COP29 çərçivəsində Parlament görüşü keçiriləcək
17.05.2024 [11:15]
İsveçrənin Cenevrə şəhərində Azərbaycan Respublikası Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlament görüşünün təşkili ilə əlaqədar Anlaşma Memorandumu imzalanıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq imzalayıblar.
İmzalanma mərasimində çıxış edən Milli Məclisin sədri sənədin əhəmiyyətini qeyd edərək deyib ki, Parlament görüşü COP29 çərçivəsində keçiriləcək tədbirlərə parlament platformasında dəstək verəcək. Onun sözlərinə görə, bu tədbir parlamentarilərə fikir mübadiləsi aparmağa və iqlim dəyişikliyi ilə mübarizədə təkliflərlə və yeni fikirlərlə çıxış etməyə imkan yaradacaq.
S.Qafarova Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə səyləri ilə görüşün yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.
Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməkdən qürur duyduğunu söyləyən spiker Sahibə Qafarova qeyd edib ki, bu, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının göstəricisidir.
Martin Çunqonq Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırladaraq, verdiyi dəstəyə görə Azərbaycanın dövlət başçısına təşəkkür edib. O, bu sənədin Milli Məclis ilə aparılan danışıqlar nəticəsində ərsəyə gəldiyini bildirərək, Parlament görüşünün parlament diplomatiyası və qlobal çağırışlara qarşı birgə mübarizə baxımından da tarixi bir hadisə olacağını söyləyib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47

