Ac və qəzəbli Rusiya...
01.07.2025 [10:46]
Nə istəyir?
Prohay, nemıtaə Rossiə,
Strana rabov, strana qospod,
İ vı, mundirı qolubıe,
İ tı, im predannıy narod.
Əlvida, yuyulmamış Rusiya,
Qullar ölkəsi, ağalar ölkəsi,
Və siz, mavi mundirlər,
Və sən, onlara sadiq xalq...
M.Lermontov
Bir neçə gün öncə Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti (FSB) azərbaycanlı Səfərovlar ailəsinə qarşı amansız işgəncələr həyata keçirib. Ailənin fərqli fərdlərinin yaşadıqları müxtəlif ünvanlara keçirilən əməliyyat nəticəsində 9 nəfər saxlanılıb. Əməliyyat zamanı iki qardaş - Hüseyn Səfərov və Ziyəddin Səfərov qətlə yetirilibər. Hadisə haqlı olaraq Azərbaycan ictimaiyyətində böyük narazılıq yaradıb.
Kin, hiddət, qısqanclıq...
Əslində, baş verənlər son 30 - 35 ildə həm yaşanan, həm də müşahidə olunan “ənənəvi” presedentin davamıdır - Rusiyada xüsusilə azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər millətlərin nümayəndələrinə qarşı həyata keçirilən şovinist, diskriminasiya və islamofob siyasət danılmaz faktdır. Qeyd edildiyi kimi, bu indinin və ya müasir proseslərin təzahürü deyil - bunun arxasında onilliklərdən, bəlkə də yüzilliklərdən gələn bir ənənə dayanır. Hansısa “haqqla” özünü regionun sahibi sanan Rusiya imperialist siyasətini, planlarını hərəkətlərinə də proyeksiya edib - Rusiya əsrlərə digər xalqlara qarşı bu tip davranışlar sərgiləyib. Bu gün baş verənlər də formalaşmış ənənənin davamı və daha sərt formasıdır. Bunun arxasında kin, hiddət, qısqanclıq və həzm edə bilməmək hissi dayanır - bölgənin stabil inkişafa malik dövlətlərinin son illərdə qazandığı parlaq inkişaf trayektoriyası rus şovinizminin, rus imperializminin gözünü qamaşdırır. Bu mənada, Azərbaycan xüsusilə seçilir...
Rusiya imperializminin və şövinizminin acı misalı- UKRAYNA
Rus imperializminin təzahürləri itməyib - çar Rusiyasının iflasından sonra da, Sovet İttifaqının çöküşünün ardından da bu imperialist davranış, bu şovinist yanaşma ardıcıl şəkildə davam etdi. XXI əsrdə hələ də işğal və dağıdıcılıq axtarışında olan Rusiyanın mahiyyəti bir misalda daha real görünür - əgər bu gün Rusiya qardaş olan, dili, dini eyni sayılan slavyan Ukrayna xalqına qarşı belə qəddar siyasət yürüdürsə, Ukraynanın şəhər və kəndlərini yer üzündən silirsə, Buçadakı kimi soyqırımı həyata keçirirsə, yaşayış məntəqələrini ən son dağıdıcı silahları ilə vurursa, o zaman digər xalqlara qarşı daha qəddar və acımasız davranışı təəccüb doğurmamalıdır. Yuxarıda da qeyd etdiyimiz kimi Soveti İttifaqının dağılmasının ardından Rusiya nəinki öz qonşularına qarşı, hətta özünün tərkibində olan xalqlara qarşı dözümlü və müasir çağırışlara əsaslanan, tolerant davranış sərgiləməyib. SSRİ-nin simasında imperiya dağıldıqdan sonra Rusiyada şovinizm və islamofobiya hətta ən yüksək həddə çatıb. Çeçen xalqına qarşı etnik təmizləmə həyata keçirən Rusiya eyni siyasəti digər xalqlara qarşı da reallaşdırmaq istəyir. XXI əsrin birinci onilliyində Gürcüstana münasibətdə tutduğu mövqe isə hər şeyi deyir - bu ölkə və onun siyasi rəhbərliyi hələ də özünü Sovet İttifaqının “aparıcı gücü” sayır.
Etnocinayətkarlıq ənənəsi...
Təbii ki, ayrı-ayrı dövlətlərdə də epizodik qarşıdurmalar, hətta cinayətlər baş verir. Amma nədəndirsə, Rusiyada bu kimi nasist mahiyyətli insidentlərə çox tez-tez rast gəlinir. Çox uzağa getməyək - hətta ötən əsrin son on ilində Rusiyada tüğyan edən “skinhed” hərəkatına baxmaq kifayət edir. Bu hərəkatın “nümayəndələrinin” törətdikləri cinayətlər saysız-hesabsız idi. İrqi sayrı-seçkilik, diskriminasiya və dözümsüzlük, hətta dini rasizmi belə həmin skinhedlərin əli ilə həyata keçirirdilər. Qeyri-rus xalqların nümayəndələrinə qarşı qəddarlığı ilə seçilən skinhed hərəkatının arxasında Rusiya xüsusi xidmət orqanlarınIn dayanmasına isə şübhə yox idi - bu faktı həmin dövrün rus mətbuatını izləyən hər kəs bilir. Qeyri-rus millətin yaşadıqları ünvanlar, iş yerləri barədə dəqiq məlumatların skinhedlərə məhz xüsusi xidmət orqanı tərəfindən “ötürülməsi” sirr deyildi. Əslində, Rusiyanın təhlükəsizliyini qorumalı olan “qüvvələr” əsl təhdid və təhlükə mənbəyi idi - tələb olunan rüşvət və ya qeyri-qanuni haqq verilmədiyi təqdirdə həmin şəxslərin ünvanı skinhedlərə ötürülürdü, onların həyatı təhlükə altına düşürdü.
Bu gün isə artıq heç skinhedlərə də ehtiyac yoxdur, çünki bu funksiyanı Rusiyanın hüquq-mühafizə orqanları daha qəddar və açıq formada həyata keçirirlər. Onlar qeyri-qanuni və qeyri-hüquqi vasitələrlə insanların evlərinə soxulur, onları qeyri-müəyyən “ittihamlarla” həbs edir, hətta qətlə yetirirlər. Bu kimi faktlar onlarladır və bütün millətlərə qarşı törədilir - bu isə, humanizmdən dəm vuran Rusiya dövlətinin, rus xalqının faciəsidir.
Maskasız cinayətkar - OMON
Baş verən qəddarlıq, vəhşilik və cinayətkarlıq izahı mümkün olmayan bir faktdır. Azərbaycanlılara qarşı törədilən cinayətin bütün detalları Rusiya polisinin və OMON-un qəddarlığını, qeyri-insani davranışını ortaya qoyur. İnsanların nəinki fundamental, hətta ən primitiv hüquqlarının qorunmadığı, polisin daha çox təhlükə mənbəyi sayıldığı Rusiyada adını “polis” qoymuş orqanlar cinayətkarlara xas iş üslübü ilə fəaliyyət göstərirlər. Hətta bu ölkədə qanunlar və hüquq o qədər yox dərəcəsindədir ki, adıçəkilən hüquq sisteminin işçiləri üzlərini, kimliklərini gizləməyə belə ehtiyac duymurlar. Başqa sözlə, 1990-cı illərdə OMON, munisipal polisin qəddarlıq ənənələri artıq maskalanmadan daha şiddətli formada həyata keçirilir. Rusiya hüquq-mühafizə orqanlarının ixtira etdiyi etnocinayətkarlıq anlayışı bu ölkədə digər xalqların nümayəndələrinin artıq cinayətkar kimi təqdim olunmasına hüquqi əsas yaratmaq cəhdinə çevrilib. Rusiya törətdiyi və daha da genişləndirməyi planlaşdırdığı etnotəmizləmə siyasəti üçün zəmin yaradır. Müasir yaşam qanunları bu ölkə üçün xarakterik deyil - bu ölkənin təhlükəsizlik qüvvəsi adlanan “kəsimi” yalnız və yalnız vəhşilik, cinayətkarlıq, qəddarlıqla yadda qalır.
Stalin reppressiyalarını belə kölgədə qoyanlar...
Tarix ən acı, ən repressiv dövrlərə şahidlik edib. Keçmiş SSRİ-nin tarixində Stalin repressiyası adlanan bir zaman olub ki, bu gün də nifrətlə, hiddətlə “yad edilir”. Bu gün Rusiyada baş verənlər hətta həmin tarixə də “şükr etdirir”. Çünki ağır Stalin hakimiyyəti dövründə SSRİ-də reppresiyalar da müəyyən qaydalara əsaslanırdı - insanları küçədə, evində güllələmirdilər, işgəncə vermirdilər. Bunun üçün həbsxanalar, düşərgələr varıydı. Hazırkı Rusiyada baş verənlər isə Stalin repressiyalarını belə kölgədə qoyur.
Bəli, Rusiya yenə də öz mahiyyətinə geri qayıdır. 1990-cı ildə Azərbaycanın azadlıq səsini eşitməyə gücü çatmayan, bunu həzm etməyən Rusiya Bakıya silahlı qoşun göndərib qırğın törətmişdi, xalqımızın azadlıq eşqini söndürməyə çalışmışdı. 1992-ci ildə Rusiya qoşunlarının bir hissəsi olan 366-cı alay Xocalı qətliamında fəallıq nümayiş etdirmişdi, Azərbaycan torpaqlarının işğalına şərait yaratmışdı. Sonrakı dövrdə isə Rusiya əlindən gəldiyi qədər bu işğal faktının uzanması üçün çalışmışdı. Amma bu gün tamam başqa mənzərə mövcuddur. Azərbaycanın müstəqilliyi günü-gündən daha da möhkəmlənir. Ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunub. Artıq bölgədə qalib və güclü Azərbaycan var. Artıq Moskva anlayır ki, onun dominantlıq arzusu və hədə dilində danışması mümkün deyil. Ötən ilin sonunda baş vermiş təyyarə hadisəsi zamanı da biz bunun şahidi olduq. Azərbaycan dövlətinin sərgilədiyi qətiyyət və duruş Moskvaya dərs olmalı idi...
Amma deyəsən Rusiya özünə dərs çıxarmaq istəmir. Azərbaycanla xoş, qarşılıqlı hörmətə söykənən qonşuluq münasibəti əvəzinə yeni-yeni cinayətlərə əl atır. Son dövrlərdə Rusiyadan qaynaqlanan kiberhücumlar, azərbaycanlı deputatın Rusiyaya buraxılmaması faktı bunu təsdiqləyir. Baş verən son cinayətkar hadisə isə yalnız və yalnız Rusiyaya mənfi “xal” qazandırır. Azərbaycan özünün seçdiyi, yürütdüyü və inandığı yoldan dönməyəcək...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

