Sülh sazişi üçün zəmin...
18.04.2025 [09:27]
Ermənistan konstitusiyanı dəyişməli, ATƏT-in Minsk Qrupu ilə bağlı mövqeyini qətiləşdirməlidir
İrəvan bu şərtləri qısa zamanda yerinə yetirərsə...
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın həyatında yeni - sabit və inkişafa yönəlik dövrün başlama perspektivini formalaşdırır. 3 ildən artıqdır davam edən və özünün məntiqi nəticəsinə çox yaxın olan sülh prosesi yeni iqtisadi-siyasi nizamın mühüm ştrixlərindən birinə çevrilə bilər - məhz imzalanacaq sülh Cənubi Qafqazın yeni dönəmdə stabil və sabit məkan kimi inkişafına yol açacaq, qlobal layihələrdəki iştirakımızı rəsmiləşdirəcək. Bir sözlə, Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu sülh layihəsinin prioritet istiqamətləri həm də Cənubi Qafqaz üçün inkişaf tempi perspektivi vəd edir. Sülhün imzalanması ilə Azərbaycan dünyanın yeni iqtisadi münasibətlər sistemində özünəməxsus yerə malik olan Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsi formalaşdırır.
Münasibətlərin normallaşması istiqamətində davam edən proses nəticəyə yaxınlaşır - hər iki tərəf sənədin detalları ilə bağlı tam razılıq əldə ediblər. Hətta bir müddət fikir ayrılığı yaşanan maddələr də iki aydır ki, öz həllini tapıb. İllərdir özünün qeyri-konstruktiv mövqeyi ilə regionda sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik törədən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan tərəfi də artıq sülh anonsları səsləndirir. Bu, rəsmi İrəvanın artıq Azərbaycanın regionda yaratdığı yeni siyasi-iqtisadi reallıqları qəbul etməsi kimi dəyərləndirilsə də, bu ölkənin manipulyativ mahiyyəti kənara qoyula bilməz. Düzdür, ilk baxışdan görünən budur ki, İrəvan yaranan siyasi-iqtisadi reallıqların sülhü və əməkdaşlığı aktuallışdırdığını anlayır - belə bir iqtisadi platforma isə indiki zamanda Ermənistan üçün hava-su kimi lazımlıdır. Sosial problemlərin əsirinə çevrilmiş bu ölkə Azərbaycanın ona tanıdığı imkandan maksimum bəhrələnməli, özünün yeni inkişaf mərhələsini formalaşdırmalıdır. Bunun üçün isə sülhün həm əbədi, həm də dayanıqlı olması üçün son addımlar atılmalıdır.
Sülhün imzalanması üçün...
Nəticə etibarı ilə sülh zəmini üçün tələb edilən iki addım atılmalıdır - Ermənistan tərəfi həm Konstitusiyasında müvafiq dəyişikliyi etməli, həm də ATƏT-in Minsk Qrupundan birmənalı şəkildə imtina etməlidir. Konstitusiya məsələsi artıq bir neçə ildir ki, müzakirə predmetidir. Ermənistanın Müstəqillik Bəyannaməsi əsasında yazılan konstitusiya 1995-ci il iyulun 5-də qəbul edilib. Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qondarma qərardan bəhs olunur. Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur.
Azərbaycanın məsələyə münasibəti birmənalıdır. Dayanıqlı sülh yalnız və yalnız Ermənistanın əsas sənədində dəyişiklik edildikdən sonra imzalanacaq. Artıq bir müddətdir ki, Ermənistanda Konstitusiya dəyişikliyi ilə bağlı məsələ müzakirə olunur. Qeyd edək ki, Ermənistanın ayrı-ayrı şəxsləri bu dəyişikliyin həm zəruri, həm də vacib olduğunu dəfələrlə dilə gətirib - baş nazir Nikol Paşinyan, XİN rəhbəri Ararat Mirzoyan öz müsahibələrində etiraf ediblər ki, bu məsələ öz həllini tapmalıdır.
Məsələnin isə bir həlli var - Konstitusiyada yer alan bu əsassız iddiaların aradan qaldırılması. Bunun üçün isə Ermənistanda müvafiq addımlar atılmalıdır. Prezident İlham Əliyev də son çıxışlarında bildirib ki, Ermənistan konstitusiyasında Ermənistanın müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır: “Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin ediləndən sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər doğrudan da Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”.
Paşinyandan Konstitusiya etirafı...
Ermənistan tərəfi isə bu məsələdə hələ də aydın mövqe ortaya qoymur. Düzdür, bu və ya digər şəikldə dövlətin siyasi rəhbərliyi Azərbaycanın tələblərini dilə gətirir və dolayısı ilə bunun hüquqi cəhətdən haqlı bir tələb olduğunu etiraf edir. Hətta Nikol Paşinyan son çıxışlarının birində bildirib ki, Bakının konstitusiya tələbini bir sıra ekspertlərin düşündüyü kimi, sülh sazişini imzalamamaq üçün bəhanə yox, səmimi narahatlıq kimi qəbul etmək lazımdır. Amma hökumət başçısı məsuliyyəti də Ermənistan Konstitusiya Məhkəməsinin üzərinə qoyub. “Məhkəmə konstitusiyasının mətninin rəsmi şərhini verə bilər, yəni Konstitusiya Məhkəməsi Ermənistan konstitusiyasında nələrin olduğunu və nələrin olmadığını rəsmi şəkildə deyə bilən orqandır”, - baş nazir bildirib
Bununla belə, Paşinyan etiraf edir ki, Ermənistanın yeni konstitusiyasının mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. O qeyd edib ki, “mənim fikrimcə, yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Lakin qərarı Ermənistan xalqı verməlidir. “Lehinə” və ya “əleyhinə” arqumentlərini siyasi qüvvələr və onların liderləri təqdim etməlidirlər. Bu mənim siyasi mövqeyimdir”.
Beləliklə, Ermənistan başa düşür ki,sülh üçün bu şərtin yerinə yetirlməsi zəruridir. Çünki Ermənistan konstitusiyasından bəyannaməyə istinadı aradan qaldırmadıqca gələcək illərdə yenidən revanşizm arzusuna düşə bilər. Beləliklə də, vəziyyət yenidən gərginləşər. Bunun baş verməməsi üçün Ermənistan konstitusiyasındakı Azərbaycan torpaqlarına rəsmi iddiaların hər biri aradan qaldırılmalıdır.
Minsk Qrupunun ləğvi...
Paralel olaraq eyni məsələni ATƏT-in Minsk Qrupu ilə bağlı demək olar. Azərbaycan haqlı olaraq bildirir ki, Qarabağ münaqişəsinin bitməsi Minsk Qrupunun da fəaliyyətini yekunlaşdırır. ATƏT-in Minsk Qrupu münaqişənin tənzimlənməsində vasitəçi mexanizm kimi formalaşdırılmışdı. Artıq “Qarabağ münaqişəsi” adlı bir mövhum mövcud olmadığı üçün, belə bir “vasitəçi mexanizmə” də ehtiyac qalmır. Azərbaycan ilə Ermənistan arasındakı münasibətlər qlobal gündəliyi maraqlandıran bir məsələ deyil, ikitərəli kontekstdə həll olunan bir məsələdir - nəticə etibarı ilə, ATƏT-in Minsk Qrupunun mövcudluğuna real olaraq ehtiyac duyulmur.
Ermənistan isə bu məsələdə də ləng davranır. Halbuki, bunu yerinə yetirmək daha asandır. Bu və ya digər şəkildə dövlətin müvafiq strukturları bununla bağlı qərar verib elan edə bilərlər. Ermənistan isə başqa bir yol tutur. Daha doğrusu, XİN rəhbəri təkliflə çıxış edir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan tərəfinə iki sənədin eyni gündə imzalanması ilə bağlı təklifini bir daha səsləndirib. Bu barədə o, sloveniyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında danışıb. Mirzoyan Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü şərtlərdən biri kimi ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı tələblərinə münasibət bildirib. Nazir qeyd edib ki, əslində Ermənistan və Azərbaycanın mövqeləri məlumdur: “Biz Antalyada bir qədər irəliləməyə çalışdıq. Amma hər hansı qərarın əldə edildiyini demək şişirtmə olardı. Lakin müzakirələri davam etdirmək lazımdır”.
Onun sözlərinə görə, əgər de-fakto başa çatmış münaqişə de-yure olaraq sülh müqaviləsi ilə təsdiqlənərsə, artıq Minsk Qrupu formatına ehtiyac qalmayacaq. Hətta münaqişənin nizamlandığı və sənədin imzalandığı şəraitdə belə bu format əks təsir göstərə bilər. Mirzoyanın bildirdiyinə əsasən, buna görə də İrəvan bir gündə - istənilən ardıcıllıqla - həm sülh müqaviləsinin, həm də ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı müraciətin imzalanmasını təklif edir.
Sadiq
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

