Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır

COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır

26.04.2024 [17:57]

23 Aprel 2024-cü il tarixdə ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum öz işinə başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edərək tədbir iştirakçılarının suallarını cavablandırdı. Forum sonrakı günlərdə Azərbaycanın işğaldan azad olunan Laçın şəhərində öz işini davam etdirdi və Laçında 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə konfrans baş tutdu. Forum, həmçinin iştirakçılara Laçında inkişaf layihələri ilə yaxından tanış olmaq imkanı yaratdı. 

Məlumat üçün qeyd edək ki, 2023-cü ilin dekabrında baş tutmuş sonuncu forumdan sonra ölkəmizlə bağlı bir sıra dəyişikliklər olmuşdur. Bunların içərisində ən vaciblərdən biri heç şübhəsiz ölkəmizin BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək ölkə olaraq seçilməsidir. Bu, Azərbaycanın qlobal miqyasda güclü diplomatiyasının əlaməti və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun təsdiqidir. Eyni zamanda, son günlərin ən əlamətdar hadisəsi illərdir ki, işğal altında olan Qazaxın dörd kəndinin ölkəmizə qaytarılması da ötən dövrün mötəbər hadisələrindən biri kimi tarixə yazılmışdır. Bütün bu yeniliklərin fonunda baş tutan Forumda ölkə başçımız, həm ölkəmizi, həm regionumuzu, həm də ümumilikdə dünyanı əhatə edən proseslərlə bağlı vacib fikirlər səsləndirərək dünya mediasının da gündəmində yer aldı.

“Düşünürəm ki, COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır. Hesab edirəm ki, baza prinsipləri ilə bağlı razılığa gəlmək və sonra məzmunun təfərrüatlarına daha çox vaxt ayırmaq da bir variantdır. Lakin hətta layihə hazır olsa da, düşünürəm ki, bunun üçün hər iki tərəf gərgin işləməli və ola bilsin görüşləri bir gün deyil, bir neçə gün keçirməlidir”.Bu barədə Prezident İlham Əliyev aprelin 23-ü ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.

Dövlət başçısı qeyd edib ki, delimitasiya və sülh razılaşması iki ayrı məsələdir: “Düşünürəm ki, onları birləşdirmək və bir-birindən asılı etmək yanlış olar. Bunun çox sadə bir səbəbi var. Bizim Ermənistanla sərhədimiz təxminən min kilometrdir, ola bilsin daha çox və ya daha az. Bu sərhədin böyük hissəsi 30 ildən çox işğal altında olub - Kəlbəcərdən, Murovdağdan Araz çayına qədər təxminən 500 kilometrdir. Sovet dövründə, hətta bizim inzibati sərhədlərimiz olanda Ermənistan Sovet Respublikası ilə Azərbaycan Sovet Respublikası arasında inzibati sərhədin bir hissəsi müəyyən olunmamışdı. Sərhədin böyük hissəsində məskunlaşma tamamilə olmayıb, dağların hündürlüyü 3500 metrdir, ilin 9 ayı qarla örtülü olur. Bu, həqiqətən də çox mürəkkəb relyefdir. Praktiki nöqteyi-nəzərdən qısa müddətdə bu sərhədin delimitasiyası mümkün deyil.

Regional məsələlərin digər iki nümunəsi. İki dost ölkəolan Azərbaycan və Gürcüstan, həmçinin iki dost ölkə olanErmənistanla Gürcüstan 30 ildən çox müddətdə özsərhədlərinin delimitasiyasını apara bilməyib. Qeydetdiyim kimi, ona görə yox ki, bizim problemlərimiz var, - həm Ermənistanın, həm də Azərbaycanın Gürcüstanladost münasibətləri var, - ona görə ki, bu, mürəkkəbməsələdir. Bizim Gürcüstanla sərhədimiz, yəni, sərhədin razılaşdırılmış hissələri cəmi 70 faiz təşkil edir. Bu, lənggedən prosesdir, bu proses yüksək dəqiqlik tələb edir. Ona görə də biz Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını gözləyib sonra sülh razılaşması imzalasaq, bizə daha 30 il vaxt lazım olacaq. Bizim təklifimiz bu iki məsələni ayırmaqdan ibarətdir. Bunu deyərkən kiminsə bizim mövqeyimizi yanlış şərh etməsinivə ya, necə deyərlər, fərziyyələr irəli sürməsini istəmirəm. Azərbaycan və Ermənistan 2022-ci il oktyabr Bəyanatı iləbağlı razılığa gələndə bu, açıq-aşkar onu göstərdi ki, bizim əlaqələrimiz yaxşı məlum olan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq.

İkincisi, biz dedik ki, Ermənistana qarşı ərazi iddialarımız yoxdur, əgər onların Azərbaycana qarşı əraziiddiaları olmasa. Biz Ermənistana nümayiş etdirdik ki, əgəronlar Azərbaycana qarşı ərazi iddialarını davam etdirsələr, bizim Ermənistana qarşı ərazi iddialarımız olacaq. Bununnəticəsi necə olacaq, düşünürəm ki, hər kəs başa düşür.   

Prezident İlham Əliyev onu da vurğuladı ki, Azərbaycan və Ermənistan tərəfləri arasında növbəti görüşün Qazaxıstan Respublikasında keçirilməsi ehtimalıvar. Ancaq burada söhbət heç də vasitəçilik missiyasından getmir. Ötən dövrdə baş verənlər göstərdi ki, iki dövlət arasında razılıq əldə olunması üçün hansısa dövlətlərin vasitəçiliyinə ehtiyac yoxdur. Görüşün Qazaxıstandakeçirilməsi yalnız məkan seçimi ilə əlaqədardır. Beləliklə, hansısa üçüncü dövlətlərin ambisiyaları, bölgədə maraqları olmazsa iki ölkə istənilən mövzuda gec-tezrazılığa gələ və Cənubi Qafqazda birgə yaşayış və əməkdaşlıq dövrünün əsası qoyula bilər. 

            Müşfiq Səfərov

            Yeni Azərbaycan Partiyası 

  Beyləqan rayon təşkilatının sədri.

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31