Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bu il 5600 nəfər üçün peşə kursları təşkil edilib

Bu il 5600 nəfər üçün peşə kursları təşkil edilib

08.05.2026 [19:28]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il 5600 şəxs üçün peşə hazırlığı kursları təşkil olunub.

Bu barədə AZƏRTAC-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, onlardan 1900 nəfər üçün agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 3700 nəfər üçün özəl tədris müəssisələrində kurslar təşkil edilib.

Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılıb.

Hazırda peşə kurslarının təşkilində 186 özəl tədris müəssisəsi ilə əməkdaşlıq edilir.

Kursların sonunda məzunlara sertifikatlar təqdim edilir və onların yeni yiyələndikləri peşələr üzrə işlə təmin olunmalarına dəstək göstərilir.

Paylaş:
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31