Vaşinqtondan Nyu-Yorka...
07.10.2025 [11:17]
Sülh danışıqlarında növbəti mərhələ
Cənubi Qafqazda sülh prosesinin yeni mərhələsi başlayıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə formalaşan reallıq bölgədə uzunmüddətli sabitlik və əməkdaşlıq üçün bünövrə yaratdı. Bu kontekstdə avqust ayında ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda aparılan danışıqlar, imzalanan sənədlər beynəlxalq müstəvidə xüsusi əhəmiyyət kəsb edir. Çünki məhz Vaşinqtonda atılan addımlar tərəfləri daha açıq və konstruktiv dialoqa yönəltdi, həm də Ermənistanı destruktiv mövqedən uzaqlaşdıraraq reallığı qəbul etməyə məcbur etdi.
Növbəti müzakirə...
Artıq həmin proses uğurla davam və inkişaf etdirilir. Yeri gəlmişkən, sentyabrın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər. Görüşdə 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, nazirlər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar. Tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Bundan başqa, Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ Dövlət Katibi Marko Rubionun dəvəti ilə keçirilən Transatlantik şam yeməyində iştirak ediblər. Tədbirdə, həmçinin NATO-nun Baş katibi Mark Rutte, Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaya Kallas, eləcə də İsveçrə və Ukrayna xarici işlər nazirləri iştirak edib. Şam yeməyi zamanı ABŞ dövlət Katibi Trampın nailiyyətlərini qeyd edərək vurğulayıb ki, “Azərbaycan və Ermənistan möhkəm sülh yoluna qədəm qoyublar”.
Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan da Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxışı zamanı ABŞ prezidenti Donald Trampın Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması səylərinin əhəmiyyətini bir daha vurğulayıb. Onun sözlərinə görə, 2025-ci il avqustun 8-nə qədər Ermənistan və Azərbaycan bir sıra addımlar ataraq sülhün əldə olunması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində irəliləyiş əldə ediblər.
Lakin o, ABŞ prezidentinin iştirakı olmadan indiki nəticənin mümkün olmayacağını qeyd edib. “ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasını rəsmiləşdirən bəyannamə qəbul edilib. Prezident Tramp da şahid qismində bu bəyannaməni imzalayıb”, - Paşinyan söyləyib. Baş nazir sülhü tarixi hadisə adlandıraraq bildirib ki, bu, təkcə Ermənistan hökuməti və xalqının deyil, həm də Azərbaycan hökuməti və xalqının nailiyyətidir.
Göründüyü kimi, prosesin davamı olaraq Nyu-Yorkda baş tutan görüşlər, Paşinyanın çıxışı əslində, Vaşinqtondan başlanan yolun yeni səhifəsi kimi qiymətləndirilir. Burada söhbət yalnız iki dövlət arasındakı münasibətlərdən getmir, həm də regionun gələcək inkişafı, iqtisadi inteqrasiyası və qlobal təhlükəsizlik mühitinə əlavə töhfədən gedir. XİN başçıları arasında görüşün keçirildiyi məkan da təsadüfi deyil. BMT-nin Nyu-Yorkdakı tribunasından yayılan sülh mesajları beynəlxalq legitimlik qazanır, tərəflərin öhdəliklərinin isə daha da möhkəmlənməsinə şərait yaradır. Azərbaycanın siyasi iradəsi, Ermənistanın isə sülhə məcbur edən yeni geosiyasi reallıqları danışıqların əsas qayəsini təşkil edir. Beləliklə, Nyu-York görüşü həm prosesin davamlılığını, həm də bölgədə barışa aparan yolun artıq geriyə dönüşsüz xarakter aldığını nümayiş etdirir.
Siyasi münasibətlər sistemi üçün yeni nümunə...
Nyu -Yorkda davam etdirilən bu proses özlüyündə bütün dünya üçün nümunə kəsb edir - çünki əldə olunan razılaşmalar, imzalanan sənədlər və dünyaya verilən mesajlar təkcə diplomatik nailiyyət sayılmır. Bu, həm də yeni əməkdaşlıqların yaradılmasına, qlobal təhldükəsizliyin təmininə, bütövlükdə Avrasiyada yeni iqtisadi mərhələnin başlanğıcına bir töhfədir. Vaşinqton razılaşmaları Cənubi Qafqazda sabitliyin təmin olunmasına yol açdığı kimi regional əməkdaşlığın dayanıqlı əsaslar üzərində qurulmasına da əsaslı təsir edir.
Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan da Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı İrəvanla Bakı arasındakı son proseslərə diqqət çəkib. O deyib ki, sərhədlərin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə artıq ratifikasiya olunub və ən yüksək hüquqi qüvvəyə malikdir. Paşinyan əlavə edib ki, tərəflər avqustun 8-də Vaşinqtonda paraflanan Sülh və Dövlətlərarası Münasibətlərin Bərqərar Olması haqqında Saziş üzrə razılığa gəliblər. Onun sözlərinə görə, bu proseslər iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlardır.
Paralel olaraq, bu, siyasi münasibətlər sisteminə mühüm ştrixlər qazandırır - məsələn, Azərbaycan nümunəsində Bakı ilə Vaşinqton arasında münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinə yardım göstərir. İmzalanan sənədlər, Zəngəzur dəhlizinin (TRİPP) açılması ilə bağlı razılaşma dünyanın yeni nizamına yeni nəfəs verəcək, qlobal tranzit xəritəsində dönüş yaradacaq. Bu dəhlizdən keçən hər qatar, hər yük maşını, hər enerji xətti təkcə iqtisadi anlam daşımayacaq, həm də sabitlik, tərəqqi və əməkdaşlıq ideyasını daşıyacaq.
Sülh prosesi, mühüm yol xəritəsi...
Qeyd olunduğu kimi, Azərbaycan sülhpərvər mövqeyi və davranışları ilə bütövlükdə beynəlxalq aləm üçün yol xəritəsi formalaşdırır. Bu baxımdan Vaşinqtonda keçirilmiş yüksək səviyyəli görüş, əldə olunan razılaşmalar regionun və bütövlükdə dünyanın siyasi gündəliyində tarixi hadisə kimi qiymətləndirilir. Çünki münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün geostrateji, geoiqtisadi, geosiyasi mənada yeni üfüqlər açmaqla yanaşı, Şərq-Qərb, Şimal-Cənub, qlobal cəhətlərarası münasibətlərdə əsaslı dönüş nöqtəsinə çevrilir. Nəzərə alsaq ki, artıq bir neçə aydır dünyada yeni siyasi nizamın formalaşdırılması istiqamətində aktiv prosesləri müşahidə edirik, Cənubi Qafqazda əbədi sülhün yaranması qütblərarası münasibətlərdə yeni bir cığır aça bilər. Şərq-Qərb kontenti üzrə ticari münasibətlərin ən vacib geocoğrafi nöqtəsi sayılan Cənubi Qafqazın sabit və inkişafa yönəlik üstünlükləri göz önünə çıxaraq yeni dividendlər yaradacaq. Ümumiyyətlə, son dövrlərdə Azərbaycanın apardığı effektiv siyasi xətt bütün dünyada yüksək dəyərləndirilir. Bu sferada ABŞ-Azərbaycan münasibətləri diqqət çəkir - yeni bir trayektoriya qazanan ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın inkişafının perspektivləri aydın və çoxşaxəlidir. Rəsmi Vaşinqton ölkəmizin regionda yaratdığı yeni reallıqları yüksək dəyərləndirir. Bu isə ABŞ-ın Azərbaycanın yaxın tərəfdaşı olması həqiqətini növbəti dəfə nümayiş etdirməklə yanaşı, əlaqələri daha da möhkəmləndirməkdə, irəliyə daşımaqda maraqlı olduğunu sübut edir.
Trampın sülhə töhfəsi...
Nyu-Yorkda da səsləndirildiyi kimi, Donald Trampın hakimiyyətə gəlişi həqiqətən də sülh və əmin-amanlıqla, sabitliklə müşayiət olunmaqdadır. Dövlət başçısının ilkin mərhələdə bütün məsələlərə soyuqqanlı, ümumi maraqlar kontekstindən yanaşması, birtərəfli mövqedən uzaq, sırf işgüzar və sülhə yönəlik istiqamət müəyyənləşdirməsi bütün dünya üçün mühüm bir nümunəyə çevrilib. Diqqət yetirsək, Donald Trampın sülhpərvər mövqeyi, dünyada sabitliyin əldə olunması üçün ortaya qoyduğu səylər bütün kataklizmlər üçün eyni məsafədədir - Tramp və onun adminstrasiyası dünyanın bütün nöqtələrində baş verən qarşıdurmaların sona çatması üçün çalışır, bu uğurda vacib addımlar atırlar. Cənubi Qafqazda sülhün reallaşmasına və münasibətlərin normallaşmasına yönəlik mövqe isə tam bir uğur nümunəsidir - Azərbaycanın səyi ilə ərsəyə gələn sülh prosesi məhz Tramp adminstrasiyasının yaxından iştirakı ilə həqiqətə çevrilir.
Sülh üçün əsaslı addım...
XİN başçılarının görüşündə dialoqun davam etidirilməsi ilə bağlı razılığın əldə edilməsi isə tərəflərin sülh yolunda inamlı olmalarının göstəricisidir. Təbii ki, sülh üçün əsas şərtlərdən biri etimad mühitinin, qarşılıqlı güvənin daha da artırılmasıdır. Avqustun 8-də Vaşinqtonda “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması ilə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin imzalanması da bu etimad mühitinin daha da möhkəmlənməsinə doğru mühüm bir addım kimi yadda qaldı. Qeyd edək ki, artıq ləğvetmə prosesinə start verilib və bu ilin sonuna kimi Minsk Qrupu rəsmi şəkildə tarixə qovuşacaq. Beləliklə, sülh yolunda ən mühüm addımlardan biri atılıb. Ümid edilir ki, İrəvanın növbəti addımı Konstitusiyasında müvafiq dəyişikliklər etməsi, ölkəmizə qarşı açıq ərazi iddialarının aradan qaldırılması olacaq. Bəllidir ki, iki ölkədən birinin digərinə qarşı ərazi iddiası varsa, sülhlə bağlı aparılan proses əhəmiyyətli nəticə verə bilməz. Bu mənada, hazırda sülhlə bağlı atılacaq növbəti addım məhz Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişilməsidir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
İqtisadiyyat
06 Oktyabr 23:31

Dünya
06 Oktyabr 23:17

Dünya
06 Oktyabr 22:53

İqtisadiyyat
06 Oktyabr 22:25

Dünya
06 Oktyabr 21:40

Hadisə
06 Oktyabr 21:30

Elm
06 Oktyabr 21:19

Dünya
06 Oktyabr 20:55

Dünya
06 Oktyabr 20:32

İqtisadiyyat
06 Oktyabr 20:28

Dünya
06 Oktyabr 19:48

Dünya
06 Oktyabr 19:30

YAP xəbərləri
06 Oktyabr 19:26

Dünya
06 Oktyabr 19:21

YAP xəbərləri
06 Oktyabr 18:53

YAP xəbərləri
06 Oktyabr 18:25

YAP xəbərləri
06 Oktyabr 18:24

İqtisadiyyat
06 Oktyabr 18:24

YAP xəbərləri
06 Oktyabr 17:25

Siyasət
06 Oktyabr 16:57

Dünya
06 Oktyabr 16:56

İqtisadiyyat
06 Oktyabr 16:55
YAP xəbərləri
06 Oktyabr 16:31
YAP xəbərləri
06 Oktyabr 15:42

Sosial
06 Oktyabr 15:06

İdman
06 Oktyabr 15:00
YAP xəbərləri
06 Oktyabr 14:57

YAP xəbərləri
06 Oktyabr 14:21

Siyasət
06 Oktyabr 13:42

YAP xəbərləri
06 Oktyabr 13:30

Siyasət
06 Oktyabr 12:59

YAP xəbərləri
06 Oktyabr 12:58

Gündəm
06 Oktyabr 12:46

Elanlar
06 Oktyabr 12:43

Sosial
06 Oktyabr 12:30

Sosial
06 Oktyabr 12:02

Dünya
06 Oktyabr 12:00

Elanlar
06 Oktyabr 11:54

Gündəm
06 Oktyabr 11:53

İdman
06 Oktyabr 11:31

Hadisə
06 Oktyabr 11:10

İqtisadiyyat
06 Oktyabr 11:05

İqtisadiyyat
06 Oktyabr 11:02

Maraqlı
06 Oktyabr 10:42

Dünya
06 Oktyabr 10:19

Dünya
06 Oktyabr 10:19

Dünya
06 Oktyabr 09:50

Dünya
06 Oktyabr 09:21

Hadisə
06 Oktyabr 08:47

Dünya
05 Oktyabr 23:19

Dünya
05 Oktyabr 22:34

Dünya
05 Oktyabr 21:18

Dünya
05 Oktyabr 20:25

Maraqlı
05 Oktyabr 19:41

Dünya
05 Oktyabr 18:30

Maraqlı
05 Oktyabr 17:28

Dünya
05 Oktyabr 16:33

Maraqlı
05 Oktyabr 15:22

YAP xəbərləri
05 Oktyabr 14:52

Xəbər lenti
05 Oktyabr 14:40

Dünya
05 Oktyabr 14:35

Dünya
05 Oktyabr 14:19

Dünya
05 Oktyabr 13:54

Dünya
05 Oktyabr 13:20

İdman
05 Oktyabr 12:40

Dünya
05 Oktyabr 12:16

Dünya
05 Oktyabr 11:48

İdman
05 Oktyabr 11:22

Hadisə
05 Oktyabr 10:56

Sosial
05 Oktyabr 10:25
