Prezident İlham Əliyevin duasındakı Qarabağ missiyası
15.09.2025 [17:38]
Ötən gün Qarabağ Universitetinin tarixində mühüm və simvolik bir mərhələ baş verdi. Universitetin Klinikası və Tibb və Sağlamlıq Elmləri Fakültəsinin yeni tədris korpusunun açılışında iştirak edən Prezident İlham Əliyevin çıxışı və gənclərlə səmimi təması sadəcə protokol çərçivəsində bir tədbir deyildi. Bu görüş – həm tarixi yaddaşın, həm də gələcəyə olan baxışın və siyasi iradənin ifadəsinə çevrildi.
Azərbaycanın dövlət başçısı bu görüş zamanı Qarabağın gələcəyinə dair verdiyi mesajlarla yanaşı, tələbələrə yönəlmiş səmimi xeyir-duası ilə də ölkənin inkişaf strategiyasının mərkəzində insan amilinin, xüsusən də gənclərin dayandığını bir daha nümayiş etdirdi. Həmin an – Prezidentin gənclərə doğru açdığı əllərində, baxışlarında və sözlərində – bir vətən övladının digərinə etimadını, çağırışını və duasını gördük.
Bu xeyir duası Qarabağın yenidən qurulması, sosial və iqtisadi həyatının canlandırılması, əhalinin rifahının təmin olunması yolunda öhdəlik götürmüş gənclərə ünvanlanmış müqəddəs bir missiyanın təcəssümü idi. Həm də Qarabağın gələcəyinə verilmiş ən ali siyasi və mənəvi dəstək idi.
O anda düşündüm: bu gün təhsil həyatına başlayan hər bir tələbə Qarabağı regionunda məskunlaşan əhalinin sağlamlığı üçün hazırlanan bir mütəxəssisdir. Prezidentin duası bu yolda onlara mənəvi dayaq, siyasi iradənin dəstəyi və gələcəyin etibarnaməsi kimi təqdim olundu.
Prezident İlham Əliyevin “Xankəndi tələbələr şəhəri olacaq” fikri isə yalnız coğrafi və infrastruktur baxımından deyil, ideoloji və strateji baxımdan da dərin məna daşıyır. Bu, Qarabağda elmə, təhsilə, gəncliyə yönələn dövlət siyasətinin növbəti hədəfini – Xankəndini gənclərin, innovasiyanın və akademik həyatın mərkəzinə çevirmək məqsədini qarşıya qoyur. Bu eyni zamanda, dövlətçilik mesajıdır – bu torpaqlarda artıq silah yox, bilik danışacaq; bu küçələrdə səngər ruhu yox, akademik azadlıq və maariflənmə hökm sürəcək.
Prezidentin Qarabağda hər açılışda verdiyi mesajlar, hər addımında görünən strateji baxış bu bölgəni həm də Azərbaycanın gələcək simasının formalaşdığı bir laboratoriyaya çevirir. Qarabağ Universiteti isə bu böyük vizionun təməl daşlarından biridir.
Hər bir tələbə və müəllimin üzündə müşahidə etdiyim həyəcan, sevinc və qürur hissi dövlətimizin Qarabağda həyata keçirdiyi uğurlu siyasətə olan etimadın və inamın bariz ifadəsidir. Bu inam sadəcə universitet auditoriyalarında yox, bütövlükdə azad edilmiş torpaqlarımızda hökm sürən yeni həyat fəlsəfəsinin göstəricisidir.
Nə xoş ki, biz bu gün iki böyük tarixi hadisənin canlı şahidiyik: Qarabağın azad olunması və onun müasir, dayanıqlı inkişaf yoluna qədəm qoyaraq yenidən doğulması...
Bu əlamətdar gündə lentə alınan fotolarda, yaşanan tarixi səhnələrdə iştirak etmək yaddaşımıza təkcə xatirə olaraq həkk olunmur. Həm də bizi xalqımızın qürur salnaməsində yer alan mühüm bir səhifənin iştirakçısına çevirir. Bu səhnələrin canlı şahidi olmaq bizə bir daha göstərdi ki, dövlətimizin yanında durduqca tarix də bizim yanımızda olacaq.
Günel ABBAS
Qarabağ Universitetinin əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09

