AMEA-da futbol yarışlarına yekun vurulub
08.05.2026 [18:39]
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən institutlararası mini futbol turnirinin bağlanış mərasimi baş tutub.
Turnir AHİK-in üzv təşkilatı olan AMEA Azad Həmkarlar İttifaqı, AMEA Rəyasət Heyəti,və AMEA Gənclər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Bağlanış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Qəzənfər Abdullayev, Rəyasət Heyətinin üzvləri, AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, Gənclər Akademiyasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, Akademiyanın elmi müəssisə və təşkilatlarının direktorları, həmkarlar təşkilatlarının rəhbərləri, fəallar və gənclər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, Ümummilli Lider Heydər Əliyevin idman siyasətindən və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib. Akademik İsa Həbibbəyli bildirib ki, Akademiyada sağlam həyat tərzinin təşviqi, gənclərin fiziki və mənəvi inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir və futbol turnirləri artıq ənənə halını alıb.
AMEA rəhbəri çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və AMEA Azad Həmkarlar İttifaqına tədbirin təşkilinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib, bu cür layihələrin gənclərin asudə vaxtının səmərəli təşkili və komanda ruhunun formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirdə, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Qəzənfər Abdullayev AHİK-in üzv tabe təşkilatlarında keçirilən mədəni kütləvi tədbirlərə xüsusi diqqət olduğunu və turnirin Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr edilməsini xüsusi əhəmiyyətini vurğuladı. AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev turnirin elmi mühitdə əməkdaşların qatıldığı yarışlar içərisində müstəsna rolundan danışdı. Bu yarışı Ulu Öndərin elmi irsinin öyrənilməsi ilə yanaşı onun ruhuna olan ehtiramın bariz nümunəsi kimi qiymətləndirdi. AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov çıxış edərək futbol turnirinin alimlər arasında həmrəyliyə, sosial dəstəyə, sağlam mühitin qorunmasına verdiyi töhfəni qeyd etdi. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinə olan əbədi ehtiramın bariz nümunəsi kimi qiymətləndirdi. Gənclər Akademiyasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev çıxış edərək turnirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü ifadə etdi. Bu cür idman yarışlarının gənc alimlərin elmi ictimai həyatına töhfə verdiyini bildirdi.
Daha sonra turnirin qalibləri mükafatlandırıldı, komandalara medal və diplomlar təqdim olundu, xatirə şəkilləri çəkdirildi.
Qeyd edək ki, mini futbol turnirində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu I yerə, AMEA Rəyasət Heyəti II yerə, Respublika Seysmoloji Xidmət Mərkəzi isə III yerə layiq görülüb.
Xəbər lenti
Hamısına baxHadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24

