"Böyük Qayıdış”ın uğurlu perspektivləri
25.11.2025 [16:22]
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini
Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsinə gəlincə Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi.
Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətinə gəlincə BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.
Vətən müharibəsi və Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti böyükdür.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Vətən müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”.
Siyasətin, hərbi gücün, strateji və taktiki planlamanın uğurlu nəticəsini bütün dünya gördü. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara hər bir səfəri yeniliyin və quruculuğun başlanğıcı kimi tarixə həkk olunur Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Cari ilin avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşdülər. Görüşdə Ölkə Prezidenti cənab İlham Əliyev bu günün tarixi bir gün olduğunu bildirərək qeyd etdi: “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı”.
Kəlbəcərin Yanşaq kəndində ümumilikdə 421 ailənin, Zallar kəndində isə ümumilikdə 487 ailənin, Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması nəzərdə tutulub. Eyni zamanda Kəlbəcər rayonunun ərazisində Tərtər çayının sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub. Bununla yanaşı, Kəlbəcər rayonunda həyata keçirilən layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və 1900 metr yüksəklikdən Murovdağ zirvəsinədək, 3260 metrə qədər artır. Göründüyü kimi, Kəlbəcər rayonunda aparılan nəhəng quruculuq işləri bu diyarın gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Dekabr 13:02
Hadisə
11 Dekabr 12:59
İqtisadiyyat
11 Dekabr 12:57
İqtisadiyyat
11 Dekabr 12:55
YAP xəbərləri
11 Dekabr 12:52
Gündəm
11 Dekabr 12:32
Sosial
11 Dekabr 11:43
Siyasət
11 Dekabr 11:42
Sosial
11 Dekabr 11:32
Siyasət
11 Dekabr 11:20
İqtisadiyyat
11 Dekabr 11:15
YAP xəbərləri
11 Dekabr 11:08
İqtisadiyyat
11 Dekabr 10:58
Sosial
11 Dekabr 10:48
Analitik
11 Dekabr 10:45
Analitik
11 Dekabr 10:30
Analitik
11 Dekabr 10:12
Analitik
11 Dekabr 09:56
Siyasət
11 Dekabr 09:43
Ədəbiyyat
11 Dekabr 09:38
MEDİA
11 Dekabr 09:15
Sosial
11 Dekabr 08:50
Gündəm
11 Dekabr 08:45
Sosial
11 Dekabr 08:33
Xəbər lenti
11 Dekabr 08:14
İdman
10 Dekabr 23:56
Sosial
10 Dekabr 23:42
YAP xəbərləri
10 Dekabr 23:19
YAP xəbərləri
10 Dekabr 22:47
Xəbər lenti
10 Dekabr 22:44
Dünya
10 Dekabr 22:28
Sosial
10 Dekabr 22:10
Hadisə
10 Dekabr 21:53
Sosial
10 Dekabr 21:38
YAP xəbərləri
10 Dekabr 21:16
Dünya
10 Dekabr 20:49
YAP xəbərləri
10 Dekabr 20:35
İqtisadiyyat
10 Dekabr 20:17
Dünya
10 Dekabr 19:56
İqtisadiyyat
10 Dekabr 19:38
YAP xəbərləri
10 Dekabr 19:13
İqtisadiyyat
10 Dekabr 19:05
Gündəm
10 Dekabr 19:03
Elm
10 Dekabr 19:02
Elm
10 Dekabr 19:01
Elm
10 Dekabr 19:00
Gündəm
10 Dekabr 18:55
YAP xəbərləri
10 Dekabr 18:41
YAP xəbərləri
10 Dekabr 17:30
YAP xəbərləri
10 Dekabr 16:28
Siyasət
10 Dekabr 16:07
YAP xəbərləri
10 Dekabr 16:05
YAP xəbərləri
10 Dekabr 16:04
İqtisadiyyat
10 Dekabr 16:02
Sosial
10 Dekabr 15:59
YAP xəbərləri
10 Dekabr 15:40
İqtisadiyyat
10 Dekabr 15:21
YAP xəbərləri
10 Dekabr 15:03
YAP xəbərləri
10 Dekabr 15:00
YAP xəbərləri
10 Dekabr 14:49
YAP xəbərləri
10 Dekabr 14:47
Hadisə
10 Dekabr 14:42
Dünya
10 Dekabr 14:19
Hadisə
10 Dekabr 14:15
Sosial
10 Dekabr 13:56
Dünya
10 Dekabr 13:42
Dünya
10 Dekabr 13:20
Dünya
10 Dekabr 12:59
Xəbər lenti
10 Dekabr 12:53
Gündəm
10 Dekabr 12:52

