Sözlərin arasındakı səssiz mübarizə
22.10.2026 [08:50]
Daha çox oğlan uşaqlarında rast gəlinir...
Kəkələmə ilə bağlı bilmədiklərimiz: Səbəblər, əlamətlər və çıxış yolları
Bir insan fikrini ifadə etmək üçün bir neçə saniyədən artıq vaxta ehtiyac duya bilər. Bəzən bir sözün başlanğıcında ilişib qalar, bəzən eyni səsi təkrar edər, bəzən isə cümləyə başlamaq üçün səssizcə mübarizə aparar. Amma bu pauzaların arxasında ifadə olunmamış fikirlər, arzular və bütöv bir dünya dayanır. 22 oktyabr - Beynəlxalq Kəkələyənlər Günü bizə məhz bunu xatırladır: insanı dinləmək üçün onun sözlərini tamamlamaq yox, ona danışmaq imkanı vermək lazımdır.
Kəkələmə sadəcə nitq problemi deyil, eyni zamanda insanın ruh halının, daxili sarsıntılarının bir növ xarici dünyaya yansımasıdır. Kəkələyən insan heç vaxt sadəcə dilindəki problem üzündən kəkələməz. Onun içində gizlənən bir duyğu var - travma, qorxu, bəlkə də üzləşdiyi sosial təzyiqin yaratdığı gərginlik. Bəzən bu, uşaqlıqdan gələn bir izdir, bəzən isə həyatın sonrakı mərhələlərində yaranan gərginlikdir. İnsan özünü ifadə etməyə çalışarkən dilindəki düyünlər, beynindəki qarışıqlıqla əlbir olur.
Xəstəliklərin beynəlxalq təsnifatına əsasən, kəkələmə səslərin, hecaların və sözlərin uzadılması, həmçinin danışıqda tez-tez fasilə verilməsi ilə xarakterizə olunan nitq qüsurudur. 1998-ci ildən başlayaraq hər il oktyabrın 22-si dünyada Beynəlxalq Kəkələyənlər Günü kimi qeyd edilir. Bu tarixin təsis edilməsi 1995-ci ildə yaradılmış Beynəlxalq Kəkələyənlər Assosiasiyasına məxsusdur.
Bu yaşlarda daha aktiv hiss edilir
Assosiasiyanın məlumatlarına əsasən, dünya əhalisinin təxminən 1 faizi kəkələmədən əziyyət çəkir. Araşdırmalara görə, bu problemə daha çox oğlanlar arasında rast gəlinir. Səbəbi tam bilinməsə də, nitq qüsuru hesab olunur və 2-6 yaşlarda daha aktiv hiss edilir.
Kəkələmənin yaranma səbəbləri müxtəlif olsa da, onu əsasən, hamilə vaxtı qadının travma alması ilə əlaqələndirirlər. Qorxu, şiddət və güclü həyəcan problemin yaranma səbəblərindən biri kimi göstərilir.
Qeyd edək ki, kəkələmə kimi nitq qüsuru bir çoxlarının məşhurlaşmasına və gözəl danışıq tələb edən sahələrdə özünü ifadə etməsinə mane olmayıb. Onlar arasında - kinorejissorlar, aktyorlar, siyasətçilər, şairlər, sərkərdələr, din xadimləri, televiziya aparıcıları və digər peşələrin nümayəndələri də var. Kəkələmədən antik dövrün tanınmış natiqlərindən biri Demosfen, ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı Uinston Çörçill, məşhur kino aktrisası, müğənni və model Merilin Monro və ingilis fiziki, riyaziyyatçısı, astronomu və kimyaçı alim İsaak Nyuton kimi məşhurlar da əziyyət çəkib.
Səbəblər və həll yolları
Nitq problemləri üzrə mütəxəssis Jalə Şahverdiyeva “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, kəkələmənin bir neçə səbəbi ola bilər: “Bəzən genetik faktorlar və beyin fəaliyyətindəki fərqlər bu vəziyyətin yaranmasına təsir edə bilər. Digər hallarda isə travmalar, stress və ya psixoloji çətinliklər kəkələmənin inkişafına səbəb olur. Təəssüf ki, bu problemin müalicəsi hər zaman asan olmur. Kəkələmə ilə mübarizənin effektiv yollarından biri kəkələyən şəxslərin özlərini ifadəetmə bacarıqlarını təkmilləşdirməyi öyrənmələridir. Nəfəsalma məşqləri, yavaşdanışma texnikaları və psixoloji dəstək ilə kəkələmənin idarə edilməsi mümkündür”.
Cəmiyyətin dəstəyi...
Mütəxəssis qeyd edib ki, bəzən kəkələmə problemi olan şəxslər özlərini cəmiyyətdə təcrid olunmuş hesab edirlər: “Cəmiyyət olaraq bu məsələyə diqqət etmək vacibdir. Kəkələyən insanlarla ünsiyyət qurarkən onlara təzyiq etməməli, danışmalarına vaxt verilməlidir. Kəkələyən insanların daim özlərini müdafiə etməyə ehtiyac duymamaları üçün onları dinləyən və anlayan bir cəmiyyətə ehtiyac var”.
Erkən müdaxilə vacibdir!
J.Şahverdiyevanın sözlərinə görə, uşaqların əsas nitq inkişafı 2-5 yaş aralığında olur. Bu yaşlarda uşaqların nitq mexanizmi tam şəkildə formalaşmadığından, kəkələmənin təbii bir problem olaraq qəbul edildiyi vaxtlar ola bilər: “Bu dövrdə uşaqlar yeni sözlər öyrənir və cümlələr qurmağa başlayırlar. Nitq mexanizminin inkişafında olan bu sürətli dəyişikliklər nəticəsində kəkələmə halları müşahidə edilə bilər. Lakin bu hal 1 ildən çox davam edərsə və ya şiddətlənirsə, mütləq mütəxəssis tərəfindən dəyərləndirilməlidir. Kəkələmə halları daha çox oğlan uşaqlarında müşahidə olunur. Qız uşaqları ilə müqayisədə oğlan uşaqlarında kəkələmə riski 4 dəfə çoxdur. Bu fərqin səbəbi tam olaraq bilinməsə də, genetik və hormonal faktorların bu fərqdə rol oynadığı düşünülür. Erkən müdaxilə ilə uşaqlarda kəkələmənin tamamilə aradan qalxması mümkündür və bu məqsədlə loqopedik terapiya çox əhəmiyyətlidir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15

