100 illik saziş...
18.01.2025 [10:18]
Britaniya Şərqi Avropada güc mərkəzinə çevrilir
Britaniya Baş naziri Keir Starmer yanvarın 16-da Ukraynaya elan olunmamış səfər edib. Səfər zamanı Britaniya Baş naziri Keir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski Britaniya-Ukrayna münasibətlərində yeni tarixi səhifə açan “100 illik tərəfdaşlıq” sazişi imzalayıblar.
Qərb və Ukrayna mediasının məlumatına görə, bu saziş iki ölkə arasındakı diplomatik-siyasi, iqtisadi-ticarət, hərbi-təhlükəsizlik, enerji, elmi, mədəni və bir çox sahələrdə qarşılıqlı əməkdaşlığın dərinləşməsinə yönəlib.
Qeyd edək ki, bundan əvvəl, Britaniya ilə Ukrayna arasında 2020-ci ildə iqtisadi tərəfdaşlıq müqaviləsi, 2024-ci ilin yanvarında təhlükəsizlik sazişi də imzalanıb.
10 hissədən ibarət olan yeni sazişdə hərbi-müdafiə və hərbi-təhlükəsizlik sahələrində birgə əməkdaşlığa, o cümlədən Ukraynanın NATO-ya üzv olması üçün imkanların yaradılmasına xüsusi əhəmiyyət verilib.
İmzalanma mərasimindən sonra K.Starmer və V.Zelenski birgə mətbuat konfrası keçiriblər. K.Starmer iki ölkə arasında sazişin imzalanmasını tarixi hadisə hesab edib: “Ukrayna ilə Britaniya arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək. Əvvəlki dövrlərdən fərqli olaraq hər iki ölkə daha da bir-birinə yaxınlaşıb. Mədəniyyət, təhsil, elm və texnologiya sahələrində də əməkdaşlıq genişlənəcək “.
Ukraynaya hərbi yardımın davam etdirilməsi məsələsinə toxunan K.Starmer bildirib ki, Britaniya Ukraynaya 2,6 milyard dollardan çox kredit ayırmağı planlaşıdırır. Onun sözlərinə görə, Ukraynaya veriləcək kredit Rusiyanın dondurulmuş aktivləri hesabına həyata keçiriləcək. Starmer, həmçinin Britaniyanın Ukrayna ordusunu müasir artilleriya silahları və hava hücumundan müdafiə sistemləri ilə təmin edəcəyini, eləcə də Ukraynaya 3,6 milyard dollar civarında hərbi dəstək də göstərəcəyini bəyan edib.
Sazişin Ukraynaya hansı üstünlükləri qazandıracaq?
Qeyd etdiyimiz kimi, Britaniya ilə Ukrayna arasında imzalanan hərtərəfli tərəfdaşlıq sazişi bir çox sahələrdə münasibətləri daha da dərinləşdirəcək. İstər diplomatik-siyasi, iqtisadi-ticarət, istərsə də hərbi-təhlükəsizlik, hətta mədəni-elmi sahələrdə ikitərəfli əməkdaşlıq Ukraynaya bir çox üstünlüklər qazandıracaq.
İlk növbədə, Britaniya Ukraynanın təhlükəsizliyinin təminatçısına çevriləcək. Britaniya Ukrayna ordusunu müasir silah-sursatla təmin etməklə yanaşı onun müdafiə qabiliyyətini gücləndirəcək. Ukrayna Britaniyanın dəstəyi ilə özünün təhlükəsizlik strategiyasını müəyyənləşdirməsi də ehtimal olunur. Ukraynanın öz hərbi-müdafiə qabiliyyətini artırmaq üçün Britaniyanın hərbi proqramlarından istifadə edəcəyi də də mümkündür.
Eyni zamanda Britaniyanın maliyyə dəstəyi hesabına Ukraynada iqtisadi və təhlükəsizlik cəhətdən önəmli olan, dəfələrlə hücuma məruz qalan mühüm sənaye, enerji və elektrik infrastrukturu yenidən qurulacaq. Ukrayna və Britaniya həm enerji, həm də iqtisadi-ticarət sahələrində birgə layihələr həyata keçirəcəklər.
Britaniya nə əldə edəcək?
Sözsüz ki, Britaniya da sazişin imkanlarından yararlanacaq. İmzalanmış sənəd Britaniya üçün də əhəmiyyətlidir. Şübhəsiz ki, bu saziş çərçivəsində Britaniya Ukraynanın iqtisadi, enerji və sənaye sektoruna milyardlarla investisiya yatıracaq və bu ölkənin iqtisadi sektorunun qurulmasında geniş paya malik olacaq.
Britaniyanın hərbi personalının Ukrayna ordusunun möhkəmlənməsinə töfhə verməsinə gəlincə, yaxın zamanda Britaniya zabitlərinin Ukrayna ordusu ilə birlikdə hərbi təlimlər həyata keçirməsinə və Ukrayna ordusunun NATO standartlarına uyğunlaşmasına yardımcı olmalarının şahidi olacağıq. Britaniya ilə Ukrayna arasında diplomatik-siyasi və təhlükəsizlik sahələrində qarşılıqlı məsləhətləşmələr daha da intensiv şəkildə aparılacaq.
Digər önəmli məqam isə Britaniyanın elmi-tədqiqat mərkəzləri Ukraynada öz ofislərini aça bilər. Onlar yalnız bu ölkədə Britaniyanın maraqları çərçivəsində fəaliyyət göstərəcəklər.
Bu baxımdan, yaxın gələcəkdə Britaniyanın Şərqi Avropada geosiyasi və geoiqtisadi güc mərkəzinə çevrilə bilər.
Xəbər lenti
Hamısına baxDünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28

