Azərbaycanlı tədqiqatçılar Beynəlxalq Təhlükəsizlik simpoziumunda
17.05.2024 [18:44]
Türkiyə Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin Jandarma və Sahil Təhlükəsizliyi Akademiyası tərəfindən Ankara şəhərində növbəti Beynəlxalq Təhlükəsizlik Simpoziumu keçirilib.
Simpozium “1923-cü ildən 2023-cü ilə qədər Türkiyə əsrində təhlükəsizlik perspektivləri” mövzusuna həsr edilib. Elmi toplantıda 5 ölkədən 170 alim və tədqiqatçının müəllifi olduğu 126 məruzə dinlənilib. Məruzəçilər 52 universitet, 76 tədqiqat institutu, dövlət orqanları və digər təşkilatları təmsil ediblər.
AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Aytən Rəhimli ilə birlikdə “Ermənistan-İran kiberəməkdaşlığı” mövzusunda məruzə ediblər. Professor-doktor Nərgiz Cantürkün sədrliyi ilə keçirilən ikinci sessiyanın ikinci iclasında E.Kəlbizadə Ermənistan və İran arasında kiberəməkdaşlığın hüquqi bazası, mövcud vəziyyəti, yaratdığı təhdidlər, mümkün inkişaf istiqamətləri, problemləri ilə bağlı tədqiqatlarının nəticələrini təqdim edib, Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Aytən Rəhimli isə “İranın kiber gücü” haqqında danışıb. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Məruzəçilərə Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyinin Jandarma və Sahil Təhlükəsizliyi Akademiyasının sertifikatı Təhlükəsizlik Elmləri Fakültəsinin dekanı professor-doktor Osman Köse tərəfindən təqdim edilib.
Xatırladaq ki, Aytən Rəhimli “Yeni Azərbaycan” televiziyasının aparıcısıdır.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19

