Azərbaycanın dünya miqyasında artan gücü və nüfuzu
26.04.2024 [13:38]
COP-29-un ölkəmizdə keçirilməsi Azərbaycanın dünya miqyasında artan gücünün və nüfuzunun, beynəlxalq ictimaiyyətin Azərbaycana olan böyük ehtiramının göstəricisidir
Aprel ayının 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. Son zamanlar Azərbaycanın bir çox mötəbər tədbirlərə, beynəlxalq səviyyəli yarışlara, turnirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsinin göstəricisidir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər əhatə etdiyi mövzular baxımından xüsusi diqqət çəkir. Dünya ölkələrinin, beynəlxalq ictimaiyyətin marağına səbəb olan bu kimi tədbirlərin Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb. Azərbaycanda təşkil olunan tədbirlərdə iştirak edən xarici dövlətlərin nümayəndələri, siyasətçilər, jurnalistlər, ekspertlər, ümumilikdə ölkəmizə gələn qonaqlar Azərbaycanı daha yaxından tanıyır, həqiqətləri öyrənir, sürətli inkişafa şahidlik edirlər.
Forumda çıxış edən Ölkə başçısı cənab İlham Əliyev postmünaqişə dövrünün reallıqlarına, Ermənistanla Azərbaycan arasında mövcud münasibətlərə diqqət çəkərək olduqca mühüm məqamlara aydınlıq gətirdi. “biz dedik ki, Ermənistana qarşı ərazi iddialarımız yoxdur, əgər onların Azərbaycana qarşı ərazi iddiaları olmasa. Biz Ermənistana nümayiş etdirdik ki, əgər onlar Azərbaycana qarşı ərazi iddialarını davam etdirsələr, bizim Ermənistana qarşı ərazi iddialarımız olacaq. Bunun nəticəsi necə olacaq, düşünürəm ki, hər kəs başa düşür. Onlar Azərbaycana qarşı ərazi iddialarını açıq şəkildə aradan qaldırandan və Qarabağı ölkəmizin tərkib hissəsi kimi tanıyandan sonra əlbəttə ki, bizim tərəfimizdən Ermənistana qarşı heç bir ərazi iddiası olmayacaq. Mən, sadəcə olaraq, buna aydınlıq gətirmək istədim ki, bəzən buradan uzaqda yerləşənlər ermənilərdən daha çox erməni kimi davranmaq, bizim siyasətimizi və addımlarımızı yanlış təqdim etmək istəyəndə bizim siyasətimiz və mövqeyimiz yalnız praqmatizmə əsaslanır.”
Əlbəttə ki, Azərbaycan hər zaman ədalətli sülhün tərəfdarı olub. Ermənistan tərəfindən törədilmiş təcavüz, etnik təmizləmə nəticəsində ev-eşiyindən zorla qovulan bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edir. Sözsüz ki, sülh sazişinin imzalanması regionda dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması ilə bərabər, həm də kənar qüvvələrin həyata keçirmək istədiyi məkirli siyasətin qarşısını alacaq.
Yaşıl enerji sahəsində görülmüş işlərə və bu sahədə ölkəmizdə olan enerji potensialına diqqət çəkən cənab Prezident qeyd etdi: “Biz artıq investorlarımızla birlikdə yaşıl enerji layihələrinə investisiyalarımıza başlamışıq. Keçən ilin oktyabrında biz 240 meqavat gücündə ilk günəş elektrik stansiyasının açılışını etdik. Bu il isə əlavə dörd günəş və külək elektrik enerjisi stansiyasının təməli qoyulacaq və onların ümumi gücü 1300 meqavat olacaq. Bu isə bizim potensialımızı 1500 və hətta ondan da artıq edəcək. Lakin bu, sadəcə, başlanğıcdır. Çünki bizim həm dənizdə, həm də quruda nəhəng külək və günəş elektrik enerjisi potensialımız var. Buraya su elektrik stansiyalarını da əlavə etsək, - sadəcə, Qarabağda və Şərqi Zəngəzurda son 3 ildə su elektrik stansiyalarının gücü 170 meqavata yaxın olub və bu, yalnız başlanğıcdır, - beləliklə, biz elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz qazın əhəmiyyətli bir hissəsini bərpaolunan enerji mənbələri ilə əvəz edəcəyik.”
Azərbaycanda yaşıl enerjiyə keçid prosesini daha sürətləndirəcək başlıca amil heç şübhəsiz ki, işğaldan azad olunmuş ərazilərdə enerji təchizatının tamamilə bərpaolunan mənbələr hesabına həyata keçirilməsi olacaq. Qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerji istehsalı üçün kifayət qədər geniş imkanlar var. Bu ərazilər günəş, külək və su ehtiyatları ilə zəngindir.
Azərbaycanın qazandığı bütün bu uğurların mənbəyində Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət olduqca mühüm amildir. Qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Əminliklə deyə bilərik ki, COP-29-un ölkəmizdə keçirilməsi Azərbaycanın dünya miqyasında artan gücünün və nüfuzunun, beynəlxalq ictimaiyyətin Azərbaycana olan böyük ehtiramının göstəricisidir.
YAP Xızı rayon təşkilatının sədri: Ayaz Quliyev
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 21:32
Dünya
18 May 19:44
Siyasət
18 May 18:49
Xəbər lenti
18 May 15:56
Xəbər lenti
18 May 15:33
Gündəm
18 May 15:32
İqtisadiyyat
18 May 15:11
Xəbər lenti
18 May 15:10
Gündəm
18 May 14:17
Xəbər lenti
18 May 13:59
Siyasət
18 May 13:50
Xəbər lenti
18 May 13:45
Xəbər lenti
18 May 13:40
İdman
18 May 13:20
Xəbər lenti
18 May 12:59
Xəbər lenti
18 May 12:48
Xəbər lenti
18 May 12:20
Sosial
18 May 12:00
Ədəbiyyat
18 May 11:40
Dünya
18 May 11:33
Mədəniyyət
18 May 11:25
Analitik
18 May 11:15
MEDİA
18 May 11:10
Xəbər lenti
18 May 11:00
Sosial
18 May 10:56
İqtisadiyyat
18 May 10:50
Siyasət
18 May 10:45
Siyasət
18 May 10:40
Siyasət
18 May 10:35
Gündəm
18 May 10:30
Siyasət
18 May 10:25
İqtisadiyyat
18 May 10:20
Siyasət
18 May 10:10
Siyasət
18 May 10:00
Gündəm
18 May 09:45
Xəbər lenti
18 May 09:38
Xəbər lenti
17 May 20:39
Xəbər lenti
17 May 19:45
Gündəm
17 May 19:05
Siyasət
17 May 19:00
Xəbər lenti
17 May 18:44
Xəbər lenti
17 May 17:29
Sosial
17 May 17:22
YAP xəbərləri
17 May 17:11
Dünya
17 May 16:32
Dünya
17 May 16:23
Xəbər lenti
17 May 16:01
Sosial
17 May 15:40
Xəbər lenti
17 May 15:07
Xəbər lenti
17 May 14:51
Xəbər lenti
17 May 14:36
Xəbər lenti
17 May 14:34
Xəbər lenti
17 May 14:33
Gündəm
17 May 13:59
Siyasət
17 May 13:51
Xəbər lenti
17 May 13:45
Xəbər lenti
17 May 13:43
Xəbər lenti
17 May 13:41
Xəbər lenti
17 May 13:20
Xəbər lenti
17 May 13:05
Xəbər lenti
17 May 13:01
Xəbər lenti
17 May 12:43
Xəbər lenti
17 May 12:35
Siyasət
17 May 12:29
Xəbər lenti
17 May 12:06
Xəbər lenti
17 May 11:59
Siyasət
17 May 11:21
Xəbər lenti
17 May 11:20
Siyasət
17 May 11:17
Xəbər lenti
17 May 11:15