Azərbaycan-Türkiyə-Pakistan birliyi güclənir
14.10.2025 [11:18]
İslamabadda üç ölkənin parlament sədrlərinin görüşü keçirilib
Oktyabrın 13-də Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü keçirilib. Əvvəlcə İcraiyyə Toplantısında gündəlikdəki mövzularla bağlı geniş fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü baş tutub. Tədbirdə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş iştirak ediblər.
Görüşdə çıxış edən Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq ölkələrimiz və parlamentlərimiz arasında yüksəksəviyyəli qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayaraq, bu görüşün də üçtərəfli parlament əməkdaşlığı üzrə qarşıya qoyulan məqsəd və hədəflərə çatmağımıza güclü təkan verəcəyinə inam ifadə edib.
Çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin əməkdaşlığı ortaq tarix, mədəniyyət, dini və mənəvi dəyərlərlə bir-birinə bağlı olan ölkələrimizin və xalqlarımızın qardaşlığına, birliyinə və həmrəyliyinə əsaslanır. Azərbaycan, Pakistan və Türkiyə hər zaman bir-birinin yanında olub və bir-birini dəstəkləyiblər.
Onun sözlərinə görə, ötən dövr ərzində Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq mexanizminin parlament, xarici işlər və müdafiə nazirlikləri səviyyəsində həyata keçirilən fəaliyyətlər nəticəsində ardıcıl şəkildə inkişaf edərək zənginləşdiyinin şahidi olduq: “Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistanın baş nazirinin 2024-cü ilin iyulunda Astanada keçirilən üçtərəfli görüşü və xüsusən də bu ilin mayında Azərbaycanın işğaldan azad olunmuş Laçın şəhərində baş tutan Üçtərəfli Zirvə Görüşü bu mexanizmi keyfiyyətcə yeni mərhələyə yüksəltdi”. Həmin görüşlərdə, mahiyyət etibarilə, qardaş ölkələrimiz arasında birliyin və həmrəyliyin daha da gücləndirilməsi, eləcə də üçtərəfli əməkdaşlığın siyasi, iqtisadi-ticari, nəqliyyat, enerji, müdafiə, humanitar və digər sahələrdə inkişaf etdirilməsi iradəsinin nümayiş etdirildiyini vurğulayan Sahibə Qafarova qeyd edib ki, bu iradədən qaynaqlanaraq, parlament sədrləri səviyyəsində keçirilən üçtərəfli görüş də qardaş ölkələrimizin əməkdaşlığına parlament dəstəyinin gücləndirilməsinə yönəlmiş qətiyyətimizin bir ifadəsidir. O, inamını ifadə edib ki, parlamentarilər birgə səylərlə bu məqsədə nail olacaqlar.
Parlamentin spikeri deyib ki, xalqımız 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi-mənəvi dəstəyi heç zaman unutmayacaq. Onun sözlərinə görə, həmçinin Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyəyə və Pakistana dəstək nümayiş etdirib: “Sülh, təhlükəsizlik və tərəqqi bilavasitə bir-biri ilə əlaqəli olan amillərdir. 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünü qeyd etdiyimiz indiki dövrdə Azərbaycan öz fəaliyyəti ilə bunu bir daha təsdiq edir”. Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü, 2023-cü ildə isə suverenliyini bərpa etdiyini və bununla da sülhə aparan yolun təməlini qoyduğunu vurğulayan Milli Məclisin sədri deyib ki, müharibədən dərhal sonra məhz qalib Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi, sülhün əsas prinsiplərini və sülh müqaviləsinin layihəsini irəli sürdü.
S.Qafarova xatırladıb ki, aparılan ikitərəfli danışıqların nəticəsi olaraq, bu ilin avqustunda Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyannamə imzaladılar. Beləliklə, regional kommunikasiyaların açılması təsdiqləndi. S.Qafarova vurğulayıb ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun reallaşması ilə Zəngəzur dəhlizi Avrasiyada mühüm nəqliyyat bağlantısına çevriləcək, regionumuzda əməkdaşlığa və tərəqqiyə xidmət edəcək.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş isə qeyd edib ki, üç qardaş dövlətin - Türkiyə, Azərbaycan və Pakistanın parlamentləri arasında üçtərəfli qarşılıqlı fəaliyyət mexanizmi daha davamlı və institusional səviyyəyə qaldırılmalıdır. N.Kurtulmuş bu formatda ilk görüşün 2021-ci ildə Bakıda keçirildiyini və həmin tədbirin üç ölkənin tarixi dostluq və əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində daha bir körpüyə çevrildiyini xatırladıb.
TBMM spikerinin sözlərinə görə, Türkiyə, Azərbaycan və Pakistan arasında parlamentlərarası dialoqun əhəmiyyəti üç ölkənin həm regionda, həm də beynəlxalq aləmdə üzləşdiyi çağırış və təhdidlər fonunda xüsusilə yüksəkdir. O, həmçinin qonşu Əfqanıstandan gələn qeyri-qanuni miqrasiya axınlarını və narkotik ticarətini müasir Pakistanın üzləşdiyi təhlükələr kimi qeyd edib. “Ölkələrimiz arasında hərbi və müdafiə sahələrində, o cümlədən hərbi-sənaye kompleksində əməkdaşlıq bizə gələcəkdə problemlərin genişlənməsini önləmək və təhlükələrin qarşısını almaq üçün daha operativ addımlar atmağa imkan verəcək”, - deyən N.Kurtulmuş Ankaranın terrorla mübarizədə İslamabadla həmrəy olduğunu vurğulayıb.
Cənubi Qafqazdakı vəziyyətə gəlincə, Türkiyə parlamentinin sədri Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsini “tarixi ədalətin təntənəsi” adlandırıb. O qeyd edib ki, hazırda Cənubi Qafqazda müsbət irəliləyişlər baş verir və Zəngəzur dəhlizinin işə salınması region ölkələri arasında sıx iqtisadi və siyasi əlaqələri stimullaşdıracaq, habelə Orta Dəhlizin strateji əhəmiyyətini artıracaq.
N.Kurtulmuşun sözlərinə görə, nəqliyyat, rabitə, enerji, ticarət kimi sahələrdə birgə layihələr Ankara, Bakı və İslamabad arasında əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, üçtərəfli görüş deputatların da iştirakı ilə geniş müzakirələrlə davam edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
Gündəm
13 Oktyabr 23:46
YAP xəbərləri
13 Oktyabr 23:45

YAP xəbərləri
13 Oktyabr 23:36

Dünya
13 Oktyabr 23:12

YAP xəbərləri
13 Oktyabr 22:53

İqtisadiyyat
13 Oktyabr 22:35

YAP xəbərləri
13 Oktyabr 22:17

YAP xəbərləri
13 Oktyabr 21:49

YAP xəbərləri
13 Oktyabr 21:32

Dünya
13 Oktyabr 21:14

YAP xəbərləri
13 Oktyabr 20:51

Dünya
13 Oktyabr 20:34

YAP xəbərləri
13 Oktyabr 20:16

YAP xəbərləri
13 Oktyabr 19:41

Dünya
13 Oktyabr 19:32

YAP xəbərləri
13 Oktyabr 19:15

İqtisadiyyat
13 Oktyabr 18:39

YAP xəbərləri
13 Oktyabr 17:35

Sosial
13 Oktyabr 17:10

Siyasət
13 Oktyabr 17:01

YAP xəbərləri
13 Oktyabr 16:45

Siyasət
13 Oktyabr 16:27

Analitik
13 Oktyabr 16:24

YAP xəbərləri
13 Oktyabr 16:08

Siyasət
13 Oktyabr 15:56

YAP xəbərləri
13 Oktyabr 15:42

YAP xəbərləri
13 Oktyabr 15:21

YAP xəbərləri
13 Oktyabr 15:20

YAP xəbərləri
13 Oktyabr 14:59

YAP xəbərləri
13 Oktyabr 14:51

Xəbər lenti
13 Oktyabr 14:50

YAP xəbərləri
13 Oktyabr 14:25

Diaspor
13 Oktyabr 13:48

Dünya
13 Oktyabr 13:38

Sosial
13 Oktyabr 13:03

İqtisadiyyat
13 Oktyabr 13:01

Hadisə
13 Oktyabr 12:54

Dünya
13 Oktyabr 12:54

Gündəm
13 Oktyabr 12:52

Dünya
13 Oktyabr 12:24

YAP xəbərləri
13 Oktyabr 12:10

YAP xəbərləri
13 Oktyabr 12:07
YAP xəbərləri
13 Oktyabr 11:57

Sosial
13 Oktyabr 11:50

Dünya
13 Oktyabr 11:49

YAP xəbərləri
13 Oktyabr 11:49

İqtisadiyyat
13 Oktyabr 11:37

Dünya
13 Oktyabr 11:20

Hadisə
13 Oktyabr 11:18

Dünya
13 Oktyabr 11:15

YAP xəbərləri
13 Oktyabr 11:08

YAP xəbərləri
13 Oktyabr 11:07

Dünya
13 Oktyabr 10:56

Dünya
13 Oktyabr 10:51

Dünya
13 Oktyabr 10:30

Dünya
13 Oktyabr 10:18

Hadisə
13 Oktyabr 10:03

Dünya
13 Oktyabr 09:40

Dünya
13 Oktyabr 09:21

Dünya
13 Oktyabr 08:52

Dünya
13 Oktyabr 08:16

Hadisə
13 Oktyabr 03:17

Siyasət
12 Oktyabr 22:13

Maraqlı
12 Oktyabr 21:17

Mədəniyyət
12 Oktyabr 20:29

Dünya
12 Oktyabr 19:44

Analitik
12 Oktyabr 19:05

Siyasət
12 Oktyabr 18:30

Gündəm
12 Oktyabr 17:55

Gündəm
12 Oktyabr 17:36
