ABŞ prezidentliyi uğrunda mübarizə: respublikaçılar nədən öndədir?
05.12.2023 [11:05]
Yeni il qabağı ABŞ-da seçki marafonu getdikcə qızışmaqdadır. Dekabrın 6-da respublikaçılar Alabama ştatının Tuskaluza şəhərində prezident seçkilərinin yekun debatına toplaşacaqlar. Bu, partiyanın vahid namizədliyi uğrunda yarışa qoşulan yeddi iştirakçının öz auditoriyalarını seçkiqabağı genişləndirmək üçün son şansı da hesab edilə bilər. Debatlar başa çatdıqdan sonra respublikaçılar prezidentliyə vahid namizədi müəyyənləşdirmək üçün bir neçə ay ərzində səsvermə keçirəcəklər. Prosesin ilk praymerizi yanvar ayında Ayova və Nyu-Hempşir ştatlarında baş tutacaq. Əvvəlki silsilə seçki debatlarında olduğu kimi bu dəfə də seçicilər namizədlərin müxtəlif məsələlərə dair mövqeləri ilə tanış olacaqlar. Dinləmələrdə əsasən abort haqqında qanun, təhsil, silahlara nəzarət, sərhəd təhlükəsizliyi, immiqrasiya və iqtisadi məsələlər müzakirə olunacaq. Bundan əlavə, son on ildə ilk dəfə olaraq xarici siyasət mövzusuna da mühüm yer veriləcək.
Namizədlərin Ukrayna mövqeyi
ABŞ mediasının yazdığına görə, ikinci ildönümünə yaxınlaşan Rusiya-Ukrayna müharibəsi Birləşmiş Ştatlarda hələ də populyar mövzu olmaqda davam edir. İctimai rəy sorğuları göstərir ki, ABŞ əhalisinin təqribən yarıdan çoxu Birləşmiş Ştatların Ukraynaya yardım etməsinin tərəfdarıdır. Çikaqo Universitetinin İctimai Rəyi Öyrənmə Mərkəzi və “Associated Press”in keçirdiyi son sorğuya əsasən, seçicilərin 47%-i Ukraynaya hərbi yardımı dəstəkləyir. Respublikaçıların Rusiya ilə münasibətləri normallaşdırmaq istəyinə baxmayaraq, ümumi götürdükdə hər iki partiya - həm respublikaçılar, həm də demokratlar Ukraynaya dəstəyi davam etdirməyin lehinədirlər. Son rəy sorğusuna əsasən, demokratların 57%-i, respublikaçıların isə 42%-i Ukraynaya yardım göndərilməsinin tərəfdarıdır.
Ümumilikdə, Amerika ictimaiyyəti Ukraynanı dəstəkləməyə hazır olsa da, Respublikaçılar Partiyasının prezidentliyə namizədləri arasında bu məsələ barəsində fikir ayrılıqları var. Ukrayna mövzusu namizədləri iki düşərgəyə bölüb. Birinci qrupa ABŞ-ın BMT-dəki keçmiş səfiri xanım Nikki Heyli, Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi, Arkanzas ştatının keçmiş qubernatoru Asa Hatçinson və Şimali Dakota ştatının hazırkı qubernatoru Duq Burqum daxildir. Bu namizədlərin hər biri Ukraynaya əlavə yardımların göndərilməsini dəstəkləyir.
Xanım Heyli öz çıxışlarında Ukraynaya hər cür dəstəyin ABŞ-ın milli maraqlarına uyğun olduğunu, Kristi isə Rusiyaya qarşı mübarizədə Vaşinqtonun Kiyevə kömək etməli olduğunu iddia edir. Hatçinson daha irəli gedərək bildirib ki, Birləşmiş Ştatlar “Rusiyanın Ukraynadakı hərəkətlərinə cavab vermək üçün” əlindən gələni etməlidir. Burqum isə hazırkı hakimiyyətin Ukraynaya dəstək siyasətini bəyənərək, onu “uğurlu anlaşma” adlandırıb. Bu namizədlərin hər biri hesab edir ki, Ukrayna demokratiyanı və Qərb dəyərlərini müdafiə etdiyinə görə cəzalandırılır.
Respublikaçıların “əvvəl evin içi” ideyası
Prezidentliyə iddiaçı namizədlərin digər düşərgəsində isə Florida ştatının qubernatoru Ron Desantis, sahibkar Vivek Ramasvami və keçmiş prezident Donald Tramp yer alır. Həmkarlarından fərqli olaraq, prezidentliyə iddialı bu üç şəxs ABŞ-ın Ukrayna məsələsindəki indiki mövqeyini narazılıqla qarşılayır.
Ən şanslı namizədlərdən biri sayılan Desantis əvvəlki çıxışlarında da dəfələrlə bəyan edib ki, ABŞ Ukraynadakı rolunu genişləndirməkdə maraqlı olmamalıdır. Bu ölkədəki münaqişəyə müdaxilə etmək ABŞ-ın milli maraqları sırasında prioritet deyil. Donald Tramp isə bildirib ki, o, Rusiya prezidenti Vladimir Putinlə danışaraq, Ukrayna müharibəsini hər iki tərəf üçün əlverişli şərtlərlə bitirə bilər. Tramp Putinlə dostluğu barədə bir vaxtlar dolaşan şayiələrə və onun prezident seçilməsinə “rusiyalı həmkarının kömək etdiyi” barədə yayılan xəbərlərə də ironiya ilə cavab verib.
Digər namizəd Ramasvami daha radikal mövqe nümayiş etdirərək, prezident seçiləcəyi təqdirdə ölkəsinin Ukraynaya yardımını tamamilə azaldacağını bildirib.
Son sorğulara əsasən, hazırda ən şanslı namizədlər arasında Trampla bərabər Desantisin də adı çəkilir. Bu da o deməkdir ki, gələcək respublikaçı namizəd hazırkı administrasiyadan fərqli olaraq Ukraynanı dəstəkləməyə meyilli deyil.
Konqres “Ukraynaya əlavə yardım”ı təsdiqləmədi
Ukraynaya yardımı azaltmağın tərəfində olan siyasətçilər təkcə Desantis, Ramasvami və Tramp deyil. Bu mövzuda respublikaçı qanunvericilər - yəni konqresmenlər də vaxtaşırı tənqidi mövqedən çıxış edirlər. Ajiotaj doğuran son hadisə oktyabr ayında Nümayəndələr Palatası və Senat üzvləri 2024-cü il dövlət büdcəsini müzakirə edərkən baş verib, xarici hərbi xərclər haqqında qanun layihəsinin son versiyasına “Ukraynaya hərbi yardım” bölümü daxil edilməyib.
Nümayəndələr Palatasının spikeri Mayk Conson qanun layihəsinə Ukraynaya əlavə yardımın daxil ediləcəyini vəd versə də, bir neçə respublikaçı konqresmen həmin paketin Meksika ilə dövlət sərhədinin maliyyələşdirilməsinə sərf olunmasını tələb edib. Ekspertlərə görə, məlum qanun layihəsi Ukraynaya əlavə yardım üçün yaşıl işığı gec yandıra bilər. Çünki əlavə xərclər üçün nəzərdə tutulmuş maliyyə vəsaiti ölkədə sərhəd təhlükəsizliyindən, immiqrasiyadan tutmuş daxili iqtisadi problemlərə və milli təhlükəsizliyə qədər bir sıra mübahisəli məsələlərin həllini əhatə edir. Qısaca desək, respublikaçı konqresmenlər Ukraynaya əlavə yardım paketinin göndərilməsinin əleyhinə çıxaraq, nəzərdə tutulan vəsaitin ölkənin daxili problemlərinin həllinə sərf edilməsini vacib sayırlar.
Kənardan görünən mənzərə odur ki, ABŞ siyasətçiləri Rusiyanın zəifləyərək dağılmasını, müharibədə daha çox rus əsgərinin ölməsini istədiklərindən Ukraynaya məcburən yardım göstərirlər. Reallıqda isə cəmi iki il ərzində yerlə yeksan olaraq xarabalığa çevrilmiş Ukrayna dövlətinin taleyi, müharibədən əziyyət çəkən Ukrayna xalqının faciəsi ABŞ-ı, eləcə də Avropanı o qədər də maraqlandırmır.
Sentyabr ayında konqresmen Mett Getz ABŞ hökumətinin “Müdafiənin maliyyələşdirilməsi” adlı qanun layihəsinə Ukraynaya hər cür hərbi yardımın dayandırılmasını nəzərdə tutan düzəliş təqdim etmişdi. Düzəliş Konqres üzvləri tərəfindən qəbul olunmasa da, 93 konqresmen sənədin lehinə səs vermişdi. Bu da Nümayəndələr Palatasında təmsil olunan respublikaçıların təqribən yarısı deməkdir.
Bayden administrasiyasının uğursuzluğu
Son sorğular ölkədə respublikaçıların nüfuzunun artdığını göstərir. Belə demək olarsa, seçicilər sanki anti-Ukrayna mövqeli namizədlərə üstünlük verirlər. Ancaq əlbəttə, bu simpatiya birbaşa Ukrayna mövzusu ilə əlaqəli deyil. Respublikaçıların üstünlük qazanmasının əsas səbəbi sadə amerikalıların Bayden hakimiyyətindən narazılığıdır.
Amerika cəmiyyətində ümumi fikir belədir ki, Ukrayna xalqı rus əsarətindən xilas olmaq istəyir və demokratiya uğrunda mübarizə aparır. Bu səbəbdən amerikalılar dünyanın ikinci ən böyük ordusu olan Rusiya ordusunu əzmək üçün ABŞ-ın Ukraynaya çəkdiyi xərcləri, yardımları anlayışla qəbul edirlər.
Bütün bunlarla yanaşı, son analizlər onu deməyə əsas verir ki, getdikcə Ukraynaya yardımlar adi hal kimi qəbul edilməyəcək. Yardım məsələsinin Konqresdə bu qədər uzadılması, namizədlərin öz çıxışlarında bu məsələyə xüsusi yer verməsi proseslərin heç də asan getməyəcəyini düşünməyə əsas verir.
Artıq ABŞ prezidentliyi uğrunda gərgin mübarizə başlanıb. Əsas namizədlər müəyyənləşdikdən sonra rəqabət şiddətlənəcək.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20

