"Ulduz" növbəti beynəlxalq sərgidə
10.10.2025 [23:35]
Jurnal 16-cı Beynəlxalq İstanbul Dərgi Festivalında təmsil olunur
“Ulduz” jurnalı 9-12 oktyabr tarixlərində İstanbulda, Rami Kitabxanasında təşkil olunan 16-cı Beynəlxalq İstanbul Dərgi Festivalında təmsil olunur. Bu barədə "Yeni Azərbaycan"a danışan jurnalın baş redaktoru Qulu Ağsəs deyib ki, festival mədəni dialoqun, müxtəlif ideyaların müzakirə meydanı kimi mühüm mahiyyət daşıyır. Baş redaktor bildirib ki, Azərbaycan ədəbiyyatının inkişafında, gənc yazarların yetişməsində, yaradıcılığın təşviqində mühüm xidmətləri olan “Ulduz ”jurnalının beynəlxalq tədbirdə iştirakı və ölkəmizi təmsil etməsi həm də milli mətbuat tariximiz üçün böyük önəm daşıyır. Qeyd edək ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, “DƏRGİBİR” Birliyi və Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları tərəfindən təşkil olunan beynəlxalq sərgidə jurnalın təmsilçisi kimi Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Həyat Şəmi və filologiya elmləri doktoru Təranə Turan Rəhimli iştirak edirlər. Onlar “Ulduz” jurnalının təqdimatında sərgi iştirakçılarına dərginin yaranma tarixi və fəaliyyət yolu barədə ətraflı məlumat verirlər.
Bu dəfəki sərgidə mühüm yeniliklər edilib - sərgi salonunda Avropa ölkələrində dərc olunan türkdilli jurnalların çoxsaylı stendlərinə də yer ayrılıb. Sərgidə iştirak edən Bolqarıstanın Filibe şəhərində nəşr olunan “Nöbettepe” jurnalı ilə “Ulduz” jurnalı arasında dostluq və əməkdaşlıq yaratmaq qərarı verilib. Qeyd etmək lazımdır ki, “Nöbettepe” Bolqarıstanda nəşr edilən yeganə türkdilli dərgidir və Balkanlarda türk ədəbiyyatının tanıdılmasında xüsusi rol oynayır. Baş redaktor onu da əlavə edib ki, sərgi dövründə bu əməkdaşlığın bütün təfərrüatları iştirakçılara təqdim ediləcək və jurnalın beynəlxalq platformada əlaqələrinin inkişafı diqqət mərkəzində olacaq.
Sadiq
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

