İRƏVANDA AZƏRBAYCAN DİLİNDƏ ÇIXAN “KOMMUNİST” QƏZETİ
11.06.2025 [08:45]
Əvvəli ötən sayımızda
Qəzetin ideya-siyasi səviyyəsinin yüksəlməsi, mövcud dövrün tələblərindən irəli gələn məsələlər haqqında bir çox azərbaycanlı məsul işçilər Qərbi Azərbaycanın Mərkəzi İcraiyyə Komitəsinin təlimatçısı Hüseyn Münşiyev, Qərbi Azərbaycanın Xalq Maarif Komissarlığının məsul işçisi Mirzə Bəşir Bünyadzadə, Vedibasar rayon partiya komitəsinin katibi Məmməd İskəndərov, Basarkeçər rayon partiya komitəsinin katibi Müzəffər Talıbov, Meğri rayon partiya komitəsinin üçüncü katibi Hacan Hacıyev, Kalinino rayon partiya komitəsinin üçüncü katibi Salman Əliyev, Amasiya rayon partiya komitəsinin birinci katibi Ələsgər Vəliyev, Zəngibasar rayon partiya komitəsinin katibi Yaqub Bayramovvə başqaları “Kommunist” qəzetinin səhifələrində müntəzəm çıxış edirdilər. Eyni zamanda qəzetin kütlələrlə ən sıx təmasda olmasına, abunə sayının artmasına çalışırdılar.
Fəhlə-kəndli müxbirləri qarşısında konkret vəzifələr qoyulmuşdu. Məsələn, “Müxbirlərimiz nədən yazmalı?” adlı redaksiya məqaləsində göstərilir ki, fəhlə-kəndli müxbirləri kənd təsərrüfatı işləri və yaz-tarla işlərinə hazırlıqlar barədə yazsınlar. Qəzetin kənd təsərrüfatışöbəsinin əməkdaşları Məmməd Rzayev, Rəhim Allahverdiyev, zootexnik Sultan Əkbərov qəzetin səhifələrində tez-tez məsləhətverici məqalələrlə çıxış edir,pambığın becərilməsi, toxumların təmizlənməsi, kolxozlarda gübrələmə işinin necə yerinə yetirilməsi üsullarını izah edirdilər. Partiyanın siyasi, kütləvi izahat işlərinin, siyasi dərnəklərin təşkilindən, “xalq düşmənləri” tərəfindən aparılmış ziyançılıq işlərinin aradan qaldırılması, onların məsuliyyətə alınmasından, rəhbər partiya orqanlarının qərar və direktivlərinin yerlərdə icra olunmasından və s. məsələlər barəsində yazsınlar. Digər tapşırıqlarla yanaşı, yerlərdə baş verən hadisələr haqqında mətbuatla vaxtlı-vaxtında məlumatların çatdırılması tövsiyə olunurdu. Hətta mövsümlə əlaqədar əkin hazırlıqları işlərində yerli partiya təşkilatlarına yaxından kömək etmək üçün qəzetin əməkdaşları Xəlil Səfərov Zəngibasar, Adil Axundov Basarkeçər, Nəcəf Məmmədov Dərələyəz, Bəhlul Məmmədov Vedi rayonlarına ezam edilirdi. Zəngibasarda Hilal İbrahimov, Həsən Cümşüdov, Xəlil Səfərov, Vedibasarda Fərman İsmayılov, Abbas Vəlibəyov, Bilas Şadlinski, Əhməd Kələşov, Qafanda Nurəli Qurbanov, Nuru Nurullayev, Çəmbərəkdə Balı Sərdarov, Əhəd Abbasov, Sisianda Cəbrayıl İsgəndərov, Ağayəddin Telanov, Qarabağlarda Rizvan Əliyev, Əştərəkdə Əli Babayev, Əjdər Mərdanov, Qəmərlidə Musa Qurbanov, Amasiyada Bəşir Məmmədov, Kərim Fərəcov (Qaraçanta), Lətif Hüseynov, Məmməd Abbasov, Dərələyəzdə Hüseyn Məmişov, Hamamlıda Yunis Əhmədov, İbrahim Əhmədov (Hollavar), Meğridə Firudin Quliyev, Nəriman Hacıyev və başqaları qəzetin ən fəal müxbirləri idilər.
Qəzet öz səhifələrində yaxın və uzaq bölgələrdə baş vermiş olayları, soydaşlarımızın əmək qələbələrini, iqtisadi, ictimai, siyasi məsələləri müntəzəm işıqlandırırdı. 1936-cı ildə konstitusiyanın qəbul edilməsi ilə əlaqədar olaraq Ermənistan SSR-nin tərkibinə müttəfiq respublika kimi daxil oldu. 1938-ci il iyunun 12-də yeni Konstitusiya əsasında Ermənistan SSR Ali Sovetinə seçkilər keçirildi. Keçirilən seçkilərdə azərbaycanlı əhalidən də seçilənlər var idi. Qəzetdə dərc olunmuş Ermənistan Ali Sovetinə seçilmiş deputatların siyahısında 256 deputatdan 26 azərbaycanlının - Cəmilova Fizzə İbrahim qızının (İrəvan), Kazımova Qızbəs Həsən qızının (Gümrü), Bayramov Qaçay Niyazqulu oğlunun (Dərələyəz), Şeyxzadə Rza Məmməd oğlunun, Kərimov Əli Əhməd oğlunun, Bayramova Alma Mustafa qızının (Amasiya), Qamanov Bəhram Alı oğlunun, Alməmmədov Səfərin, Zeynalova Maya xanım Xəlil qızının, Qasımov Vəli Süleyman oğlunun, Hüseynova Şölə Camal qızının (Basarkeçər rayonu), İsmayılova Fatma Hüseyn qızının, Həsənov Mürsəl Məmməd oğlunun (Çəmbərək rayonu), Çuvalova Cəvahir Zeynal qızının (Kalinino rayonu), Məmmədov Abbas Məhərrəm oğlunun, Abbasov İbiş Vəli oğlunun (Qarabağlar rayonu), İmaməliyev İmaş Məmməd oğlunun (Qafan rayonu), Abdullayev İsmayıl Məmməd oğlunun (Keşişkənd rayonu), Qəmbərəliyev Mehdi İsmayıl oğlunun (Qarakilsə rayonu), Kazımov Əsgər İsmayıl oğlunun (Hamamlı rayonu), Qafarova Fatma Həsən qızının, Məmmədov Həsən İsmayıl oğlunun, İsgəndərov Məmməd Salman oğlunun (Vedi rayonu), Əhmədov Novruz Abdulla oğlunun, Nəcəfov Məmməd Əsgər oğlunun, Bəşirov Mirzə Ələsgər oğlunun, Ələsgərova Matan Sadıq qızının da adına rast gəlinir.
1938-ci illər bütün sahələrdə olduğu kimi, Qərbi Azərbaycanın ədəbi-mədəni mühiti üçün çox mürəkkəb və keşməkeşli bir dövr olmuşdur. Bu illərdə sərt qadağalar altında fəaliyyət göstərən “Kommunist” qəzetinin aparıcı mövqeyi xeyli zəifləmişdir. Qəzetin iki ilə yaxın çıxmasına baxmayaraq, onun səhifələrində cəmi üç dəfə ədəbiyyatla bağlı materiallara rast gəlmək mümkündür. Əbülfət Rəhimov, Hüseyn Hafiz, Haqverdi Ələkbərov, Əli Şahin, Həsən Həsənov, Əbdil Cəlilov, Həşim Ələkbərov, Tapdıq Məhərrəmov, Hüseyn Qurbanov, Müzəffər Nəsirli (Asim), Zeynal Məmmədov və başqaları öz şeirləri ilə qəzetdə çıxış edirdilər. Bu müəlliflərin əsərləri bədii cəhətdən zəif olsalar da, mövcud dövrün mənzərəsini real şəkildə əks etdirmək cəhətdən qiymətli idi. Əvvəlki illərlə müqayisədə “Kommunist” qəzeti səhifələrində ana dilində şeir yazanların - yeni qüvvələrin mətbuat aləminə cəlb edilməsi prosesinin də zəiflədiyi müşahidə edilir.
Qəzetdə Qərbi Azərbaycanın mədəni həyatında baş verən dəyişikliklər öz əksini tapırdı, o cümlədən teatr tamaşaları, aktyorların qastrol səfərləri və s. İrəvan Azərbaycan teatrının səhnəsində göstərilən tamaşalar haqqındaƏbülfət İbrahimin”Kommunist” qəzetində dərc olunan “Hacı Qara” (1938, №81), “Ölülər” (1938, №30), “Üzləşdirmə” (1938, №33), “Otello” (1938, №114), “Cəfər Cabbarlı adına teatrın müvəffəqiyyətləri” (1938, №112) və başqa məqalələri burada teatr tənqidinin ümumi mənzərəsinə dair təsəvvür əldə etməyə imkan verir. Yuxarıda adlarını qeyd etdiyimiz tamaşalar haqqında Əbülfət İbrahim orijinal və maraqlı mülahizələrini bildirməklə yanaşı, Yunis Nuri, Əhməd Səfayi, Məmədbağır Qaraxanov, Əziz Süleymanov, Əli Zeynalov, Əli İmanov, İsa Hüseynov və digər sənətkarların ifa etdikləri obrazların tamaşaçıların şüurunda dərin iz buraxdığını da vurğulayır. Lakin göstərilən tamaşaların uğuru ilə yanaşı və nöqsanları haqqında da həmin məqalələrdə fikir və mülahizələrə rast gəlmək olur.
Nəticə etibarilə belə qənaətə gəlmək olar ki, 1937-1938-ci illərdə Qərbi Azərbaycanda tüğyan edən repressiyalar dalğası “Kommunist” qəzetinin də redaksiyasından yan keçməmiş, bu baxımdan da Qərbi Azərbaycanda maarif və mədəniyyətin inkişafında, eyni zamanda, yaradıcı insanların üzə çıxmasında öz rolunu lazımi səviyyədə oynaya bilməmişdir.
Cəlal Allahverdiyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxDünya
10 Mart 10:40
Dünya
10 Mart 10:39
İqtisadiyyat
10 Mart 10:20
Dünya
10 Mart 10:13
Dünya
10 Mart 09:56
Gündəm
10 Mart 09:36
Gündəm
10 Mart 09:23
Dünya
10 Mart 09:22
Dünya
10 Mart 09:10
Dünya
10 Mart 08:45
Sosial
10 Mart 08:24
Dünya
10 Mart 08:19
Dünya
10 Mart 07:50
Mədəniyyət
10 Mart 07:41
Dünya
10 Mart 07:32
Dünya
10 Mart 07:05
Dünya
09 Mart 23:38
Dünya
09 Mart 22:33
Sosial
09 Mart 21:51
Dünya
09 Mart 21:49
Dünya
09 Mart 20:41
Siyasət
09 Mart 20:14
Gündəm
09 Mart 19:31
Dünya
09 Mart 19:23
Dünya
09 Mart 18:36
Siyasət
09 Mart 18:02
Hadisə
09 Mart 17:18
Siyasət
09 Mart 16:56
Hərbi
09 Mart 16:54
Siyasət
09 Mart 16:53
Dünya
09 Mart 16:34
Siyasət
09 Mart 16:26
Siyasət
09 Mart 15:44
Sosial
09 Mart 15:22
Siyasət
09 Mart 15:15
Hadisə
09 Mart 14:43
Dünya
09 Mart 13:42
Sosial
09 Mart 13:20
Dünya
09 Mart 12:25
İqtisadiyyat
09 Mart 12:14
Elm
09 Mart 11:48
Dünya
09 Mart 11:31
Sosial
09 Mart 10:22
Dünya
09 Mart 10:19
Elm
09 Mart 09:22
Dünya
09 Mart 08:35
Dünya
09 Mart 08:12
Gündəm
08 Mart 23:54
Dünya
08 Mart 23:26
Xəbər lenti
08 Mart 22:39
Siyasət
08 Mart 21:13
Hadisə
08 Mart 20:43
Dünya
08 Mart 19:22
Siyasət
08 Mart 18:49
Dünya
08 Mart 18:35
YAP xəbərləri
08 Mart 17:27
Dünya
08 Mart 17:20
Dünya
08 Mart 16:42
Sosial
08 Mart 15:27
Dünya
08 Mart 14:19
Diaspor
08 Mart 13:32
Elm
08 Mart 12:40
Dünya
08 Mart 11:28
YAP xəbərləri
08 Mart 10:24
Dünya
08 Mart 10:21
Dünya
08 Mart 09:50
Dünya
08 Mart 09:17
Dünya
08 Mart 08:49
Sosial
08 Mart 08:22
Sosial
08 Mart 08:21

