Dünyaya yeni iqtisadi formul təqdim olunur
25.11.2025 [09:17]
Azərbaycanın yürütdüyü siyasət geniş bir coğrafiyada yeni və mühüm reallıqlar formalaşdırıb. Postmüharibə dövründə verilən qətiyyətli qərarlar, irəli sürülən layihələr və tezislər, o cümlədən, bu layihələrin reallaşması istiqamətində aparılan fəaliyyət Mərkəzi Asiya - Cənubi Qafqaz bölgəsi üçün vacib perspektiv yaradır. Azərbaycan ayrı-ayrılıqda Mərkəzi Asiya ilə region arasında körpü rolunu oynayır, iqtisadi transformasiyanı gerçəkləşdirir, siyasi inteqrasiyanı və dialoqu irəliyə daşıyır. Paralel olaraq Cənubi Qafqazda sülh təşəbbüslərini reallığa çevirərək həm bölgəsəl, həm də qlobal anlamda yeni iqtisadi münasibətlər sistemi nümunəsi yaradır.
Azərbaycanın səyləri isə artıq bəhrəsini verir - Mərkəzi Asiya ilə Cənubi Qafqazın birgə sabit coğrafi-iqtisadi məkan kimi xarakterizə olunması qlobal diqqəti bu istiqamətə yönəldir. Bu ilin avqustunda Vaşinqtonda keçirilən görüşlərin ardından Şərq-Qərb kontenti üzrə yeni logistik seqment rolunu oynayacağı dəqiqləşən Zəngəzur dəhlizi (TRİPP) bölgələr arasında münasibətləri daha sıx və işgüzar müstəviyə daşıyacaq. Bu fakt bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyanın Qazaxıstana səfəri fonunda da təsdiqləndi. Verilən bəyanatlar, səsləndirilən fikirlər Azərbaycanın liderliyi ilə yaranan yeni situasiyanın gələcək üçün mühüm strateji yol xəritəsi anlamı daşıdığını təsdiqləyir.
Sülh prosesi yüksək dəyərləndirilir
Qeyd edək ki, müzakirələrin əsas mövzusu ikitərəfli əlaqələrin, eləcə də regional sahədə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi olub. Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə geniştərkibli görüşdə bildirib ki, regionda baş verən hadisələr Ermənistan və Qazaxıstanın iqtisadi inkişafı üçün yeni imkanlar açır. Tokayev isə 2023-cü ildə Ermənistana rəsmi səfərinin, eləcə də hazırkı danışıqların nəticələrinin münasibətlərin dinamik inkişafına dəlalət etdiyini vurğulayıb.
Paşinyan Qazaxıstanın Ermənistan və Azərbaycan arasında sülh prosesindəki mühüm rolunu yüksək qiymətləndirib - Astanada jurnalistlərə verdiyi açıqlamada erməni baş nazir deyib ki, Qazaxıstan çox vacib bir vaxtda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda görüşü üçün platforma təmin etdi və bu danışıqlar gələcək inkişaf üçün çox vacib idi. Baş nazir həmçinin xatırladıb ki, Alma-Ata Bəyannaməsi hazırda Ermənistan və Azərbaycan arasında sülh prosesinin əsasını təşkil edir. “Bu sənədin həm xüsusi siyasi, həm də simvolik əhəmiyyəti var”, - deyə Paşinyan əlavə edib.
Ermənistan Azərbaycanın yaratdığı reallıqları təsdiqləiyr...
Azərbaycanın postmüharibə təşəbbüsləri öz effektiv nəticəsini ortaya qoyur və artıq bütövlükdə region ölkələri bu faktı təsdiqləyirlər. Nikol Paşinyan da Qazaxıstan Prezidenti ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, Vaşinqton Bəyannaməsindən sonra Ermənistan TRIPP-in həyata keçirilməsinə diqqət yetirir, onun hüquqi çərçivəsi və tənzimlənməsi ilə bağlı razılığa gəlmək üçün ABŞ ilə fəal danışıqlar aparır. “Bildiyiniz kimi, Vaşinqton Bəyannaməsindən sonra əsas və fundamental məsələlər müəyyən edilib və razılaşdırılıb, ikitərəfli və beynəlxalq əlaqələr açılır. Vaşinqton Bəyannaməsinə uyğun olaraq, bütün bunlar ölkələrin ərazi bütövlüyü, suverenliyi, yurisdiksiyası və qarşılıqlılığı əsasında həyata keçiriləcək”, - deyə Ermənistanın baş naziri qeyd edib. O, əlavə edib ki, Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıblar. “Vurğulamaq istərdim ki, Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş də Vaşinqtonda paraflanmışdır və burada Alma-Ata Bəyannaməsi əsas prinsip kimi təqdim olunur. Razılaşdırılmış və paraflanmış bu mətndə Ermənistan və Azərbaycan keçmiş SSRİ respublikalarının müstəqil dövlətlərə çevrilməsi və aralarındakı inzibati sərhədlərin dövlət sərhədlərinə çevrilməsi faktına əsaslanaraq, bu əsasda hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini tanıdığını, bir-birinə qarşı ərazi iddialarının olmadığını təsdiqlədiyini və gələcəkdə bir-birinə qarşı ərazi iddiaları irəli sürməməyi öhdələrinə götürdüklərini vurğulayırlar”, - deyə Paşinyan vurğulayıb və bunun həqiqətən də davamlı, sabit və etibarlı sülh üçün çox möhkəm təməl olduğunu və yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi üçün səylər göstərilməli olduğunu bildirib: “Əlbəttə ki, bundan əvvəl biz artıq TRIPP layihəsi üzərində işləyirik ki, bu da, inanıram ki, Ermənistan və Qazaxıstan arasında ikitərəfli iqtisadi əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Qazaxıstanın bu layihəyə ən yüksək səviyyədə maraq göstərməsindən çox məmnunuq. Bu layihə, əlbəttə ki, dəmir yolu rabitəsi, boru kəmərləri, elektrik xətləri, kabellər, eləcə də yol-nəqliyyat infrastrukturundan ibarət olacaq”.
Birgə bəyanat imzalanıb...
Səfər çərçivəsində Nikol Paşinyan və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 25 maddədən ibarət Birgə Bəyanat imzalayıblar. Bəyanatda iki ölkə arasındakı münasibətlər və onların strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi perspektivləri alqışlanıb. Tərəflər iki ölkənin rifahı və inkişafı, Cənubi Qafqazda və Mərkəzi Asiyada sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olması və möhkəmləndirilməsi naminə ikitərəfli, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv və effektiv əməkdaşlığı genişləndirəcəklərini bildiriblər. Həmçinin bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müddəalarına əsaslanaraq, yalnız dinc vasitələrlə ən sürətli şəkildə həllini dəstəkləyəcəkləri də sənəddə əksini tapıb. Bəyanata əsasən tərəflər Vaşinqtonda imzalanmış Ermənistan, Azərbaycan və Amerika Birləşmiş Ştatları liderlərinin Üçtərəfli Bəyannaməsinin, eləcə də Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsinin paraflanmasının əhəmiyyətini vurğulayıblar. Onlar Cənubi Qafqazda sülhün bərqərar olmasına yönəlmiş səyləri alqışlayıb, regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinin prioritetini vurğulayıblar. Tərəflər əsas nəqliyyat təşəbbüslərinin təşviqinə yönəlmiş səyləri və nəqliyyat və tranzit sahələrində yüksək əməkdaşlıq potensialını məmnuniyyətlə qeyd ediblər. Mərkəzi Asiya və Cənubi Qafqazı birləşdirən marşrutların inkişafında birgə iştirak etməkdə maraqlı olduqlarını ifadə ediblər. Bundan başqa sənəddə göstərilib ki, tərəflər Avrasiya məkanında əlaqənin gücləndirilməsi, regional ticarət və nəqliyyat kommunikasiyalarının şaxələndirilməsi üçün əsas sahələr kimi multimodal logistika marşrutlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Sənəddə Ermənistan Qazaxıstanın Azərbaycan vasitəsilə Ermənistana taxıl tədarükünün təşkilinə yönəlmiş səylərini yüksək qiymətləndirib. Birgə Bəyanatda Ermənistan ilə Qazaxıstan Respublikası arasında 2 sentyabr 1999-cu il tarixli Dostluq və Əməkdaşlıq Müqaviləsinin prinsiplərinin və müddəalarının həyata keçirilməsi əzmi də vurğulanıb.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİdman
26 Noyabr 01:56
Dünya
25 Noyabr 23:41
YAP xəbərləri
25 Noyabr 23:18
İqtisadiyyat
25 Noyabr 22:51
Dünya
25 Noyabr 22:34
YAP xəbərləri
25 Noyabr 22:17
Dünya
25 Noyabr 21:49
Siyasət
25 Noyabr 21:47
Siyasət
25 Noyabr 21:37
YAP xəbərləri
25 Noyabr 21:25
Dünya
25 Noyabr 21:12
Dünya
25 Noyabr 20:55
Siyasət
25 Noyabr 20:40
İdman
25 Noyabr 20:38
YAP xəbərləri
25 Noyabr 20:17
Dünya
25 Noyabr 19:52
Sosial
25 Noyabr 19:42
Sosial
25 Noyabr 19:28
YAP xəbərləri
25 Noyabr 19:14
YAP xəbərləri
25 Noyabr 18:25
Elm
25 Noyabr 18:11
İdman
25 Noyabr 18:01
Sosial
25 Noyabr 17:50
YAP xəbərləri
25 Noyabr 17:41
Siyasət
25 Noyabr 16:35
YAP xəbərləri
25 Noyabr 16:22
Xəbər lenti
25 Noyabr 15:54
YAP xəbərləri
25 Noyabr 15:36
YAP xəbərləri
25 Noyabr 14:35
Sosial
25 Noyabr 14:32
Siyasət
25 Noyabr 14:31
Dünya
25 Noyabr 14:06
Siyasət
25 Noyabr 13:25
Dünya
25 Noyabr 13:25
Sosial
25 Noyabr 12:34
İqtisadiyyat
25 Noyabr 12:33
İqtisadiyyat
25 Noyabr 12:33
Hadisə
25 Noyabr 12:32
Gündəm
25 Noyabr 11:55
Siyasət
25 Noyabr 11:54
Hadisə
25 Noyabr 11:53
İqtisadiyyat
25 Noyabr 11:51
COP29
25 Noyabr 11:25
YAP xəbərləri
25 Noyabr 11:06
Gündəm
25 Noyabr 10:55
İdman
25 Noyabr 10:49
Gündəm
25 Noyabr 10:38
Dünya
25 Noyabr 10:27
Siyasət
25 Noyabr 10:12
Siyasət
25 Noyabr 10:05
YAP xəbərləri
25 Noyabr 10:04
Sosial
25 Noyabr 09:50
YAP xəbərləri
25 Noyabr 09:45
Ədəbiyyat
25 Noyabr 09:33
Analitik
25 Noyabr 09:17
Sosial
25 Noyabr 08:53
Gündəm
25 Noyabr 08:48
MEDİA
25 Noyabr 08:32
Gündəm
25 Noyabr 08:19
Sosial
24 Noyabr 23:31
Dünya
24 Noyabr 23:17
YAP xəbərləri
24 Noyabr 22:43
Sosial
24 Noyabr 22:29
Dünya
24 Noyabr 22:14
Elanlar
24 Noyabr 22:03
Dünya
24 Noyabr 21:53
Dünya
24 Noyabr 21:37
İdman
24 Noyabr 21:36
YAP xəbərləri
24 Noyabr 21:19
Sosial
24 Noyabr 20:58

