Öncə 2023, sonra 2053...
14.06.2022 [09:59]
30 il sonrakı hədəflərin gerçəkləşdirilməsi gələn il keçiriləcək seçkilərin nəticələrindən asılıdır
Yerli və beynəlxalq mediada diqqət yetirilən mövzulardan biri 2023-cü ildə Türkiyədə parlament və prezident seçkilərinin keçirilməsi məsələsidir. Artıq indidən siyasi üfüqlər aydınlaşmağa, perspektivlər görünməyə başlayır. Müəyyən detallar bəllidir. Bunlardan biri gələn ilin iyununda baş tutacaq seçkilərdə “Cümhur ittifaqı”nın namizədinin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan olacağıdır. Müxalifətin namizədi isə bəlli deyil. Müxalif qüvvələrin hazırda əsas “seçki taktikası”nın siyasi gündəmdə qeyri-müəyyənlik yaratmaq olduğu görünür. Onların seçkilərin cari ilin noyabr ayında keçirilməsi iddiasını dövriyyəyə buraxmaları da bunu sübuta yetirir. Rəcəb Tayyib Ərdoğan isə “Kamal bəy, noyabrda seçki yoxdur, seçki gələn ilin iyunundadır, özünüzü oraya hazırla. Sən əvvəlcə namizədsən, deyilsən, onu açıqla. Ya namizədliyinizi elan et, namizəd deyilsənsə, namizədini açıqla” deyərək bu məsələyə aydınlıq gətirib və mövzuyla əlaqədar son nöqtəni qoyub.
Bəs qardaş ölkə seçkilərə hansı şəraitdə gedir və kim daha şanslıdır? Bu sualın cavabını vermək üçün, sadəcə olaraq, reallıqlara nəzər salmaq lazımdır.
Məlumdur ki, Türkiyə son 20 il ərzində güclü - qüdrətli, dünyada söz və nüfuz sahibi olan dövlətə çevrilib. Və qardaş ölkə beynəlxalq münasibətlər sistemində davamlı yüksəlişə malikdir. Xüsusilə də, uğurlu strateji kurs qardaş ölkənin Avrasiyanın ayrı-ayrı geosiyasi məntəqələrində mövqeyinin möhkəmlənməsini, təsir imkanlarının artmasını təmin edib. Aralıq və Qara dəniz geoiqtisadi hövzələrində, Yaxın Şərqdə, Şimali Afrikada, Cənubi Qafqazda, Mərkəzi Asiyada, Balkanlarda böyük nüfuz qazanması Türkiyənin regional qüvvədən beynəlxalq supergücə çevrilməsinə geniş imkanlar yaradır. Təbii ki, Ankaranın manevr imkanlarının genişlənməsi, xüsusilə də Asiyanın nəhəng güc mərkəzləri ilə müxtəlif sahələrdə təmasların gücləndirilməsi bir sıra dairələr tərəfindən geosiyasi qısqanclıqla qarşılanır. Ona görə də Türkiyənin beynəlxalq nüfuzunun artmasının və siyasi təsir imkanlarının genişlənməsinin qarşısını almaq üçün müəyyən maliyyə alətlərindən istifadə edərək təzyiq mexanizmi formalaşdırmağa cəhd edirlər. Bunu Türkiyəyə qarşı “yeni iqtisadi müharibə” kimi səciyyələndirənlər də var. Təbii ki, qardaş ölkənin siyasi imkanları, səmərəli ikitərəfli və çoxtərəfli əlaqələri belə dalğaların qarşısını almağa imkan verir.
Digər tərəfdən, xarici amillərlə əlaqədar bəzi proseslərdən ölkə daxilində ictimai-siyasi ajiotaj yaratmaq məqsədilə istifadə olunması cəhdləri də diqqəti cəlb edir. Məqsəd hakimiyyət ilə vətəndaşlar arasında narazılıq yaratmaqla siyasi sistemə, ictimai mühitə kənar müdaxilə imkanları formalaşdırmaqdır. Digər tərəfdən, bu səylərin növbədənkənar seçki keçirilməsi üçün zəmin yaratmaq məqsədinə xidmət etdiyini vurğulayanlar da var. Amma reallıq budur ki, hansısa neqativ iqtisadi təsirlərin siyasi böhrana çevrilməsi müşahidə edilmir və Türkiyə öz yolu ilə həm 2023-cü il hədəflərinə, həm də növbəti seçkilərə doğru irəliləyir.
Ümumiyyətlə, müxtəlif xarici təsirlərin artdığı şəraitdə əmin-amanlıq və həmrəyliyin təmin olunması Türkiyənin ictimai-siyasi sabitlik modelini nümayiş etdirir. Elə ona görə də güclü mərkəzi hakimiyyət, qətiyyətli ictimai dəstək amilləri Türkiyənin 100-cü il hədəflərinə çatmağa imkan verir. Bütövlükdə, hazırkı şəraitdə həm daxili, həm də xarici siyasətdə yeni dövrün reallıqlarına və müasir çağırışlara uyğun müstəqil strateji kursun davam etdirilməsi, Qərbin bəzi dairələrinin Türkiyəyə qarşı ssenarilərinin - hazırkı oyunların içərisində yer almayan müttəfiqlərlə iqtisadi təmasların sıxlaşdırılması Türkiyənin perspektiv milli-strateji məqsədlərinə doğru inamla irəliləyəcəyini proqnozlaşdırmağa imkan verir.
Prezident Rəcəb Tayyib Ərdoğan gələn il baş tutacaq seçkilərin ümummilli əhəmiyyətinə toxunaraq “2023-cü il seçkiləri Ərdoğan və AKP üçün deyil, Türkiyə üçün önəmlidir. Türkiyənin dünyanın ən inkişaf etmiş on ölkəsinə daxil olub-olmaması xalqın seçimindən asılı olacaq” ,- deyə bildirib. Onun sözlərinə görə, “hər seçki vacib və kritikdir. Lakin bir ildən sonra keçiriləcək prezident seçkiləri Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir, çünki bununla seçicilər ölkənin 2053-cü ilə qədər inkişaf vektorunu müəyyən edəcək”. Bəli, Türkiyənin 30 il sonrakı hədəflərinin gerçəkləşdirilməsi gələn il keçiriləcək seçkilərin nəticələrindən asılıdır.
Göründüyü kimi, seçkilər tarixin mühüm anında - qardaş ölkə üçün strateji çağırışların və taleyüklü məsələlərin həllinin vacib olduğu bir mərhələdə keçiriləcək. Xalqın seçimi dövlətin gələcək taleyini müəyyən edəcək. İctimai rəy sorğuları isə Rəcəb Tayyib Ərdoğanın simasında və timsalında “Cümhur ittifaqı”nın qələbəsini anons edir.
N.QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
07 Noyabr 21:08
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44
İqtisadiyyat
07 Noyabr 14:43
YAP xəbərləri
07 Noyabr 14:08
Dünya
07 Noyabr 13:47
Gündəm
07 Noyabr 13:41
Mədəniyyət
07 Noyabr 13:21
YAP xəbərləri
07 Noyabr 12:27
Gündəm
07 Noyabr 11:41
İqtisadiyyat
07 Noyabr 11:20
YAP xəbərləri
07 Noyabr 11:12
YAP xəbərləri
07 Noyabr 11:06
Gündəm
07 Noyabr 10:55
İqtisadiyyat
07 Noyabr 10:53
İqtisadiyyat
07 Noyabr 10:36
Analitik
07 Noyabr 10:14
MEDİA
07 Noyabr 09:51
Analitik
07 Noyabr 09:38
Mədəniyyət
07 Noyabr 09:14
Sosial
07 Noyabr 08:50
İdman
07 Noyabr 08:26
YAP xəbərləri
06 Noyabr 23:42
YAP xəbərləri
06 Noyabr 22:45
YAP xəbərləri
06 Noyabr 22:36
YAP xəbərləri
06 Noyabr 21:28
YAP xəbərləri
06 Noyabr 21:10
YAP xəbərləri
06 Noyabr 20:47
YAP xəbərləri
06 Noyabr 20:30
YAP xəbərləri
06 Noyabr 19:49
YAP xəbərləri
06 Noyabr 19:14
Maraqlı
06 Noyabr 18:36
YAP xəbərləri
06 Noyabr 18:12
YAP xəbərləri
06 Noyabr 17:49
Dünya
06 Noyabr 17:41
YAP xəbərləri
06 Noyabr 17:40
Siyasət
06 Noyabr 17:23
YAP xəbərləri
06 Noyabr 16:54
Dünya
06 Noyabr 16:29
YAP xəbərləri
06 Noyabr 16:26
Diaspor
06 Noyabr 15:43
Dünya
06 Noyabr 15:32
YAP xəbərləri
06 Noyabr 14:46
YAP xəbərləri
06 Noyabr 14:45
YAP xəbərləri
06 Noyabr 14:44
Dünya
06 Noyabr 14:25
YAP xəbərləri
06 Noyabr 14:25
YAP xəbərləri
06 Noyabr 14:23
YAP xəbərləri
06 Noyabr 13:58
YAP xəbərləri
06 Noyabr 13:48
YAP xəbərləri
06 Noyabr 13:44
YAP xəbərləri
06 Noyabr 13:43
YAP xəbərləri
06 Noyabr 13:42
YAP xəbərləri
06 Noyabr 13:41

