Azərbaycan-Tacikistan əlaqələri yüksələn dinamika ilə inkişaf edir
13.10.2025 [11:57]
Prezident İlham Əliyevin Tacikstana səfəri, səfər çərçivəsində keçirilən görüşlər və eləcə də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında verdiyi mesajlar ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin səfəri çərçivəsində Tacikistan Prezidenti Emoməli Rəhmonla da mühüm görüş keçirilib. Azərbaycanla Tacikistan arasındakı münasibətlər dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulub. Görüşdə iki ölkə arasında iqtisadi, energetika, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Hər iki lider qarşılıqlı səfərlərin intensivləşdirilməsinin, birgə layihələrin həyata keçirilməsinin və investisiya mühitinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan üçün Tacikistan Mərkəzi Asiyaya açılan mühüm qapılardan biridir, Tacikistan üçün isə Azərbaycan Xəzər dənizi vasitəsilə Qərb bazarlarına çıxış nöqtəsidir. Bu baxımdan, iki ölkə arasında əlaqələrin möhkəmlənməsi strateji əhəmiyyət daşıyır. Səfər zamanı həmçinin mədəni əməkdaşlıq, təhsil mübadiləsi və humanitar layihələr sahəsində bir sıra təşəbbüslər müzakirə olunub. Azərbaycanın təcrübəsi və modern idarəetmə modeli Tacikistan üçün maraqlı nümunə kimi qəbul edilir.
MDB Dövlət Başçıları Şurasının iclasında isə regional əməkdaşlığın müxtəlif aspektləri üzrə mühüm qərarların qəbul ediləcəyi gözlənilir. İclasın əsas mövzuları arasında təhlükəsizlik və müdafiə konsepsiyasının yenilənməsi, antiterror əməkdaşlığı, kiber təhlükəsizlik, sərhəd nəzarəti, narkotiklərlə mübarizə və birgə hərbi-texniki proqramlar dayanır. Bundan başqa, iqtisadi əlaqələrin dərinləşdirilməsi, ticarət prosedurlarının sadələşdirilməsi, tranzit və logistika marşrutlarının koordinasiyası da gündəmdə olacaq. Azərbaycanın bu istiqamətlərdə təcrübəsi və təşəbbüskarlığı MDB-nin gələcək inkişafında mühüm rol oynaya bilər. Azərbaycan tranzit və nəqliyyat layihələri sahəsində artıq regional liderə çevrilib. Orta Dəhliz, Bakı–Tbilisi–Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Limanı kimi layihələr MDB məkanında ticarət və yük daşımalarının artması üçün böyük əhəmiyyət daşıyır. Bu baxımdan, Düşənbə iclası MDB ölkələrinin iqtisadi əməkdaşlığının yeni mərhələsini başlatmaq potensialına malikdir.
Səfərin ümumi mənzərəsi Azərbaycanın çoxvektorlu diplomatiyasının növbəti təzahürüdür. Düşənbə səfəri bir daha göstərdi ki, Azərbaycan nəinki öz regionunda, həm də MDB məkanında aktiv, təşəbbüskar və sabitləşdirici güc rolunu oynayır. Prezident İlham Əliyevin səfəri, MDB platformasında Azərbaycanın nüfuzunun artması və regional məsələlərdə söz sahibinə çevrilməsi baxımından strateji əhəmiyyətə malikdir. Bu səfərdən gözləntilər həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə yüksəkdir. Qısamüddətli dövrdə Azərbaycanın MDB çərçivəsində qəbul ediləcək qərarlarda aktiv rolu, iqtisadi əməkdaşlıq və təhlükəsizlik sahələrində konkret təşəbbüslərlə çıxış etməsi gözlənilir. Uzunmüddətli baxımdan isə bu səfər Azərbaycanın regional diplomatiyada liderlik mövqeyini daha da möhkəmləndirəcək, MDB daxilində islahat və modernləşmə proseslərinə töhfə verəcək. MDB-nin fəaliyyətinin səmərəliliyi və üzv dövlətlərin maraqlarına real cavab verə bilməsi üçün yeni yanaşmalara ehtiyac var. Azərbaycan bu istiqamətdə həm praktiki, həm də siyasi baxımdan aktiv rol oynayır.
Vüqar Musayev,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

