Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

26.04.2024 [16:31]

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Rumıniyanın paytaxtı Buxarestə və Bolqarıstanın paytaxtı Sofiyaya reyslərə xüsusi qiymətlərlə aviabiletlərin satışına başlayıb. 

Bu barədə AZAL-a istinadən xəbər verir. 

Məlumata görə, aviaşirkət Bakı-Buxarest-Bakı və Bakı-Sofiya-Bakı marşrutları üzrə aviabiletləri bir tərəfə 169 avro, hər iki istiqamətdə isə 300 avroya təklif edir. Buxarest-Bakı-Buxarest marşrutu üzrə biletlərin qiyməti bir tərəfə 155 avro, gediş-dönüş biletlərinin qiyməti isə 300 avrodur. Sofiya-Bakı-Sofiya marşrutunu seçən sərnişinlər bir tərəfə 153 avroya, hər iki istiqamətdə isə 300 avroya aviabilet əldə edə bilərlər.

Təklif çərçivəsində 10 kq-a qədər əl yükünün daşınması mümkündür. Xüsusi tariflər yüksək tələbat dövrlərində keçərli deyil.

AZAL Rumıniyanın paytaxtı Buxarestə uçuşlara həftədə iki dəfə, bazar ertəsi və cümə axşamları olmaqla iyunun 3-dən başlayacaq. Bolqarıstanın paytaxtı Sofiyaya isə reyslər iyunun 7-dən həftədə iki dəfə — çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Xüsusi qiymətlərdən yararlanaraq Avropanın ən gözəl şəhərlərindən olan Buxarest və Sofiyanı ziyarət etmək fürsətini qaçırmayın!

Aviabiletləri rəsmi https://www.azal.az/az/saytından və aviaşirkətin yenilənmiş mobil tətbiqindən əldə etmək olar.

Paylaş:
Baxılıb: 190 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31