Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Ağcabədi rayon təşkilatında intellektual oyun üzrə bilik yarışması keçirilib

YAP Ağcabədi rayon təşkilatında intellektual oyun üzrə bilik yarışması keçirilib

22.04.2024 [18:37]

Aprel ayının 20-də YAP Ağcabədi rayon təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönü mümünasibətilə könüllülər arasında “Parlaq Zəka” intellektual oyun müsabiqəsinin  seçmə mərhələsi üzrə yarışlar keçirilmişdir.

Ümummilli Lider Heydər Əliyevin və Azəbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Yarışdan əvvəl Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov tədbirin açılışındaçıxış edərək qeyd etmişdir ki, aprel ayının əvvəllərindən başlayaraq Respublikamızın hər yerində olduğu kimi Ağcabədidə də Ulu ÖndərHeydər Əliyevə həsr edilmiş çoxsaylı tədbirlər keçirilməyə başlanılmış və hazırda bu kimi tədbirlərin keçirilməsi davam edir.

Bu günkü bilik yarışmasında Ağcabədi Pedoqoji kollecinin və ADPU-nun Ağcabədi filialının könüllüləri kubok uğrunda mübarizə aparacaqlar. Tədbirin ev sahibi olaraq tərəfimizdən hazırlıq işləri yüksək səviyyədətəşkil edilmişdir. Qaydalara müvafiq olaraq komandalar arasında ən yüksək xal toplayan 2 komanda finala vəsiqə qazanacaqdır.

Müsabiqənin münsiflər heyyətinin sədri YAP Ağcabədi rayon təşkilatının məsləhətçisiElşən Səfərov çıxış edərək müsabiqənin şərtləri barədə yarış iştirakçılarına məlumat verdi.

   15 turdan ibarət keçirilən müsabiqədə Ağcabədi Pedoqoji kollecinin “Zirvə” vəADPU-nun Ağcabədi filialınında isə “Aypara”komandası finala vəsiqə qazanmışdır.

    Ümumilikdə, finala vəsiqə qazanmış həriki komanda 27 aprel tarixində I yer uğrunda yarışmada iştirak edəcəklər. Qalib komanda kuboka sahib olacaqdır.

   Yarışın sonunda komandaların üzvləri xatirə şəkli çəkdirmişlər.

Paylaş:
Baxılıb: 139 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Turizm

Siyasət

Siyasət

Xəbər lenti

MEDİA

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31