəmizdə çin çıxmayıb. Bunun əsl səbəbi isə xalqın dövlətə olan sevgisi. İnamı və etimadı olub.

"Toplum TV" də axtarış…

Amma Qərbin nəzarətində olan "dəyənək xarakterli media" özünü tez ifşa etdirir – onların qeyri-qanuni fəaliyyəti ortaya çıxır və qanunvericilik səviyyəsində ölçü götürülür. Məsələn, bir neçə ay öncə "Abzas Media" ilə bağlı baş verənlər buna misaldır. Bəlli olduğu kimi, bəzi xarici təşkilatlar bu "media" üzərindən ölkəmizdə bəzi qrupların stimullaşdırılması və maliyyələşdirməsi məsələsini həyata keçirirdi. Son nəticədə məsələ ilə bağlı qanunvericilik səviyyədə addımlar atıldı və araşdırmalar aparılır.

Yeri gəlmişkən, martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. Nazirlikdən bildirilib ki, bir neçə ünvanda əməliyyat-axtarış tədbirləri baş tutub. “Toplum TV”in ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanova cinayət işi açılıb. Vəkilinin açıqlamasına görə, Akif Qurbanov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.

Akif Qurbanovla bağlı bəzi araşdırmalar...

Qeyd edilməlidir ki, hələ ötən ilin sonlarında "Abzas Media" ilə bağlı bir sıra araşdırmalarda “Toplum TV”-nin də adı Qərbin nəzarətində olan "mətbu orqanların" sırasında çəkilirdi. Adıçəkilən dairələr ölkələrdə daxili qarşıdurmalara rəvac vermək, “yerli cəmiyyətin etirazını" göstərmək üçün ölkə daxilində yaradılmış, qeyri-leqal yollarla maliyyələşdirilən, özünü “Azərbaycan mediası və Azərbaycan QHT”- ləri kimi təqdim edən resurslardan istifadə edir. Bu sırada Toplum TV, Abzas Media, Fakt Yoxla kimi media layihələrini, yerli feminist və LGBT təşkilatları misal göstərilir.

Bəlli olduğu kimi, “Toplum TV”nin redaksiyası “Demokratik Təşəbbüslər İnstitutu”nun (DTİ) ofisində yerləşdirilib. Beləliklə, “Toplum TV”nin DTİ-i ilə koordinasiyası təmin edilib. “Demokratik Təşəbbüslər İnstitutu”nun təsisçisi isə hazırda saxlanılan və haqqında müvafiq araşdırmalar aparılan Akif Qurbanovdur. Mətbu araşdırmalara diqqət yetirdikdə bəlli olur ki, bu təşkilat 406331063 identifikasiya kodu ilə “müstəqil qeyri-hökumət təşkilatı” qismində Gürcüstanda da qeydiyyatdan keçirilib. Demokratik Təşəbbüslər İnstitutu beynəlxalq layihə olan “Fakt yoxla”nın Azərbaycan təmsilçisidir. Rəsmi məramnaməsində göstərilir ki, “Fakt Yoxla” (“Fact Check”) layihəsi ictimaiyyətin informasiya manipulyasiyasına məruz qalmasının qarşısının alınması məqsədilə yaradılıb, ictimai-siyasi fiqurların səsləndirdikləri ifadələrin həqiqətə uyğun olub-olmadığını, siyasətçilərin vədlərinə əməl edib-etmədiklərini yoxlayır. Həmçinin, ölkələr üzrə qanunvericiliyi monitorinq edir, qanunların praktikada nə dərəcədə səmərəli tətbiq edildiyinə ictimai nəzarəti həyata keçirir və sair. Amma rəsmi elandan fərqli olaraq, sayt adətən özü balans prinsipini pozur, informasiya manipulyasiyasına yol verir. Ümumilikdə ictimai-siyasi fiqurların ifadələrini yoxlamalı olsa da, Azərbaycanda daha çox iqtidar mənsublarının və iqtidaryönlü şəxslərin çıxışlarını araşdırır, sonda onların “yalan danışdıqlarını” bildirir. Müxalifət təmsilçilərini araşdırmır, araşdıranda da, onların “doğru danışdıqlarını” bildirir. Beləliklə, o, siyasi müxalifətin ruporuna çevrilir.

Göründüyü kimi, Qərbin nəzarətində olan və "mətbu funksianallıq" daşımalı olan daha bir şəbəkə “Toplum TV” redaksiyasının ətrafında, “Demokratik Təşəbbüslər İnstitutu”nun çevrəsində qurulub. Təsisçi Akif Qurbanov isə həm KİV, həm də QHT sektorunda təmsil olunur. Bu şəbəkələr isə eyni nöqtədən idarə olunur - ən maraqlı nüans da ayrı-ayrı göründüyü ehtimal edilən bu şəbəkələr arasında əlaqələndirici bağların necə qurulmasıdır. Həmin bağlar nəzərdən keçiriləndə, bu şəbəkələrin nə məqsədlə yaradıldığı və haradan idarə edildiyi bəlli olur.

Akif Qurbanovun (DTİ) rəsmi təmsilçi olduğu beynəlxalq “Fact Checking”/ Fakt yoxla saytının baş redaktoru Leyla Mustafayevadır. O, bir zamanlar Gürcüstandan Azərbaycana qanunsuz qrant vəsaiti keçirdiyinə görə həbs edilmiş Əfqan Muxtarlının həyat yoldaşıdır. Leyla Mustafayevanın adı paralel şəkildə Abzas.net saytının adminləri sırasındadır. Bu kontekstdə yanaşsaq, Leyla Mustafayeva “Abzas.net” şəbəkəsi ilə “Toplum TV” şəbəkəsi, o cümlədən, “Demokratik Təşəbbüslər İnstitutu” arasında əlaqələndirici şəxslərdən biri kimi görünür. Amma o, bu yöndə yalnız və qərarverici şəxs deyil. Koordinasiyaedici mərkəzin kökü daha dərindədir.

"Gürcüstan daşımacılığı" yeni versiyada…

Vurğulanmalıdır ki, 2014-cü ildən etibarən qeydiyyatsız qrantların Azərbaycana Gürcüstan üzərindən ötürülməsi faktı xüsusi qabardılır. Qeyd edilir ki, təyinatı şübhə doğuran qrantların Azərbaycanda qeydə alınması çətinləşdiyi üçün Azərbaycanda xarici sifarişləri icra edən QHT və KİV-lərə xüsusi imtiyaz verilib. Onlar öz qrantlarını Gürcüstanda qeydiyyata aldırırlar. “Qrant üçün” ayrılmış vəsaiti Gürcüstanda qəbul edirlər. Sonra həmin vəsaiti nağdlaşdıraraq Azərbaycana gətirirlər, siyasi sifarişlər üçün xərcləyirlər. Əslində bu fakt öz təsdiqini tapıb. AXCP fəalı, mərhum Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı insidenti bu motivdə baş vermişdi. Bu baxımdan, qanunsuz qrant məsələsi barədə danışılarkən, ilk növbədə “Gürcüstan yolu” üzərində dayanılırdı.

Sonradan isə yeni üsullara müraciət olunur ki, "mətbu versiya" bunun tərkib hissəsidir. “Donor təşkilatlar", başqa sözlə nəzarətçi Qərb dairələri bu yolla həm rahat şəkildə qaçaqmalçılığın yeni üsullarını tətbiq edir, həm də diqqəti yayındırır. Bu kimi variantlar isə həm də "təhlükəsiz" sayılır.

Vəsait necə ötürülür…

Başqa bir misal: Avropa İttifaqının Bakı nümayəndəliyi 2022-ci ildə “Dezinformasiyaya qarşı mübarizədə dayanıqlığın yaradılması” mövzusunda yeni layihənin icrasına başlayıb. Bəlli olub ki, layihənin Azərbaycan üçün nəzərdə tutulan məbləği təqribən 2,5 milyon avrodur. Məbləğin hansı təyinatlara sərf edildiyi, hansı təşkilatlarla partnyorluq şəraitində icra edildiyi indiyədək müəmma olaraq qalır. 2,5 milyon avronun kimə, hara, hansı məqsədlə xərcləndiyi barədə heç bir məlumat verilmir. Kənar mənbələrdən alınan xəbərlər göstərir ki, “dezinformasiyaya qarşı mübarizə layihəsi” “Fakt Yoxla komandası”, yəni Akif Qurbanov şəbəkəsi ilə müştərək icra edilib. “Xidmət müqavilələri”ndən istifadə edərək, vəsaiti qarşı tərəfə ötürüblər.

Təbii ki, aparılan araşdırmalar bu məsələnin yalnız kiçik bir hissəsini özündə əks etdirir. daha mühüm araşdırmalar isə yəqin ki, qarşıdakı zamanda ortaya çıxacaq…

P. İsmayılov

Paylaş:
Baxılıb: 182 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Siyasət

Yeni faktlar...

10 Aprel 10:51

Siyasət

Siyasət

Gündəm

İlk dəfədir ki...

10 Aprel 09:55

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30