10 günlük atəşkəs təklifi...
22.07.2026 [12:27]
Tərəflər təklifi niyə qəbul etmirlər?
Prezident Donald Tramp İranla müharibədə həlledici mərhələyə yaxınlaşır və ABŞ ilə İsrail rəsmiləri hadisələrin yalnız iki mümkün inkişaf ssenarisini nəzərdən keçirirlər. Birinci variant Hörmüz boğazının yenidən açılmasına yönəlmiş 10 günlük atəşkəs rejiminə razılıq vermək, ikinci variant isə Tehranı geri çəkilməyə məcbur etmək məqsədilə İsraillə birlikdə genişmiqyaslı hərbi kampaniyaya başlamaqdır. “Axios” nəşrinin yazdığına görə, ABŞ Prezidenti hələlik yekun qərar verməyib. Yazıda bildirilir ki, rəsmilər hansı variantın seçiləcəyinin yaxın bir neçə gün ərzində müəyyənləşəcəyini düşünürlər.
Vaşinqton təklifləri nəzərdən keçirir
Məlumata görə, Qətər, Misir, Pakistan və digər regional vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklifi təqdim ediblər: “ABŞ rəsmiləri bildirirlər ki, Tramp administrasiyası təklifi nəzərdən keçirir və İsraili diplomatik imkanları məhdudlaşdıra biləcək addımlardan çəkinməyə çağırıb. Bununla yanaşı, Vaşinqton danışıqların nəticəsiz qalacağı ehtimalına da hazırlaşır. ABŞ ordusu son günlər bölgəyə onlarla qırıcı və havada yanacaq dolduran təyyarə göndərərək mümkün eskalasiyaya hazırlıq məqsədilə qüvvələrini gücləndirib”. Nəşrdə qeyd olunur ki, İsrail də silahlı qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib və müharibənin yaxın günlərdə genişmiqyaslı, koordinasiyalı hərbi kampaniyaya çevrilməsi ehtimalına hazırlaşır.
Bildirilir ki, yeni atəşkəs təklifi döyüş əməliyyatlarının dayandırılmasını, Hörmüz boğazındakı hər iki gəmiçilik marşrutunun yenidən açılmasını, həmçinin Vaşinqton və Tehrana pozulmuş Anlaşma Memorandumunu bərpa etmək üçün imkan yaradılmasını nəzərdə tutur. Bununla belə, hələ nə ABŞ, nə də İran təklifi qəbul edib. Yazıda qeyd olunur ki, hər iki tərəf atəşkəsə razılıq verməzdən əvvəl mövqelərini gücləndirmək məqsədilə əlavə zərbələr endirməyə çalışır.
Vasitəçilər Hörmüz boğazının tam açılmasına çalışır
“Axios”un məlumatına görə, regional mənbələr vasitəçilərin iyulun 11-də Omanın paytaxtı Məskətdə Oman, İran və Qətər nümayəndələrinin müzakirə etdiyi təklif üzərində işlədiklərini bildirirlər. “Təklif Hörmüz boğazında gəmiçilik marşrutlarının tam açılmasını nəzərdə tutur. 10 günlük atəşkəs dövründə ABŞ və İran boğazdan keçidin tənzimlənməsinə dair daha uzunmüddətli razılaşma üzərində danışıqlar aparacaqlar. Regional mənbələrdən birinin sözlərinə görə, variantlardan biri İrana dəniz təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və digər xidmətlərə görə məqbul xidmət haqları toplamaq imkanı verə bilər. Mənbə nümunə kimi Malakka boğazını göstərib. Həmin modeldə Malayziya, İndoneziya və Sinqapur ümumi tranzit rüsumu əvəzinə göstərilən konkret xidmətlərə görə ödəniş alırlar. Digər təklif isə ödənişlərin Beynəlxalq Dəniz Təşkilatının iştirakı ilə idarə olunacaq birgə fonda yönəldilməsini nəzərdə tutur”, - deyə nəşr yazır.
Yazıda bildirilir ki, vasitəçilik prosesində Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani, Qətərin ABŞ-dakı səfiri Əli Əl-Təvadi, Pakistan ordusunun baş komandanı, feldmarşal Asim Munir, Misirin xarici işlər naziri Bədr Əbdüləti və Omanın xarici işlər naziri Bədr əl-Busaidi iştirak edirlər. Regional mənbələrdən biri “Axios”a bildirib ki, Ağ Ev təklifi ciddi şəkildə nəzərdən keçirməzdən əvvəl İordaniyada ABŞ hərbçilərinin öldürülməsinə cavab olaraq İrana qarşı hərbi əməliyyatları daha bir neçə gün davam etdirə bilər.
Ümumiyyətlə, son eskalasiya zamanı hücumlar qarşılıqlı olaraq daha da şiddətlənib. ABŞ Mərkəzi Komandanlığı İrana qarşı növbəti hücum dalğasını başa çatdırdığını açıqlayıb. Mərkəzi Komandanlığın yaydığı məlumata görə, ABŞ qüvvələri İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücum imkanlarını zəiflətmək məqsədilə ölkənin hərbi komandanlıq mərkəzlərinə, dəniz qüvvələrinin obyektlərinə, raket və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrinə, eləcə də hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib. Bəyanatda qeyd olunub ki, həyati əhəmiyyət daşıyan beynəlxalq dəniz dəhlizi ilə ticarət gəmilərinin tranziti davam edir: “May ayının əvvəlindən etibarən Mərkəzi Komandanlığın qüvvələri təxminən 900 ticarət gəmisinin və 450 milyon barel xam neftin təhlükəsiz tranzitinə dəstək verib. Amerika qüvvələri boğazdan sərbəst və maneəsiz keçmək istəyən mülki dənizçilərə qarşı əsassız hücumlara görə İranı məsuliyyətə cəlb etməyə hazırdır”.
ABŞ hərbçiləri həlak olub
“CBS News” isə Pentaqon rəsmilərinə istinadla məlumat yayıb ki, İranın bu ay Yaxın Şərqdəki ABŞ hərbi bazalarına endirdiyi zərbələr nəticəsində 100-ə yaxın amerikalı hərbçi yaralanıb. Bildirilir ki, yaralanan hərbçilərin əksəriyyəti artıq xidmətə qayıdıb. ABŞ müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnell məlumatı təsdiqləyərək deyib ki, iyulun 7-dən bəri müxtəlif dərəcəli xəsarət alan hərbçilərin təxminən 96 faizi yenidən xidmətə başlayıb. Onun sözlərinə görə, yaralanmaların əksəriyyəti yüngül beyin silkələnməsi ilə bağlıdır.
Lakin İranın son raket hücumları ABŞ-ın Yaxın Şərqdə yerləşdirilmiş hərbi qüvvələrinin müdafiəsində mövcud çətinlikləri də üzə çıxarıb. “The Wall Street Journal” (WSJ) nəşrinin yazdığına görə, İordaniyadakı Müvəffəq Salti aviabazasına hücum zamanı üç raketin ABŞ-ın hava hücumundan müdafiə sistemlərini keçməsi Vaşinqtonun bölgədəki təxminən 50 min hərbçisinin təhlükəsizliyinin təmin olunmasında problemlərin qaldığını göstərir. Həmin hücum zamanı yaralananlarla yanaşı, iki amerikalı hərbçi həlak olub, biri isə itkin düşüb. Qəzet, həmçinin İranın hələ də əhəmiyyətli sayda raket və pilotsuz uçuş aparatına malik olduğunu qeyd edib.
ABŞ Prezidenti isə “Truth” sosial şəbəkə hesabında İranın Amerika Birləşmiş Ştatları (ABŞ) əsgərlərinin öldürülməsinin əvəzini ödəyəcəyini yazıb. O, əlavə edib ki, bununla bağlı müharibə katibi Pit Heqsetə, Birgə Qərargah Rəisləri Komitəsinin sədri Daniel Keynə və hər bir ordu liderinə tapşırıq verilib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

