Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Numan Kurtulmuş Türkiyə, Azərbaycan və Pakistan parlamentləri spikerlərinin görüşündə iştirak etmək üçün İslamabada yola düşür

Numan Kurtulmuş Türkiyə, Azərbaycan və Pakistan parlamentləri spikerlərinin görüşündə iştirak etmək üçün İslamabada yola düşür

12.10.2025 [18:30]

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Türkiyə, Azərbaycan və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə iştirak etmək üçün oktyabrın 12-də Pakistana yola düşəcək.

AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Pakistan Milli Məclisinin sədri Serdar Ayaz Sadiqin iştirak edəcəyi görüşün mövzusu “Qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi: Sülh, təhlükəsizlik və rifah naminə parlament əməkdaşlığı” olacaq.

Üç ölkə parlamentinin spikerlərinin Pakistanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Mərkəzinə baş çəkəcəyi gözlənilir.

Səfər çərçivəsində Numan Kurtulmuşun rəhbərlik etdiyi Türkiyə nümayəndə heyətini Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərif qəbul edəcək.

Türkiyə parlamentinin nümayəndə heyəti oktyabrın 15-dək İslamabadda səfərdə olacaq.

Paylaş:
Baxılıb: 52 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Biz bir ailəyik

11 Oktyabr 13:12

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

11 Oktyabr 09:15  

Sosial

Baxışların gücü...

11 Oktyabr 08:51

Sosial

Hər qız bir ümiddir!

11 Oktyabr 08:27

Xəbər lenti

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31