Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan xalqının milli maraqlarına hesablanmış siyasət

Azərbaycan xalqının milli maraqlarına hesablanmış siyasət

26.04.2024 [17:50]

Azərbaycan xalqının milli maraqlarına hesablanmış siyasət yürüdən cənab Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdən biri məhz qoşu dövlətlərlə yüksək səviyyəli münasibətlərin qurulması və inkişaf etdirilməsidir.Danılmaz faktdır ki, Rusiya dünya miqyasında nəhəng və güclü dövlətlərdən biridir.Möhtərəm Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycan və Rusiya ölkələri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inikişaf etdirilməsində mühüm roloynamışdır. Dövlət başçısının 2004-cü ilin əvvəllərində Rusiyaya ilk rəsmi səfəri bubaxımdan əlamətdar olumuş və daha sonra Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq , tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyərək bu əlaqələrin inkişafının yüksəldilməsinə verdiyi əvəzsiz xidmətinin əyani subutu olmuşdur. Bildiyimiz kimi Aprelin22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir PutininBaykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranlarıvə işçiləri ilə birgə görüşü keçirilmişdir. Dövlət başçısı bu görüşdə geniş nitq söyləyərək ikiölkə arasındakı  dostluq münasibətlərinin perespektivliyinə və digər mühüm məsəslələrə toxunaraq,” müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Bu gün biz, Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, təkcə böyük nəqliyyat layihələri həyata keçirmirik, həm də “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edirik, həm iqtisadi, həm siyasi, enerji, humanitar vəbir çox digər sahələrdə fəal əməkdaşlıq aparırıq.“Şimal-Cənub” nəqliyyat dəhlizinə gəldikdə, bu gün Vladimir Vladimiroviçlə bu məsələni bir daha ətraflı müzakirə etdik. Hökumət üzvlərinə müvafiq təlimatlar verilib. Əminəm ki, yaxın vaxtlarda bütün məsələlər razılaşdırılacaq və biz daha bir möhtəşəm layihənin icrasına başlayacağıq.Bildirməliyəmki, Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktəedir ki, biz bu yolda yük daşımalarını artıra bilək və bununla Şimaldan Hind okeanınaunikal nəqliyyat yolunu təmin edək.Bu tədbirdə iştirak etdiyim üçün bir daha minnətdarlığımı bildirmək, bütün BAM-çıları yubiley münasibətilə təbrik etmək, Azərbaycan, Rusiyavə bütün MDB ölkələrinin inşaatçılarına yeni uğurlar və nailiyyətlər arzulamaq istəyirəm.”deyə qeyd etmişdir.

Paylaş:
Baxılıb: 239 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31